Йусиф Вязир Чямянзяминли (Мягаляляр вя фелйатонлар)



Yüklə 1,48 Mb.
səhifə4/75
tarix02.01.2022
ölçüsü1,48 Mb.
#1660
1   2   3   4   5   6   7   8   9   ...   75

BİLGİ AXTARANLARA

Yer üzündə ən mədəni, ən mütərəqqi bir millət geniş bir mə­lumata, dərin bir bilgiyə də malikdir. Deməli, mədəniyyət və tərəqqi ilə məlumat arasında bir münasibət və rabitə var. Mə­lu­mat olursa, tərəqqi və mədəniyyət də mövcuddur. Biləks, ən vəhşi, nadan və avam bir millət də adi bilgi və məlumatdan məhrumdur. Avam məlumat toplarsa, mədəniyyətə yol açar və mədəni olduqda da zəif və alçaqlıqdan xilas olub qəvi və səadətli millətlər cərgəsinə daxil olar.

Biz də qəvi olub, həyat istər isək, məlumat toplamalıyıq. Bu­­nun üçün də ayıq nəzərli və salamat məsləkli yazıçıları­mı­zın kitablarını mütaliə edib zikr və zehnimizi qədim xurafatdan təmizləməliyik. Bir çox böylə nəfi kitablar mərhum Həsən bəy Məlikzadə tərəfindən qə­ləmə alınıb. Bunlardan "Su, torpaq və hava" sərlövhəli birisi Kiyev studentlərinin nəşri olaraq çap­dan çıxıb satışa qoyuldu. Kitab müəllifin təsviri ilə gözəl kağız­da və iri hürufat ilə təb olunub. Bu kitab asan bir dil ilə yazılıb, onu hər oxuyan qanıb nəfbərdar olar. Oxucularımıza müta­liəsini töv­siyə edirik.

Kiyev İslam Tələbələrinin Nəşriyyat Heyəti Həsən bəy Mə­lik­­za­dənin qeyr əsərlərini də təb etdirməyi öhdəsinə götürüb. Bu yavuqda heyətin üçüncü kitabı ("Bədəni salamat saxlamaq düsturi-əməli") çapdan çıxacaq.

Müsəlman studentlərinə bu xeyir işdə hər kəs əlindən gə­lən köməyi müzayiqə etməməyi rica olunur: istər pul ilə və is­tər vəkil olub şəhər və qəsəbələrdə kitabları sat­maq ilə. Vəkil­lə­rimizin və ianə verən möhtərəm əşxasın adları və ver­dikləri ianənin qədəri qəzetə vasitəsilə məlum olunacaq. İanə gön­də­rənlər və kitabları çap olmaq xahişində olanlar bu adresə mü­ra­ciət etməlidirlər:

"Kievc, studentu Ösifu Vezirovu; Dikaə ul. d. №11, kv.4".

Vətənimizin hər bir tərəfində satılan kitabların pulları da bilatəxir bu ünvana göndərilməlidir. Nə qədər kitablar tez satı­lıb, pulları toplanarsa, bir o qədər yeni nəşriyyata girişmək stu­dent­lər üçün asan olar. Bu da millətimizin himmətinə bağlıdır.
Student Yusif Vəzirov


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin