Йусиф Вязир Чямянзяминли (Мягаляляр вя фелйатонлар)


KİYEVDƏ MİLLƏTLƏR QURULTAYI



Yüklə 1,48 Mb.
səhifə5/75
tarix02.01.2022
ölçüsü1,48 Mb.
#1660
1   2   3   4   5   6   7   8   9   ...   75

TƏŞƏKKÜR


Möhtərəm müdir əfəndim!

Kiyev Müsəlman Studentlərinin Nəşriyyat Heyətinə yardım olaraq ianə veriblər:

Hacı Zeynalabdin Tağıyev cənabları – 25 manat;

Səlyanda tacir Nəcəfəli cənabları – 5 m; Səlyanda təbib Mirzə Əb­düləziz Mirzəyev cənabları – 5 m.

Heyətin kitablarını satmağı öhdələrinə götürən möhtərəm əş­xas:

Hacıtərxanda – Əliəsgər Əliəkbərov. Bakıda – Səməd Ka­zı­mov. Aşqabadda – Salman Əsgərov. Səlyanda – Mehdi Bə­dəlov. Or­du­bad­da – Salman bəy Əsgərxanbəyov.

Bunlardan əlavə, heyətə yar­dım möhtərəmə Hənifə xanım Məlikova mərhum zövcləri Həsən bəyin əl yazılarını təb üçün studentlərin ixtiyarına veriblər və bunun ilə nəşriyyatımızı zi­nət­­lən­diriblər.

Studentlərin nəşriyyat heyətinə maddi və mənəvi yardımda bu­lu­nan məzkur əşxasdan artıq dərəcə razılıq edib və ümid bağ­layırıq ki, böylə lazımlı adamlar millətimiz arasında daha da artar və onların himməti sayəsində də studentlərin nəşriy­yat işi vüsət tapıb, camaatı­mız mənfəət götürər.
Student Yusif Vəzirov
BİZ KİMİK?

Biz kimik? Bu suala cavab axtarmaq hər millətpərvər şəxsə vacib məsələlərdən biridir. Biz hansı qövmə, hansı millətə mənsubuq? Keçmişimiz nə təhər imiş? Hal-hazırımız nəyin nəticəsi olub? Bu suallara cavab axtarmaq üçün tarixə mü­ra­ciət etməlidir. Heyfa ki, tariximiz də yoxdur. Azərbaycan məm­ləkətində məskun neçə milyon nüfusdan ibarət bir qövm hansı millətə mənsub olduğunu bilmir. Özümüzə məxsus az-çox ədə­biyyatımız, teatromuz, musiqimiz olub, bir dil ilə danışıb, mə­lum adət və ayinlərə malikik. Deməli, əlahiddə bir millət ol­mağımıza şübhə yoxdur. Pəs, bizə tarix lazımdır ki, keçmişi­mi­zi öyrənib gələcəyimizə yollar açaq. Bu barədə hər bir əhli-qə­ləm çalışmalıdır ki, tariximizə dair məlumat toplansın.

Tarixin millətimizə nə qədər mənfəəti olmağını nəzərə alıb, Kiyev Müsəlman Studentlərinin Nəşriyyat Heyəti ərbabi-qələ­mi­miz­dən Azərbaycan türklərinin tarixini yazmağı rica edir. Tarix müxtəsər və sadəcə türk dilində olmalıdır. Onu heyət təb etdirməyi öhdəsinə götürür və bundan əlavə, tarix müəllifinə bir mükafat da verməyi vəd edir.
Yusif Vəzirov


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin