Йусиф Вязир Чямянзяминли (Мягаляляр вя фелйатонлар)



Yüklə 1,48 Mb.
səhifə8/75
tarix02.01.2022
ölçüsü1,48 Mb.
#1660
1   ...   4   5   6   7   8   9   10   11   ...   75
ÜÇÜNCÜ QİSİM TƏRBİYƏ
Böylə tərbiyə almış uşaqlar bilmərrə milliyyətdən uzaq sax­la­nırlar. Bunlar ana dillərini bilmirlər, milli adət və qaidələrin­dən xəbərləri yoxdur. Böylə tərbiyənin səbəbi ya valideynin yarımçıqlığı, ya da ki, əlacsızlığı[dır]. Yarımçıq ata öylə güman edir ki, övladı öz ana dilini itirib, əcnəbi dili öyrənsə, tərbiyəsi bitib qurtarır. Halbuki əsl tərbiyə dildən ibarət deyil, bəlkə uşa­ğın əxlaqını düzəldib, ruhani aləmini təkamülə çıxartmaqdadır. Doğ­ruçu tərbiyə gərək əql və zəkaya vüsət versin, nəinki uşa­ğın ürəyində öz milliyyətinə qarşı düşmənçilik toxumu əksin.

Əlacsızlığa gəldikdə, bu da ariflərimizin əcnəbi qızlarına ev­lənməklərindən irəli gəlir. Arif əql dairəsi geniş, məlumatlı bir şəxs olduğundan avam müsəlman qızlarını özünə ömür yolda­şı seçməyini rəva bilmir. Bu dərddən elmli əcnəbi qızlarını və­tən qızlarına tərcih edir. Əcnəbi qızları islamiyyəti qəbul edir­lər­sə də, türklüyü qəbul etmirlər. Çünki tərbiyələrinin, böyü­dük­ləri mühitin və təlim aldıqları dövlətindən dinlərin dəyişsə­lər də, milliyyətlərindən çıxa bilməzlər – firəng qızı firəngliyin­də, nemsə qızı nemsəlikdə əbədi qalırlar. Odur ki, doğduğu ba­lalar da bizim millətdən olmayıb, anasının getdiyi yol ilə ge­dir: tərbiyə ana əlində olur, o da balasını öz dili ilə danış­dırıb, öz ruhu ilə bəsləyir.


Üç qisim tərbiyədən bəhs edib, batil olmaqların da isbata yetirdik. İmdi də bunların səbəblərindən və o səbəbləri yox et­məyə dair bir neçə söz deyəcəyəm. Əsl tərbiyə ev tərbiyəsin­dən ibarətdir. Ev tərbiyəsi yaxşı olarsa, – uşaq tərbiyəli olar və biləks. Böyük firəng mütəfəkkiri Monteskyo deyir ki, mən qə­dim müəllimlərimdən bir o qədər məlumat almamışdım ki, mənə süd verən dayədən aldım. Deməli, uşaq beş-altı yaşı­na­dək öyrənməyə və görüb-götürməyə müq­tədir və müsəddəd olan qədər sonralar ola bilməz. Çünki sin­ninin bu vaxtlarını uşaq evdə keçirir, pis ev tərbiyəsini lazımi bir yola çıxartmalıdır ki, uşaqlarımız bitərbiyə olub, bədbəxt olma­sın­lar. Bu da ki, arvadlarımızın asudəliyi, milli tərbiyə və milli təhsil görmələri sayəsində qüvvədən felə keçəcək. Nə qədər arvad­larımız sa­vadsız olub, kişilərin alçaq nəfslərinə qulluq etsələr, – uşaqla­rımızın tərbiyəli olmalarına ümid olmayacaq. Gərək arvad­la­rımız avamlıq və savadsızlıq daşını ətəklərindən tökələr, gərək on­la­rın ixtiyarları qaytarıla, şəxsiyyətləri təzyiq altından çıxa. Ancaq asu­də, milli vəzifəsini düşünmüş və kamil arvadlar bizə tərbiyəli öv­ladlar yetirməyə qadir ola biləcəklər. Ona görə bu yolda çalışmalıyıq.
Yusif bəy Vəzirov
ZİYALILARIMIZIN MİLLƏTİMİZDƏN ARALANMAĞININ SƏBƏBLƏRİ
"Sədayi-həqq"in 154-cü nömrəsində "Ziyalılarımız və mü­səl­man mətbuatı" sərlövhəli məqaləni oxuduq. Mühərririn fik­ri­nin həqiqi­liyini inkar etmək olmaz. Ziyalılarımız ilə mətbuatımız və millətimiz arasında bir soyuqluq, bir əğyarlıq görünür. Əl­bət­tə, bu soyuqluq millətimiz tərəqqisinə bir xətər olduğu aş­kardır. Ona görə bunun səbəblərini axtarıb çarələr aramalıyıq ki, bu böyük qüsurdan xilas olaq. Səbəblər asanlıq ilə məhv olub gedəsi deyil, bunların həlli uzun-uzun müddətlər çəkər və bu uzun müddətdə ancaq şəraiti-həyatımız dəyişilərsə, milləti­miz kəsbi-qüvvət tapar isə, onda zikr olunan məsələ öz-öz­lü­yün­də həll olub gedər.

Hər bir yatmış millət gözünü açıb Yevropa mədəniyyəti və onun məhsullarını gördükdə qəflətdə yaşadığı həyatına, onun səbəblərinə və bəlkə, cəmi ətrafdakılara nifrət bəsləməyə baş­la­yır. Yuxudan gecə ayılmışın acısı ol dərəcə olur ki, onun üçün müqəddəs bir şey olmur. O mülahizə etmir ki, milli dil, ədə­biyyat, musiqi və ilaxır Yevropa mədəniyyət məhsulunu əxz etməyə nəinki mane olmur, bəlkə, sabit bir bina, bir bü­növ­­rə yerini alır. Bizim millət haman bu tarixi pillədə durub qalmaqdadır. Bu səbəbdəndir ki, ona dilimizdə danışmaq eyib sayılır. Hər kəs mədəniyyət əvəzində əcnəbi mədəniyyətsiz­li­yini, cəmi mənəvi fəqirliyini ol dil ilə örtüb basdırır. Bunun üçün də zi­yalının milli mətbuata, milli dilə etinasızlığı ona "itilgent", "liberal" və qeyri bunlar kimi adlar qazan[dır]ır. Bir çinovnik bir mütəəllimi ana dili danışdığı üstə məzəmmət eləyib deyirmiş: "Həmşəri deyilsən ki, müsəlmanca danışırsan?" Görün, nə də­rəcə batil bir fikrə və gülünc bir əqidəyə malikik! Bu sözlər sa­vadsız bir çinovnikin məsləksizliyi deyil, bəlkə, cəmi arif hesab olub təkcə zahirçiliyə xidmət edən şəxslərin yoldan sapma­ğı­na dəlalət edir.

Mətbuata da etinasızlıq bundan irəli gəlir.

Lakin məsələ bunun ilə həll olub qurtarmır. Yarımçıq əqi­də­dən başqa, hürufat, ədəbiyyatımızın fəqirliyi, dilimizin qeyri-sa­bit olmağı və arvad məsələsi kimi bir xeyli vəsilələr də var ki, ziyalılarımızı millətimizdən və onun tərəqqisinə çalışmaqdan uzaqlaşdırır.

Ol qədər dolaşıq bir hürufata malikik ki, böyük səbir və vaxt istəyir ki, onu öyrənib başa çıxasan. Studentlər içində ana di­li­ni öyrənməyə meyl və həvəs göstərənlər az deyil. Məsələn, Kiyevdə neçə dəfələr ilə studentlər dəstə-dəstə olub ana dillə­rini öyrənməyə şüru’ ediblərsə də, böyük müvəffəqiyyətləri ol­mayıb. Bir tərəfdən hürufat çətinliyinə rast gəliblər, bir tərəf­dən də dilimiz olmamağına. Təbiidir ki, mənası düşünülməyən bir kitab oxunduqda, nə qədər adamda şövq də olsa, ol kitab həvəsi öldürür. Yenə bundan qədim bir dilimiz var idi. Ol dildə zəngin bir el ədəbiyyatı əmələ gəlib, Molla Pənah Vaqif gözəl şerlərini, Mirzə Fətəli Axundov komediyalarını bu dildə yazıb­lar. Hal-hazırda Firidun bəy Köçərli, Əbdürrəhim bəy Haqver­diyev və Nəcəf bəy Vəzirov kimi guzidə ədiblərimiz bu dildə yaz­maq­dadırlar. Hətta bu dildə mərhum Həsən bəy Məlikov elmi ki­tab­lar da yazıb. Bunun ilə belə, öz dilimizi atıb osmanlı ləhcəsinə mey­dan veririk. Halbuki osmanlıların Azərbaycan türk­cəsi kimi sabit bir dilləri yoxdur. İmdi-imdi onlar fars və ərəb kəlmələrilə mü­barizə edib əsl türk dilinə qayıtmağa meyl gös­tərirlər. Kitab mey­danımıza tökülən bir xeyli kitablarda ha­man o osmanlının qarışıq və xalq anlayışından uzaq dillərinə təqlid olunur. Yazıda fars və ərəb kəlmələri işlətmək ilə fəxr olunur, bilgi satılır.

Kəmsavad bir ziyalının əlinə böylə kitablar düşdükdə, əlbət­tə, yumub kənara qoyur və bir də türk kitabının adını tutmağa belə cəsarət etmir.

Dildən savayı, kitabların məzmunu da şərtdir. Milli müəlliflə­ri­­­mizin çoxu müntəzəm məktəb görməmiş və geniş məlumat­dan məh­rum şəxslər olduğuna [görə] yazdıqları kitablar da bö­yük qü­suratdan xali deyil. Böylə kitablar adi oxuculara xoş gə­lirsə də, Yevropa ədəbiy­yatı ilə tanış ariflərə xoş gəlmir və on­ları oxu­maq vaxtı əbəs yerə ke­çirmək kimi sanılır. Pəs, ana di­li­­mizi genişləndirib ədəbi bir qaydaya salmalıyıq. Bunun üçün də ədəbiyyatımıza, teatro və musiqimizə mey­dan verməliyik. Və bu yolda çalışan şəxslərin qədrini bilib, gə­lə­cəklərini təmin etməliyik ki, çörək məsəli möhtac olub vaxtı kənar şeylərə itir­məsinlər. Milli məktəblərin sayı artmalıdır. Qızların tər­biyeyi-tə­liminə artıq etina etməlidir ki, milli ruh ilə bəslənmiş övlad­lar ye­tirməyə qadir ola bilsinlər.

Arvadlarımızın hal-hazırdakı vəziyyətləri millətimizin doğru­dan kökünə balta çalmaqdadır. Ali məktəb qurtarmışlarımız sa­vadsız və ya kəmsavad qızları özlərinə layiq bilməyib, əc­nəbi qızlarına evlənirlər. Böylə olduqda ziyalının millətimiz ilə bilmərrə əlaqə və rabitəsi kəsilir. Milli tərbiyə və təlim alıb müntəzəm məktəblər gör­müş qızlarımız olsa, iş büsbütün də­yişilər. Ziyalılar millətimiz[in] qızları ilə həyat yoldaşlığına gir­dik­­də, dil və milliyyətdən də məhrum qal­mazlar. Lakin bir şərt var ki, qızları mükəmməl surətdə oxut­malıdır ki, zahirçiliyə hə­ris ol­ma­yıb, Yevropa mədəniyyətinin əsl ruhunu əxz etsinlər. Böy­lə­likdə dil və milliyyətimiz tərəqqi tapar və ziyalılarımız ilə ca­maatımızın arası get-gedə yavuqlaşar.


Student Y.Vəzirov


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin