Йусиф Вязир Чямянзяминли (Мягаляляр вя фелйатонлар)



Yüklə 1,48 Mb.
səhifə12/75
tarix02.01.2022
ölçüsü1,48 Mb.
#1660
1   ...   8   9   10   11   12   13   14   15   ...   75

KİYEVDƏ MİLLƏTLƏR QURULTAYI



Millətlər qurultayı haqqında əvvəlcə qəzetlərdən iqti­bas­la bir parça məlumat vermişdik. Bu kərə mühər­rir­lə­ri­miz­dən Yusif bəy Vəzirov­dan aldığımız təfsilatı aşağıda dərc ediriz.
Sentyabrın səkkizində qurultay təntənəli surətdə açıldı. La­kin gözlənən vəkillərin çoxu gəlməmişdi, cəmi 93 nümayəndə var idi. Ukrayna Mərkəzi Radası tərəfindən çağırılan bu qurul­ta­ya gərək Rusiyada sakin bütün millətlər vəkillər göndərəydi. Rada 35 dəvət­namə göndərmişdi. Hər millət sayı və oturduğu toprağın bö­yük­lüyünə baxmayaraq, on nümayəndə göndər­mə­­yə ixtiyarlı idi. Hə­qiqətdə isə ancaq litvalılar, latışlar, eston­lar, Ukrayna polyakları, be­laruslar, rumınlar, gürcülər, qazax­lar, yəhudilər, ukraynalılar, Krım türkləri və Azərbaycan türkləri qurultayda iştirak edirdilər. Nü­­ma­yəndə göndərməyənlər fin­lər, ermənilər və Volqaboyu tatar­la­rı, türküstan[lı]lar, qırğızlar, başqırdlar, polyaklar və qeyriləri idi. (…)2)

Əvvəl dörd gününü qurultay salam və təbrik nitqlərinə həsr elədi. Ən əvvəl nitq söyləyən qurultay müəssisi Mərkəzi Rada sədri pro­fessor Qruşovski oldu. Ədəmi-mərkəziyyət yolunda baş ağardan ukraynalıların mürşidi xütbə kürsüsünə çıxdıqda sürəkli alqışlar qopdu (Professordan sonra hökumət nüma­yən­­­dəsi Slavinski danış­mış ki, bunların nitqi vaxtilə Kiyev qə­ze­tələrindən “Açıq söz”ə nəql edilmişdir). Müsəlmanlar tərə­findən nitq söyləyənlər bunlardır: Əminə xanım Şabarov, Aişə xanım İshaqov, Özbənaşlı, Müzəffərov, İdrisov, Şəfi bəy Rüs­təmbəyov, Mustafa bəy Vəkilov, Cahangir Həmzəyev və Yusif Vəzirov.

Qurultay müsəlman xanımlarının nümayəndəsi Əminə xa­nım “sabiqdə qul olub, hal-hazırda hürriyyət sayəsində azad olmuş mü­səlman xanımlarından” qurultaya salam yetirir. Son­ra Əminə xanım Krım xanımlarının camaat yolunda gördüyü işlərdən nəql eləyir: “Kəndlərdə məktəblər açırlar, camaatı ha­zır­kı övzai ilə tanış edirlər”, – deyir. Nitqinin axırını xanım əfən­di böylə qurtarır: “27 fevralda hürriyyət yolu açıb şəhid olan qəhrəmanların ruhu şad olsun!”

Krım Müəllimlər İttifaqının nümayəndəsi Aişə xanım uzun nitqi zamanında dəfələrlə alqışlanır. “Hər millət, – xanım əfən­di söyləyir, – öz vətənini, öz ölkəsini öz əlinə almaq zamanı gəldi. Bizi imdiyə qədər göz açmağa qoymurdular, deyirdilər, siz dinməyin, siz mədəni deyilsiniz. Məgər bizi müdhiş Avropa davasına gətirənlər mədənidirlərmi? Rus hökuməti bizi gah Balkana çəkirdi, gah istəyirdi İstanbulda Ayasofya məscidinin üstə xaç qondarsın. Amma içəridə öz işimiz başına qalmışdı. Ona qulaq asan yox idi”.

Xanım əfəndi sonra Avropa müharibəsinə dair danışır: “Biz güc ilə cavanlar böyüdürük, bəsləyirik. Camaatımıza lazım olan zamanı götürüb göndərirlər müharibəyə. Nə üçün? Onun üçün ki, almanlar ilə ingilislərin bazar üstə sözləri çəp gəlib”.

Sonra natiq Krım tatarlarının çar hökuməti tərəfindən başı­na açılanları nəql eləyir və axırda: “Rusiyada gərək hər millətin müqəd­dəratına meydan verilsin. Onda imdiki maska əvəzində Rusiyanın hər guşəsi öz simasına, öz gözəlliyinə malik olar” – deyə nitqini tamam edir.

Öznabaşlı cənabları Krım tatarlarının keçmişinə və hal-ha­zı­rına dair yazılmış şairanə bir məruzəni oxuyur. Cənab Mü­zəf­fərov Kazan Müsəlman Hərbi Komitəsi tərəfindən qurultayı təbrik edib, müsəlman əsgərlərinə dair söz açır. Onların həmi­şə nökərçilik, işbazlıq, mehtərlik qulluqlarına təyin olmalarını söyləyir. Və bunların səbəblərini saldatların rus dili bilmə­mə­yində görür.

Cənab İdrisov Krım müsəlman alaylarına dair danışır: “Biz tatar polkları düzəldib cəbhəyə göndəririk”, – deyir, – “ko­man­dan­larsa onları dağıdıb, ruslar ilə qarışdırır”. Sonra cənab İdri­sov köhnə rus höku­mətinin məhkum millətlərə olan əlaqə və rəf­tarından söz açır.

Qafqaz vəkili Şəfi bəy Rüstəmbəyov cənabları türk ədəmi-mər­kə­ziyyət Müsavat firqəsinin məqsədlərini nəql eləyir. Son­ra yeni mü­vəq­qəti hökumətdən şikayətdə bulunur: “Qafqazda və Türküs­tanda böyük həlakətlər baş verir, hədsiz-hesabsız müsəlmanlar tələf olur. Hökumət bu fəlakətlərə qarşı bir iş gör­mür”, – deyir.

O biri Qafqaz vəkili cənab Mustafa bəy Vəkilov hürriyyətin qorxulu halını təsvir edir. Natiq qorxur ki, yenə Kornilov əhvalı ye­nidən baş verə. Ona görə ən əvvəl hürriyyəti mühafizə et­mə­yi tövsiyə eləyir. Sonra Qafqaz müsəlmanlarına dair danı­şıb, deyir ki, biz məclisi-müəssisanı gözləyirik və gələcək Ru­si­yanı düzəltdikdə rus demokratları ilə əlbir iş görəcəyik.

Kiyev Tatar Komitəsinin nümayəndəsi Cahangir Həmzəyev cə­nab­ları deyir ki, biz ədəmi-mərkəziyyət istədikdə Rusiyadan ayrıl­maq istəmirik. Onun millətləri ilə bir yerdə yaşamaq istə­yi­rik. Köh­nə hökumət Qafqazda bizə “tatar” deyirdi, qorxurdu ki, türk­lüyü­mü­­zü bilib, osmanlılara bitişək. Lakin biz heç vədə bu fikrə düşmə­mi­şik.

Kiyev Müsəlman Hərbi Komitəsinin vəkili Yusif Və­zirov de­yir: “Sizə yəqin qəribə gəlir, niyə bizim milliyyətimiz deyil, ən əv­vəl mü­səl­manlığımız qabağa gəlir: “Müsəlman komitəsi, mü­səlman nüma­yən­dəsi”… Natiq tarixi dəlillər ilə bunun səbə­bini qurultaya məlum edir. Deyir: “Rus hökuməti İoan Qroz­nı­dan tut­muş axırkı Nikolayadək zahiri və daxili siyasətini islamı yox elə­məyə işlədirdi. Kazan, Astraxan, Sibir, Krım, Qafqaz və Türküstan xanlıqlarının uçurulması, osmanlı müharibələri, Balkanda və İranda yeridilən siyasətlər buna dəlil ola bilərlər. Rusiyanın zahiri siyasəti kimi daxili siyasəti də Rusiyada yaşa­yan müsəlman millətlərini məhv və tabe etməyə çalışırdı”. Na­tiq Rusiya müsəlmanlarının köh­nə idarə zamanında çəkdik­lə­rini müfəssəl nəql eləyib, deyir: “Hökumət türk, tatar, başqırd və qeyrə deməyirdi, müsəlman deyə hamısına qarşı bir alət, yox eləmək aləti işlədirdi. Bu səbəbdən islamlıq bayrağının al­tına toplaşıb, zərbələrə qarşı durduq.”

Sonra Yusif Vəzirov hərbi komitənin fəaliyyətindən danışıb deyir: “Müsəlman Hərbi Komitəsindəki əsgərlər arasında Rusi­ya­da yaşayan türk, tatar qövmlərinin hamısından var; bunların içində biri yoxdur ki, ədəmi-mərkəziyyət tərəfdarı olmasın. Bu fikri bu sadə əsgərlərdə yetişdirən xalqın salamət əqli olubdur. Çünki köhnə idarənin səhv və xətalarını əbədilik yox eləyib, Rusiya qövmlərinə xoşbəxt yaşayış bəxş eləsə, ancaq ədəmi-mərkəziyyət edəcək.”

Qurultayın aldığı qərarlara görə, Kiyev şəhərində (lazım ol­sa, özgə yerə də keçirmək şərtilə) bir Millətlər Şurası təşkil olunur (müfəssəl qərarlarda yazılmışdır). Bu şuraya bəzi mil­lət­lər namizəd­lərini yazdırdılar. Azərbaycan vəkilləri də bu şu­ra­ya iki adam adı qeyd elədilər: biri doktor Əli bəy Əlibəyov, o birisi yurist Yusif Vəzirov.


Yusif Vəzirov

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin