Йусиф Вязир Чямянзяминли (Мягаляляр вя фелйатонлар)


Xalq ƏdƏbiyyatının tƏhlili



Yüklə 1,48 Mb.
səhifə15/75
tarix02.01.2022
ölçüsü1,48 Mb.
#1660
1   ...   11   12   13   14   15   16   17   18   ...   75
ETNOQRAFİ HÜDUD
Azərbaycanın tarixi hüdudundan vaz keçərək, etnoqrafi hü­du­duna gəldikdə, Azərbaycan türkü sakin olan və başqa mil­lət­lərə nisbətən əksəriyyət təşkil edən yerlər Dağıstan, Bakı və Gəncə vilayətləri ilə, Tiflis və İrəvan vilayətlərinin bir hissəsi­dir. Demək ki, şimdiki Azərbaycan əski Aran və Muğandan ibarətdir.

Azərbaycan türkü yalnız Qafqazda sakin olmayaraq İranın şimalını da işğal eləyir. İran Azərbaycanının cənub hü­du­du Savucbulaq Miyanə və Xəzər dənizi arasında olub, pay­taxtı Təbriz olaraq, əhəmiyyətli şəhərləri şunlardır: Mərənd, Urum, Marağa, Ərdəbil və başqaları.

Əsrlərdən bəri tarixi bir həyat sürən azərbaycanlıları İran və Rus arasında təqsim etməyi süniliyini daima duydururdu. Bun­ların milli, mədəni və iqtisadi rabitələri sabit duruyordu. Qı­sası, ayrı-ayrı idarələrə tabe olduqlarına baxmayaraq, daima bir ruh və bir vücuda mənsub olmalarını bildir[ir]dilər. Qafqaz türkündə bir hərəkət baş göstərdikdə, eynilə İran Azərbayca­nına sirayət ediyordu.

1905-ci rus inqilabına Qafqaz türkləri də iştirak etdilər. İran türk­ləri qafqazlı qardaşlarını təqlid edərək, İran istibdadına qar­şı inqilab doğurdular. Bu inqilabda birinci rol oynayan Təb­riz türkləri oldular. Türk qəhrəmanı Səttar xan Təbriz müca­hidlərinə (hürriy­yət­çilərinə) qarşı göndərilən şah əsgərlərini məğlub edib, İranın məşrutiyyətli bir dövlət olmasına səbəb oldu.

Sonkı rus inqilabı da İrana sirayət etməmiş qalmadı. Qaf­qaz türkləri kəndilərinə muxtariyyət tələb etdikdə, bu ehtiyacı İran türkləri də eynilə hiss etdilər. Ədəmi-mərkəziyyət fikri İran Azər­baycanını başdan-başa dolaşıb keçdi. Son zamanlar İran və Qafqaz türklərinin ittihadı fikri də meydana çıxdı. Bolşevik­lər zühurundan əvvəl Bakıda iranlı türkləri tərəfindən nəşr olu­nan “Azərbaycan” qəzetəsi türk ittihadının naşiri-əfkarı idi.

Hər nasılsa, şimdi Azərbaycan türkləri müttəhid bir halda qə­dim istiqlaliyyətlərini ehya etmək istəyirlər. Bu hərəkət Qaf­qazda və İranda tufan şəklini alıb. Avropa siyasiyonları kəndi faidələrini nəzəri-etibarə alaraq Azərbaycanı təqsim kibi süni bir əməliyyat icrasına şüruh edərlərsə, böyük səhv yaparlar. Çünki canlı bir vücudu təşrih etmək bir o qədər də asan işlər deyil.



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin