Йусиф Вязир Чямянзяминли (Мягаляляр вя фелйатонлар)



Yüklə 1,48 Mb.
səhifə7/75
tarix02.01.2022
ölçüsü1,48 Mb.
#1660
1   2   3   4   5   6   7   8   9   10   ...   75
İKİNCİ QİSİM TƏRBİYƏ

Bu tərbiyə köhnənin təbiiliyindən və həqiqi tərbiyənin sağ­lam­­lığından uzaqdır. Bunda düz və sabit bir şey yoxdur. Özü də əqidə nəticəsi olmayıb, məhz modaya tabe olmaqdan irəli gəlir. Eşidib öyrənməməzliyi hər an, hər dəqiqə bu tərbiyə bü­ruzə verib gendən baxanları gülməyə məcbur edir.

Görürsən, uşağı verirlər rus qulluqçularının (xidmətçi qızla­rın) qucağına, göndərirlər gəzməyə. Qulluqçu küçəyə çıxan kimi aşnası saldat yanını kəsir. Bunlar danışdıqları latailləri eşi­dib və tutduqları pis hərəkətləri görüb uşaq özü də mürəb­bisi­ni təqlid etməyə başlayır, uşaqlar bir əxlaqı pozğun qulluqçu­lar qucağında böyüməyib, aşpaz, nökər, mehtər kimi adam­la­rın da qucağında gəzməyə göndərilib, lazımi "məlumat" topla­yırlar.

Böylə tərbiyə almış uşaqlar ilə köhnələrin təfavütü ondadır ki, bun­lar öz dilindən savayı rusca da danışmaq bilirlər. Yoxsa ayrı şeydə onlardan irəli getməyiblər. Bunlar zahirdə işıqlı və tə­miz gözə dəysələr də, batində qulluqçu əxlaqlı, aşpaz ədəb­li, nökər və mehtər tinətli bir şeylərdirlər.

Bunların bir qüsuru da budur ki, ana dillərini danışmağa uta­­nar­lar, eyib hesab edərlər. Özgələr də bu dildə danışdıqda on­ları avam və qanmaz sayarlar. Təbiidir ki, böylə tərbiyənin mey­vəsi olan şəxslər ürəyində camaatımıza qarşı nifrət bəs­ləyirlər və milliyətimizi sevməyən kimi dinimizə də zidd olub, xristianlığa keçməyə həris olarlar.


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin