ROBİNDRANAT TAQOR
Taqor 8 mayıs 1861-ci ildə Kəlkütədə dünyaya gəlmişdir. Atası Maxaraş Davandranat Taqor Hindistanın zəngin və nüfuzlu filosof və şair ailəsinə mənsub idi.
Taqor anasını uşaq ikən qaib etmiş və bu əziz itginin təsiri, qəm və kədərləri ilk şerlərinə sirayət etmiş[dir].
Atası həmişə səyahətdə olduğu üçün şair atasını da az görürdü. Evdə yeddi qardaş nökərlərin əlində böyüyürdülər. Nökərlər bunları döyürdülər. Biri şairi oturdub, ətrafına təbaşir ilə dairə çəkib, oradan çıxmamaq ilə qorxudurdu.
Ata-ana təsirindən uzaq, nökərlərin qaba himayəsindən tez-tez çəkilib, pəncərəsinin yanında oturub, özünü təbiətə tərk edirdi, yapraqlardan, küləklərdən, yellərdən ilham alardı.
Cocuqlara evdən çölə çıxmağa mane olurdular. Lakin geniş imarətdə və bağda asudə idilər. Xəyalat və fikir üçün meydan geniş idi.
Zahiri həyatında böyük təbəddülat olmadığı üçün dəruni aləmilə məşğul olmuş. Əsərlərinin dərinliyi də bununçündür.
Məktəb ilə bərabər, evdə xüsusi müəllimlərdən də dərs alınırdı. Bu dərslər axşam saat doqquza qədər davam edirdi, ingiliscə, sanskritcə Benqal Akademiyasında təhsil görmüş. Şantengetan məktəb açmış, özü də imdiyədək idarə edir.
Uyqudan əvvəl dayələrdən birisi uşaqlara nağıl deyirdi.
23 yaşında evləndi. Eşqi o vaxtın şerlərində görünür. Sonra atasının təklifi üzrə Qanq kənarında Şilaliddəki mülklərini idarəyə başladı. Burada xalq ilə təmasa gəlir və ən gözəl əsərlərini burada yazır. “Bağban” burada vücuda gəldi. Arvadı və qızı öləndən əvvəl mülkü idarə eləməkdən əl çəkib, Şantengetan məktəbi məsələsi onu məşğul edirdi. Bu məktəb üçün hazırlanmaq niyyətilə Taqor Amerikaya və İngiltərəyə səyahət etdi. Məktəb vasitəsilə Taqor Benqaliyaya yeni həyat bəxş etmək niyyətində idi.
İngiltərədə Brayton şəhərində təhsil gördü. Hüquqi tədqiq edib, vəkil olmalı idi.
Qardaşının dostlarından birisi bu məktəbi layiq görməyib, onu Londraya apardı. Buradasa Qaspar, Milton və Bayron ilə məşğul oldu, amma təsirlərinə düşmədi.
V Anq. liter. eqo parazili sila strasti.1)
Buna şərik ola bilmirdi, çünki:
“Çeloveçesk. strasti – tolğko odin iz glementov literaturı, a ne ee üelğ: gtoy posledney skoree əvləetsə krasota soverşenney polnotı, kotoraə sostoit v prostote i sderjannosti”.2)
İkinci dəfə Avropaya təhsilə getməsinə bizə məlum olmayan səbəblərə görə mane olundu. Yalnız əlli yaşında 1912 sənədə Avropaya getdi və ingiliscə əsər yazmağa başladı (Bu zaman məktəb açdı). Bilaxirə Avropaya səyahətlərində böyük hörmətə malik olmuş[dur].
Kak ukrepitelə voli, nesuhiö obodrenie ustanıni, kak jivoy ukazatelğ puti “k pobede vısşeqo v çeloveke”.3)
Taqora qüvvət verən hindin əsrlərcə toplanmış mədəniyyətidir. Lakin tam müasir bir adamdır. Bir hində deyil, bütün dünyaya yeni həyat hazırlayıbdır. Taqor Şərq ilə Qərb arasında bir körpüdür.
Dostları ilə paylaş: |