Жяфяр хянданын aзярбайжан ядябиййатына


Sabirin yaradıcılığında ifşa üsulları



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə15/35
tarix03.04.2017
ölçüsü4 Mb.
#13209
1   ...   11   12   13   14   15   16   17   18   ...   35

 

Sabirin yaradıcılığında ifşa üsulları   

 

«Bədii  ədəbiyyatda tendensiyaçılıq ümumən gözəl sənət 



əsərləri, xüsusən realizm məktəbi üçün ən səciyyəvi keyfiyyət» 

olduğu, Sabirin də realizm sənətinin bu xarakter xüsusiyyətinə 

«biganə» qalmadığı, onun bir sənətkar kimi «təsvir etdiyi hadi-

sələr, tənqid etdiyi hədəfə qarşı» öz münasibətini bildirdiyi 

qeyd edilir və eyni zamanda tədqiqatçı onun realizmində ten-

densiyaçılığın  spesifik cəhətlərini üzə  çıxarır. Tendensiyaçılı-

ğın təzahür formalarını araşdırır. 

Şairin yaradıcılığında «a ç ı q  te n d e n s i y a»nı görür.  

Belə halda şair öz düşməninə qarşı öz münasbətini «gizlət-mə-

yir», onu alçaq sözlərlə «xarakterizə» edir, ifşa olunmasına «ça-

lışır»: «Belə hallarda şair öz mənfi tipləri (şah, sultan, vaiz, 

zahid, tacir, kapitalist və s. ilə üz-üzə durub, bu və ya başqa si-

fətlərini açıb göstərmək üçün orijinal priyomlar tapır, heç bir 

vasitəli nitqə  əl atmadan müstəqim yolla fikrini deyir» (107, 

s.254). 

Şairin aşağıdakı misralarını nümunə götürür: 

Zahida, gəl soyunaq bir kərə paltarımızı, 

Çıxaraq zahirə batindəki əfkarımızı, 

Pisgahi-nəzəri-xəlqə tutaq varımızı, 

Görüb onlar dəxi təhqiq eləsin karımızı, 

Hər kimin ağı qara isə utansın, a balam! 

Bəlkə illərcə yatanlar bir oyansın, a balam!  

 

Bu üsulda-açıq tendensiyada  bəzən müsbət lirik qəhrə-



man, şairin sevdiyi surət mənfi tipləri ifşa etmək üçün «tenden-

siyaçı şairin yerini tuta bilir» (107, s.254). 



                                                                                      Gülxani Pənah 

 

 



234 

Sabirin yaradıcılığında t i p i n   ö z ü n ü   n ü ma y iş  

yolu ilə ifşa və tendensiya üsulu araşdırılır. Bu halda ilk baxış-

dan sanki tendensiyaçılığın olmadığı düşünülür. Tədqiqatçı 

«Millət necə tarac olur-olsun nə işim var?»-deyən tip haqqında  

şairin heç bir söz deməsə də sözün həqiqi mənasında onu ifşa 

etdiyi, tipin özünü nümayiş yolu ilə ifşaya çalışıb öz tendensi-

yaçı münasbətini gizlətmədiyi açıqlanır: «çünki tip elə sifətlərlə 

çıxış edir ki, bu sifətlər onu ifşa edir. Məsələn tip deyir ki, «qoy 

mən tox olum» dünya ac olsa da nə işim var, yatanları ayıltma, 

mən sağ olum dünya batsın və s. belə pis niyyətli adam, əlbəttə, 

bu alçaq niyyətləri ilə əsl simasını gizlədə bilmir» (107, s.255). 

F i k r i n   t ə r s   m ə n a da  i f a d ə s i yolu ilə ifşa və 

tendensiya üsuluyla Sabir yaradıcılığında gülüşün «çox mənalı 

və təsirli» çıxdığı, xalqının dərdinə əlac etmək istəyi açılır: 

Tərpənmə, amandır, bala, qəflətdən ayılma! 

Açma gözünü, xabi-cəhalətdən ayılma! 

Lay-lay bala, lay-lay, 

Yat qal dala, lay-lay 

«Göründüyü kimi, müsbət lirik qəhrəman elə sözlər deyir 

ki, bunların hamısı-istisnasız tərs mənada başa düşülməlidir. 

Yəni tərpənmə əvəzinə-tərpən, ayılma əvəzinə-ayıl!-deyən şair 

elə dərin yaralara əl atır ki, bu toxunma ağrı ilə nəticələnsə də, 

xəstə sağalmasını arzu edir» (107, s.255). 

P a r o d i y a   y o l u   il ə   i f ş a  və   t e n d e n s i y a 

Sabir yaradıcılığında var. Sabirin Füzuliyə, Firdövsiyə, Türkiyə 

tənzimat ədəbiyyatının görkəmli nümayəndəsi Namiq Kamala, 

Seyid Əzimə, Abdulla Cövdətə, Mahmud Əkrəmə parodiyaları 

məlumdur. 

Onun Füzulinin şeirlərinə parodiyalar yazdığı, satirik 

misralara geniş yer verdiyi, bir tərəfdən mənalı gülüş doğurdu-

ğu, digər tərəfdən də müəllifin tipə, həyat həqiqətinə və ya ha-

disəyə tendensiyalı münasibət bəslədiyi söylənir. T. Novruzov 

yazır: «Sabirin parodiya yaradıcılığı Azərbaycan satirik şeiri 

tarixində tamamilə yeni bir səhifədir. Bu parodiyalar tipoloji 


Gülxani Pənah 

 

 



235 

baxımdan müxtəlifdir. Sabir böyük Füzulinin bir sıra məşhur 

qəzəllərinə parodiya yazmaqla» yeni qəzəl-parodiya janrı ya-

ratmışdır. Parodiya üçün seçilən qəzəlin formasını, əsas poetik 

quruluşunu, obrazlarını  və ifadə  tərzini, lüğət tərkibini saxla-

maq, ancaq müraciət hədəfini dəyişdirmək, ona acı və sərt bir 

münasibət aşılamaq Sabir parodiyasının özünəməxsus cəhəti 

kimi müəyyənləşdirilə bilər»-deyir (111, s.78).  

Füzulinin  

Can vermə ğəmü-eşqə ki, eşq afəti candır, 

Eşq afəti-can olduğu məşhuri-cahandır! 

misralarına Sabirin parodiya şəklində yazdığı 

Təhsili-ülum etmə ki, elm afəti-candır, həm əqlə ziyandır, 

Elm afəti-can oduğu məşhuri-cahandır, mərufi-zamandır. 

Burada eşq sözünün «elm» ilə  əvəz olunması  və yaxud 

qəzəlin müstəzad  şəklinə salınması böyük Füzulini yaddan 

çıxarmır, əksinə, dərhal yada düşür ki, satira Füzulinin qəzəlinə 

parodiyadır» (107, s.256). Burada elmin mahiyyətini başa 

düşməyən avam «ifşa olunur» və digər tərəfdən də onu bu 

vəziyyətdə təsvir edən şair «tendensiyaçılığını nümayiş etdirir». 

Sabirin parodiyanı «milli satirik poeziyaya əsaslı surətdə 

daxil etdiyi» (111, s.76), parodiyalarının ciddi «ictimai-əxlaqi 

hadisələrə  həsr olunduğu», parodiya-təhzilin Sabir yaradıcı-

lığında «ayrıca bir janr kimi özünü göstərdiyi», bu poetik janrın 

orijinal nümunələrini yaratdığı (112, s.47) haqqında tədqiqat-

çıların araşdırmaları C.Xəndandan sonra Sabir irsinə verilən 

dəyərlərdir. 

X o ş b ə x t l i y i   b ə d b ə x t l i k    h e s a b  e t m ə   

yolu   i l ə   i f ş a. Şüur dairəsinin məhdudluğundan xoşbəxt 

vəziyyətindən şikayətlənən tiplərin Sabir satirasında «çoxluğu-

nu» qeyd edən tədqiqatçı avam qadının öz şair  ərindən 

şikayətlənməsini, savadsız kişinin oğlunun inqilabi yol tutma-

sına acığı tutmasını, elm oxuyan, siyasi mübarizələrdən başı 

çıxan oğlunun xoşbəxtliyini bədbəxtlik kimi qəbul edən avam 

atanın nəsihətini diqqətə  çəkir və «biz bu priyomlarda bir 


                                                                                      Gülxani Pənah 

 

 



236 

tərəfdən  şairin bu xoşbəxtliyə münasibətini görür, digər 

tərəfdən də avamın tənqidi ilə razılaşırıq» (107, s.257)-deyir. 

Bu fikri müstəqim yolla şair ifadə etsəydi  «şair quru nəsihət-

çilik yoluna düşər, şeirin təsir qüvvəsi qat-qat azalardı»-deyən 

C.Xəndan Sabirin bir satirasından aşağıdakı parçanı verir: 

Mən bilməz idim bəxtidə bir nikbət olurmuş, 

İzzət dönüb axır belə bir zillət olurmuş, 

Çərxin, əcəba, seyri da min babət olurmuş, 

Millət ayılıb, talibi-hürriyyət olurmuş, 

Millətdə də, yahu, belə bir qeyrət olurmuş?! 

Yalnız, nə deyim, getdi mənim millət əlimdən, 

Torpaq başıma, çıxdı bütün izzət əlimdən! 

və «bu parçada görün millətdəki siyasi intibah kimi 

xoşbəxtliyi bədbəxtlik hesab edən satirik tip necə ifşa olunur» 

(107, s.257)-deyir. 

B ə d b ə x t l i y i   x o ş b ə x t l i k   h e s a b   e t m ə   

yo l u   i l ə  ifşa da Sabirin yaradıcılığında əsas priyomlardan 

biridir. Bədbəxtliyinə xoşbəxtlik kimi baxan, acınacaqlı vəziy-

yətə düşən adamların «yazıqlığı», «gülünclüyü» diqqətə çəkilir. 

İrticanın artması  nəticəsində  mətbuatın bağladılması  xəbərini 

eşidən tip xalqın həyatında bədbəxtik olan bu hadisəyə sevinir, 

«düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can» deyən tipin 

əməlləri, «Bəxtəvər» satirasındakı  bədbəxtliyi müsbət qiymət-

ləndirən kişinin oğlunun «şücaətinə» sevinməsi diqqətə çəkilir: 

Oğlumuz, ay Xansənəm, bir yekə pəlvan imiş, 

Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş! 

Düşmüş idim küçədə, bir də nə gördüm, haman 

Ağrısını aldığım Feyzi gəlir lap piyan, 

Çatcaq urub bir qoca saili qusdurdu qan. 

Gözlərinə döndüyüm, sanki bir aslan imiş, 

Bəxtəvər olsun başın, baxtımız oğlan imiş! (107, s.257). 

Burada tipin dili ilə «bəxtəvər olsun başın!», «ağrısını al-

dığım», «gözlərinə döndüyüm» kimi  mənalı verilən ifadələr, ti-

pin sevincinə səbəb olan hadisə (piyanlıq, xüliqanlıq), xüsusilə 


Gülxani Pənah 

 

 



237 

zəif bir qocanı vuran oğulun «qəhrəmanlığına» sevinən atanın 

sevincinin gülünclüyü göstərilir. Tipin  həqiqi mənada ifşası, 

onun xoşbəxtlik saydığı  bədbəxtçiliyə oxucunun şübhə etmə-

diyi, oxucunu «doğru yola çağırması»nın çox ibrətamiz bir 

priyomla təsdiqi açıqlanır: «Bu priyomlarda da Sabirdə böyük 

bir insan ürəyi duyulur, xalqın dərdlərini sağaltmaq istəyən 

qayğıkeş bir həkim, həm cə cərrah arzusu hiss olunur. Bu arzu 

yaraları sığal yolu ilə deyil, kəsib atmaq, yerinə duz basıb göy-

nədə-göynədə sağaltmaq istəyən və yalnız bu yolla sağala-

cağına ürəkdən inanan humanist bir vətəndaşın arzusudur» 

(107, s.258). 

Satiralarında t i p i n   ə v ə z i n ə  ş a i r i n etirafları 

araşdırılır. Bir çox satiralarında konkret bir tip olmadığı, «iran-

lı», «turanlı» kimi ümumiləşmiş    sözlərlə bu tiplərin adından 

şairin «özü çıxış» etdiyini göstərir: 

Amalımız, əfkarımız ifnayi-vətəndir, 

Kinü qərəzi hirs bizə ziynəti-təndir. 

Əfal yox, ancaq işimiz lafi-dəhəndir, 

Dünyada əsarətlə bütün kam alırız biz, 

Qafqazlılarız, yol kəsiriz, nam alırız biz (107, s.258). 

Bu üsüldan istifadə etməkdə  məqsədinin «inandırıcılığı 

artırmaq» olduğu qənaətindədir: «Yuxarıdakı misralardakı fikri 

heç kəs etiraf etməz.  Ən alçaq, qaniçən adam belə açıq-aydın 

deməz ki, mən alçaq və qaniçənəm. «Amalımız,  əfkarımız if-

nayi-vətəndir» deyə öz varlığını büruzə verən «qafqazlılar» olsa 

da, bu sözü deyən  şairin özüdür» (107, s.258). Yol kəsib ad 

alan, qərəzi, kini ziynət hesab edən bəzi qafqazlılara  şair 

«mənfi münasibətini bildirir», Sabir «belə murdar sifətlərlə 

lovğalanan qafqazlılardan danışir», onların dili ilə «çıxış edib 

bütün bu mənfi keyfiyyətləri boynuna alsa da, onlara nə qədər 

ürəkdən gülüb, tamamilə zidd cəbhədə durduğunu» nümayiş 

etdirir, burada şair öz tendensiyasını gizlətməyir, satiralarında 

«bu üsuldan istifadə edir».  



                                                                                      Gülxani Pənah 

 

 



238 

Sabirin satiralarındakı  q u r u    t ə r i f    y o l u   i l ə  if-

şa  İran xalqının qəddar düşməni Məhəmmədəli  şah haqqında 

yazdığı, onun iç simasını açdığı, inqilabçı xalqa kömək etdiyi 

şeirləri əsasında təhlilə cəlb edilir: 

Doğrudan da, Məmdəli, qeyrət həlal olsun sənə! 

Baği-şəhdə etdiyini işrət həlal olsun sənə! 

Əhlinə şah olduğun dövlət həlal olsun sənə! 

Verdiyin məşruteyi-millət həlal olsun sənə! (107, s.259). 

Tənqid üçün «əlverişli» bildiyi bu üslubu Sabirin «xalq-

dan öyrəndiyini» deyir: «xalq arasında çox zaman «haram 

olsun» əvəzinə kinayə ilə «halal olsun» deyib sözün qüvvəsini 

artırırlar. Bu bənddə «halal olsun»la bağlanan bütün sözlər tərs 

mənada işlənmişdir.  Şairin sənətkarlığı orasındadır ki, o əsl 

məqsədinə, yəni tərif yolu ilə ifşaya müvəffəq olmuşdur» (107, 

s.259). Burada şaha mənfi münasibəti müəyyənləşdirmək üçün 

şahın adının təhrif olunmuş  şəkildə  tələffüzü (Məhəmmədəli 

əvəzinə  Məmdəli), eyni zamanda şeirin sözləri kinayəli into-

nasiya ilə  tələffüz edilməsinə oxucunu «vadar» etmək təd-

qiqatçının gözündən yayınmır. 

Kim nə deyir bizdə olan qeyrətə? 

Qeyrətimiz bəllidir hər millətə! 

Cümlə cahan yatsa da, biz yatmarıq, 

Qeyrəti -milliyyəmizi atmarıq. 

Əhlimizi başqalara satmarıq- 

Bir quruşa, bir pula, ya bir çetə, 

Kim nə deyir bizdə olan qeyrətə? (107, s.260).  

 Burada da şair guya qeyrətli “vətənpərəstlərdən” danışır, 

əslində isə üzdə millətpərəst, vətənpərvər görünsə  də, «hə-

qiqətdə isə bu cəbhənin qatı düşməni olan satqınları» ifşa edir: 

«Bu satirada ifşa olunan tiplərin xalqa tam təfərrüatı ilə məlum 

olan elə sifətləri təriflənir ki, biz onların bu tərifə  zərrə  qədər 

layiq olduqlarına inana bilmirik. Məhz buna görə də bu tərifdən 

güdülən əsl məqsəd oxucuya dərhal çatır, bu cür ifşa üsulu öz 

işini görür» (107, s.260).  


Gülxani Pənah 

 

 



239 

M ü ş a i r ə    və   m ü b a h i s ə    y o l u  i l ə  i f ş a 

Sabirin yararlandığı priyomlardan biri kimi araşdırılır.  O, döv-

ründən narazılıq hissini öz qələm yoldaşları ilə «sanki müşairə» 

şəklində verir, «bu və ya başqa məhdud görüşləri tənqid yolu 

ilə  ən böyük siyasi-ictimai hadisələrə qarşı  kəskin mülahizə-

lərini deyib istədiyi obyekti» ifşa edir, gözüaçıq sənətkar həqi-

qəti xalqa çatdırmaq üçün, irticanı kəskin tənqid üçün bu üsul-

dan da bacarıqla yararlanır.    M.Hadi  və ya ünvansız bir şairlə 

və yaxud yazıçı ilə belə müşairə apardığı  şeirləri təhlil edilir. 

Şah “1905-ci il inqilabından qorxuya düşüb gözdən pərdə 

asmaq üçün” güzəştlər edir, xalqın nəzərini  əsl siyasi məsə-

lələrdən “yayındırmağa çalışir”, siyasi dünyagörüşü məhdud 

olan yazıçılar “bu güzəştləri ürəkdən alqışlayır”, hətta “qələbə 

kimi tərənnüm edir”. Sabir kimi sənətkarlar isə “pərdənin 

altındakı hqiqəti görür”, xalqı “inanmamağa çağırır”. «Budur, 

2-ci dövlət dumasının faciəli taleyini, yəni qapandığını görən 

şair ünvansız bir yazıçının fikirlərilə münaqişə edərək, «hə, de 

görüm nə oldu bəs, ay balam iddəaların?» deyə bir tərəfdən 

onun dar düşüncələrinə gülür, digər tərəfdə də əncüməni, məc-

lisi, mənasız ittihadı, irticanı kəskin tənqid atəşinə tutur: 

Sən o deyilmidin, dedin: var bizim ittihadımız? 

Mən də, yadında var, dedim: yox buna etiqadımız... 

Büğzə, nifaqədir bizim  qeyrətü ictihadımız... 

Pərdə açıldı nakəhan, mən deyən oldu, olmadı? 

Tədqiqatçı burada təkcə bir dar düşüncəli yazıçının 

tənqidini, yaxud hakim dairələrin ifşasını deyil, eyni zamanda 

şairin doğru fikirlərinin tərənnümündən doğan vətəndaşlıq 

hissinin, qürurun da özünü göstərdiyi qənaətindədir. 

Sabir satiralarında s i y a s i - i c t i m a i   h a d i s ə l ə r- 

in   p e y z a j l a r l a verilməsi araşdırılır. İrticanın ən şiddətli 

dövründə yazdığı «Mən belə  əsrarı qana bilmərəm» satirasını 

nümunə  gətirir: «O, burada göstərir ki, haqq deyənin dili kə-

silir, qananlar təhdid olunur, fəaliyyət göstərənlər hədələnir və 

s. Belə bir dövrdə açıqdan-açığa: «Haqq sözü derkən  utana 


                                                                                      Gülxani Pənah 

 

 



240 

bilmirəm»-deyən  şair elə oradaca əlavə edir ki, «mən günəşi 

göydə dana bilmirəm». Burada günəş  təşbihi nə qədər mənalı  

və təsirlidir!» (107, s.264). 

Onun satiralarında çoxlu  sayda peyzajların olması təqdir 

edilir.  

Şiddəti-seylan ilə baran tökür, 

Bir koma yox, daldana bilmirəm. 

Və yaxud: 

Qara buludlar oynaşır indi nədir ilacımız, 

Çulğəlayır bizi duman, mən deyən oldu, olmadı? 

Birinci beytdə  «şiddəti-seylan» məfhumunda «şiddətli 

irticanın təqibi və daldalanmaq üçün bir komanın axtarılması 

çox mənalı»dır (14, s.264). «Qara buludların oynaşması», 

«dumanın çulğaması» müstəqim mənada olduğu kimi məcazi 

mənada da çox dəhşətli hadisələrin baş verməsinə «işarə»dir, 

şair belə istiarələri işlətməklə  həm real hadisəni canlandırir, 

həm də bu real və mənfi hadisəyə şair kimi mənfi münasibətini 

bildirir, buna görə  də onun realizmi «passivseyrçi» realizm 

deyil, aktiv ifşaedici və  həyatı  dəyişdirici realizmdir: «Bu 

realizm həyatı  dəyişdirmək üçün yollar göstərir, dumanların, 

qara buludların dağıdılmasına ruhlandırır ki, bu da satiranın 

ideya istiqamətindəki inqilabiliklə əlaqədardır. Bu inqilabi məz-

mun sözlərin seçilməsi, mənalandırılması, cümlədə yer-

ləşdirilməsi, habelə  təsir qüvvəsini də istiqamətləndirir» (107, 

s.265). 


Sübh tüli etməmiş, vəqti-nahar olurmu ya? 

Bir gül açılmaq ilə də fəsli-bahar olurmu ya? 

Təbiət mənzərələrindən siyasi-ictimai fikirləri aydınlaş-

dırmaq üçün, Sabirin belə geniş  istifadəsini sənətkarlıq məsələ-

ləri ilə bağlayan tədqiqatçı  şairin məqsədinin  ən asan yollarla 

oxucunu fəth etmək  olduğu, bunun üçün bu vasitələrdən də 

istifadə etdiyini bildirir.  

Satiralarında e y h a m  v ə    r  ə m z lə ifşadan istifadə 

edən sənətkarların senzuradan gizlənmək üçün eyhamlarla fik-


Gülxani Pənah 

 

 



241 

rini başa salmağa çalışdıqlarını, bundan fikrin təsirini artırmaq 

məqsədilə də istifadə etdiklərini diqqətə çatdırır. Sabir isə qor-

xub çəkinmədən, hər sözü açıq deməyi  ən mühüm təsir vasi-

tələrindən sayır, lakin bununla belə, o, satiralarında elə sözlərin 

işlənməsinə ehtiyac hiss edir ki, onları açıq demək əxlaqi cəhət-

dən «düz deyildir», həm də  ədəbiyyatda naturalizmə  qətiyyən 

meyl etməyən Sabirin «həcvi-qəğihə» yol verməmək üçün belə 

hallarda eyhamdan istifadə etdiyini oxucu «dərhal anlayır»: 

«məsələn, mollanın tərcümeyi-halını xronoloji şəkildə yazan 

şair uşaqlıq dövrünü xarakterizə edərkən onun dili ilə deyir: 

«vəqtə görə bir para əməl adətim idi...». Sonra oxuyuruq: 

Vaqta ki, cavan oldum iyirmi beşə çatdım, 

Əvvəlki işin vəqti ötüşdü, onu atdım. 

Göstərdiyi digər nümunələrdə  də  tədqiqatçı  sənətkarın 

eyhamdan yerində istifadə etməsini dəyərləndirir. «Çığırma, 

yat, ay ac toyuq» misralı satirasında rəmzdən çox mənalı surət-

də istifadə etdiyi söylənir: 

Gətirdiyin yumurtadan nəticə cücə gözləmə, 

Qazanda qayqanağa bax, ocaqdakı şərarı gör! 

«Buradakı eyhamlar irtica dövrünü xarakterizə edir. Şair 

eyhamla xalqı başa salır ki, ehtiyatlı olmaq lazımdır» (107, 

s.267). 

Sabir  m ü s t ə q i m   i f ş a  y o l u ilə gözəl əsərlər 

yazmışdır. 

İnteligent ağalar, biz sizi çoxdan tanırıq. 

Bilirik sizdə bu gün qeyrəti-millət yoxdur! 

Biz niyə məktəbi, təhsili-ülumi sevirik,- 

Çünki məktəb adına bizdə xəyanət yoxdur. 

 Və yaxud: 

Arif çalışır ki, millət azad olsun, 

Zahid çalışır ki, məscid abad olsun 

-misralarını yada salan tədqiqatçı onun müstəqim-açıq ifşada 

satira hədəfi nisbətən konkret olduğundan təqib olunmasına 

«daha  əlverişli» imkan yarandığını, buna baxmayaraq Sabirin 


                                                                                      Gülxani Pənah 

 

 



242

Sultan  Əbdülhəmid, Məhəmmədəli  şah, Mir Haşım, Zilli-Sul-

tan və öz dövrünün onlarca bu kimi müstəqim, mürtəce, satqın 

və qabiliyyətsiz adamlarını ifşa etdiyini», bu yolla ifşaya yö-

nəldilmiş satiralarında böyük siyasi-ictimai məsələlərdən danış-

dığını göstərir. «Ağzıdualı qoca baqqal» kişinin də bir uşağa 

qarşı qeyri-insani münasibətini müstəqim ifşa yolu ilə  verdiyi 

qeyd edilir. 

Bu ifşa üsulunda ifşa olunan tipin öz nitqi də mühüm yer 

tutur,  şair bəzən öz mənfi qəhrəmanlarının dililə (xudpəsənd, 

pulgir, ruhani, müstəbid, hakim və s) onları «danışdırır», xa-

rakter keyfiyyətlərini «açıb göstərir», bunların psixoloji həyə-

canlarını açmaqla ifşa olunduqlarını bildirir: 

Bir gün gələr, olar da bilərlər xəyanətim, 

Məndən tənəffür ilə qaçarlar cəmaətim. 

Onda yəqin qopar başıma öz qiyamətim, 

Artar qəmim, gedər fərəhim, izzü şövkətim. 

Əhdi pozub əkərçi mən üsyan eylərəm, 

Ey dad, haray, nə növlə samanın eylərəm?! (107, s.269). 

Həm ciddi, həm də satirik şeirlərində Sabirin  müəyyən 

qədər «həyat həqiqətinə satirik münasibət» bəslədiyi, öz 

ifşaedici fikrinin bunlarda da bədii ifadəsini verdiyi qeyd edilir, 

onun şeirlərini satirik və lirik deyə iki hissəyə bölməyin «çətin-

liyini» dilə gətirir: «çünki şeirlərdə ifşaedici satirik momentlər 

olduğu kimi, satiralarda da qüvvətli lirika nəzərə çarpır». Onun 

«Çocuq», «İnsanlar», «Səbr eylə» kimi satirik şeirlərində lirik 

momentlərin «çox» olduğu, hətta bunları satirik lirik şeir 

adlandırmağın mümkünlüyünü qeyd edir. 

İlk lirik şeirlərində satirik ünsürləri görür: «satiralarındakı 

lirik qəhrəmanın-şairin düşməni kimi tanıdığımız zahid obrazı 

burada da onun qarşısına çıxır, şair deyir: 

 

Qoyma gələ, saqiya, zahidi meyxanəyə, 



Dönməyə meyxanəmiz məscidi-viranyə! 

Yaxud: 


Gülxani Pənah 

 

 



243 

 

Sirri-dəhanini demə naəhl zahidə, 



Qoy bixəbər qalıb belə əsrarı qanmasın!» (107, s.270). 

Bütün yaradıcılığı boyu Sabirin siyasi lirikaya biganə 

qalmadığı, öz tənqidi fikirlərini müəyyən dərəcədə bu janrda da 

yaydığı söylənir. Tədqiqatçı şairin: 

Dünkü dərvişi bu gün gör munimi-təqdirə bax, 

Dünkü munim bir gəda olmuş, göz aç, tofirə bax, 

Qıl cahana bir nəzər, məxrub olan təmirə bax, 

Pərniyan naimləri olmuş həm-ağuşi-türab, 

Ya bəni-adəm lidu lilmövt vəbnu lilxərab. 

-misralarını nümunə gətirir, onun «dövrünün ictimai dərdlərini 

açıb göstərmək və açıq tendensiyalı münasibətini bildirmək 

mənasında bu ciddi siyasi lirik şeir  ifşaedici qüvvəsilə şairin ən 

kəskin satirik şeirləri ilə müqayisə edilə bilər»-deyir (107, 

s.271). 


İnkişaf etmiş ölkələrdə feodal patriarxal həyatı müqayisə, 

elmlə  cəhalətin, xoşbəxtliklə  bədbəxtliyin və s. bir-birindən 

fərqlənən, bir-birinə zidd aləmin real müqayisəsinin oxucunu 

düşündürməyə bilmədiyini deyən tədqiqatçı «bu müqayisədə 

qibtə hissi, təəssüf və təəssüf duyğuları oxucunu riqqətə, həyə-

cana gətirir,  şairin alışıb yandığını görən oxucu istər-istəməz 

xəyala dalır, sanki şairin lap doğru dediyi qənaətinə gələrək ona 

səs vermək istəyir»-fikrindədir (107, s.271).  Fikrin təsir qüv-

vəsini artırmaq üçün şairin bu  m ü q a y i s ə   y ol u  i l ə ifşa-

dan istifadə etməsi dəyərləndirilir. Özünü millətpərəst ad-

landıran,  əslində isə millətin dərdindən xəbəri olmayan tipin 

etirafına diqqəti yönəldir: 

Hər millət edir səfheyi-dünyada tərəqqi, 

Eylər hərə bir mənzilü məvada tərəqqi, 

Yorğan-döşəyimdə düşə gər yada tərəqqi,- 

Biz də edərik aləmi-röyada tərəqqi; 

Millət necə tarac olur olsun, nə işim var?! 

Düşmənlərə möhtac olur olsun, nə işim var? 



                                                                                      Gülxani Pənah 

 

 



244

Burada irəlidə gedən millətlərlə geridə qalan milləti sa-

dəcə olaraq «müqayisə etmir», bu müqayisədə açıq tendensiya 

«özünü göstərir», «geriliyi qamçılamaq üçün kinayə, hətta 

tərifdən istifadə» olunur, bununla birlikdə geriliyə dözməyən 

vətəndaş  şairin «ürək sözləri» tam aydınlığı ilə açılır, oradakı 

ictimai kədər qabarıq şəkildə gözə çarpır. 

Müqayisə üsulundan Şərq ilə Qərbin, istismar dünyası ilə 

istismar olunan aləmin, varlıların və yoxsulların da müqayisə-

sini verən  şairin bu bir-birinə ziddə olan mənzərələri öz əsə-

rində verməsi, bu mənzərələrin ibrətamizliyi, humanist şairin  

bütün bəşəriyyətin dərdini düşündüyü, uzaqgörənliyi diqqətə 

çəkilir. 

Atılan bombalara diskinməyənlərin «yuxusunu qaçıran» 

şairin xalqın sağalmaz dərdləri ilə bağlı sözlərinin «dillər  əz-

bəri» olması, aforizmlərinin xalq yaradıcılığı nümunələri kimi 

yayılması dəyərləndirilir. 

Tədqiqatçılar Sabir satirasının sosial-estetik məzmununu 

araşdırarkən onun ideyalarının «milli» olmaqla yanaşı «beynəl-

miləl mahiyyət» də daşıdığını görür. A.Şaiq «Bizi füsunkar 

təsiri ilə  məftun edən pozuq mühitlə Sabirin ictimai idealı 

arasında olan təzaddır. O, bu qorxmuş, əskilmiş mühiti idealına 

uyğunlaşdırmaq, onun nöqsanlarını açıb göstərməklə yeni bir 

mühit, başqa bir aləm yaratmaq üçün çalışdı. O,...məhkumları 

müdafiə edir, onlara səadət və hürriyyətini anladır. Onun kəskin 

bir dil ilə  tənqid etdiyi yonulmamış insanlara qarşı qopardığı 

qəhqəhələri ruhundan qopan acı  fəryaddan başqa bir şey de-

yildi. Onun həcvi əsrinin acı həqiqətlərini tərənnüm etdiyi kimi, 

bəşəri xəstəlik və nöqsanları da geniş qanadları altına almışdır» 

(113, s.49; 111, s.33)). 

Sabir yaradıcılığında satirik kontrast araşdırılır. Ayrı-ayrı 

sözlərdən, tərkib və ifadələrdən tutmuş tam bir mənzərənin də 

köntrastını yaratmaqda «çətinlik çəkməyən»  şairin «belə  mən-

zərələri o qədər dolğun və təsirlidir ki, oxucunu sarsıdır, düşün-

dürür, həyəcanlandırır. Baxın, zidd siniflərə bölünmüş  cəmiy-


Gülxani Pənah 

 

 



245 

yətin kiçik bir mənzərəsində  nə  qədər böyük fərqlər və 

ziddiyyətlər vardır: 

Vəqta ki, əsas olur mürəttəb 

Məcmuəyi-nazu nemət ilə, 

Sərsüfrədə səf çəkir müəddəb 

Eyzən nucəba mətanət ilə, 

Dərvazədə əhli-fəqr-»Ya rəb! 

Ya rəb!..» çağırır zəlalət ilə, 

Sərsüfrədə dadlı-dadlı şərbət, 

İçdikcə qonaqlar əldə fincan, 

Dərvazədə həsrətü nədamət, 

Olduqca nəsibi-müstəməndan- 

Yad et məni, qəmli-qəmli yad et! (107, s.273). 

Burada bir tərəfdə keflə məşğul olan nücəba, o biri tərəf-

də  zəlalət ilə  fəryad edən «əhli-fəqr» arasındakı  fərqin sadəcə 

təsviri ilə kifayətlənməyən  şairin hadisəyə öz tendensiyalı 

münasbətini bildirməsi də açıqlanır: «Bu münasibətin məzmu-

nunu dərk etmək üçün «Yad et məni, qəmli-qəmli yad et!» 

sözlərini yada salmaq kifayətdir» (107, s.274). 

«Artmaq-azalmaq», «açılmaq-qapanmaq» kimi sözlərlə 

yaratdığı («məktəb artdıqca azalmaqda idi hörmətimiz,//O açıl-

dıqca qapanmaqda idi sənətimiz») kontrastlar, sadə, əslində isə 

mürəkkəb və siyasi («Məst ikən mən hələ, huşyar oldun, //... 

məni yox etdin, özün var oldun»; «Gözlülər başladılar ağla-

mağa//Korlar da ona xəndan oldu...») kontrastlar araşdırılır. 

Burada «gözlü-kor, ağlamaq-xəndan kimi kontrast ifadələrin 

dərin siyasi mənaları ifadə etmək üçün işlədildiyi, «gözlülər» 

sözünün siyasi hadisələrin  faciəli aqibətini başa düşən ağıllı 

adamlara aid olması, «kor» məfhumunda isə onların, rəqiblərin 

verilməsinin «aydınlığı», faciəyə gülən adamlara şairin mənfi 

münasibətini gizlətməməsi üzə çıxarılır: 

Şairin:  

El çəkir namımı min lənət ilə, 

Mən elə yad edirəm rəhmət ilə. 


                                                                                      Gülxani Pənah 

 

 



246

Nə elin lənətinin bir kəsəri, 

Nə mənim rəhmətimin bir əsəri; 

Mən nə müstəvcibi-lənəm, zira, 

Nə də el rəhmətə, qüfranə, səza. 

Şair bü şeirdəki kontrastın izahını verir: şair demək istə-

yir ki, el məni başa düşməyib lənətlə qarşılasa da, mən onu 

rəhmətlə yad edirəm. Bu nahaq hücumların mənə təsiri yoxdur. 

Avamlıq üzündən mənim doğru tənqidlərimi də başa düşmür-

lər. Mən lənətə layiq deyiləm, nahaq hücumuna görə eli də 

bağışlamaq olmaz. S ö z l ə r  i n    t ə h r i f   o l u n m a s ı   

yolu   i l ə düzələn (məsələn, Məhəmmədəli sözünün «Məmdə-

li», «Odessa» əvəzinə «Ədəs», «rus» əvəzinə «urus» dialektlər-

dəki ifadə  tərzini  əsas götürməklə (məsələn; bərkizdi, 

hələhəlbət, bəyə, ölübə  və s) düzələn  şeirlərində Sabirin qüd-

rətli sənətkarlığı,  şüurlu surətdə edilən təhriflərdə Sabirin dili-

nin aydınlığı, səlis və ahəngdarlığı, bu dilin şeirin musiqisini, 

ritmini yaratmaqda çox mühüm rol oynadığı kimi, satiranın 

tələblərinə də cavab verdiyi, şairin söz seçməkdə də bacarıq və 

istedadı üzə çıxarılır.  

N ə s i h ə t   v ə   m ə s l ə h ə t   y o l u   i l ə yranan sati-

ralarındakı mövzu dairəsinin müxtəlifliyi, rəngarəngliyi açılır. 

Belə satiralarda «çoxlu tip iştirak» edir, hər kəsin öz qabiliy-

yətinə, şüuruna və zövqünə görə nəsihət versə də şairin «aktiv 

tendensiyaçı  səsi» eşidilir: «bəzən nəsihət verən, bəzən onu 

dinləyən, bəzən də hər ikisi ifşa olunduqda biz şairin bu maraqlı 

priyomunda da onun sənətkarlıq qabiliyyətini görürük» (107, 

s.278). 


Sabirin yaradıcılığına məxsus olan sadəlik, dərinlik, ak-

tuallıq, reallıq, xəlqilik, forma rəngarəngliyi, ideya aydınlığı, 

tipiklik, orijinallıq və s. kimi məziyyətlər nəsihətlərdə  də var, 

onları zənginləşdirən yeni keyfiyyətlər «çoxdur»: «Bunlarda ən 

çox nəzərə çarpan bir xüsusiyyət var ki, sözlər tərs mənada 

deyilir, beləliklə də, məsləhət görülən keyfiyyətlər mənfi xarak-

ter daşıyır... Mənfi keyfiyyətli nəsihət və ya məsləhət doğrudan 


Gülxani Pənah 

 

 



247 

da o qədər mənfi olur ki, bunun məsləhət və ya nəsihət yolu ilə 

aşılana biləcəyinə heç kəs, hətta dar düşüncəli, avam və sa-

dəlövh  adamlar da inana bilməz. Məhz buna görə də hər hansı 

bir oxucu nəsihət olunan keyfiyyətin aşılanması, yayılması  və 

ya müdafiə olunması deyil, satiraya tutulub aradan qaldırılması 

haqqında şairin məqsədini dərhal başa düşür» (107, s.278). 

Onun «Uşaqlara» satirasındakı  məsləhətə diqqəti yö-

nəldir: 

Hər istədiyin olmasa hasil pədərindən, 

Vur, yıx, tala ta qorxuya düşsün zərərindən, 

Söy ağzına cürətlə, çəkinmə hünərindən, 

Biçarə xilas olmaq üçün şurü şərindən, 

Çıxsın canı, satsın qabı, qazanı, uşaqlar! 

Neylər dəxi ol sərvətü samanı, uşaqlar! 

Burada uşaqları  mənfi keyfiyyətlərdən  şairin uzaqlaşdır-

maq istəyi, bu mənfiliklərə qarşı mübarizə aparmaq istəyi üzə 

çıxarılır. 

Sabirin «Ata nəsihəti» əsərindəki Atanın oğula 

Küçədə tullan ay oğul, sənətin olmur olmasın. 

Və yaxud, Oğulun ataya: 

Gündə bir arvad al, boşa, qeyrətin olmur olmasın. 

ünvanlanan nəsihət və məsləhətini, münasibətini «çox yanlış və 

zərərli tərbiyənin nəticəsi» kimi qiymətləndirən tədqiqatçı  

şairin «Küpəgirən qarının qızlara nəsihəti» satirasında «məkr və 

hiylədə cin və  şeytanları kölgədə qoyan» qarının, «Bir ər ki, 

vəfadar ola aləmdə tapılmaz» ruhlu fəlsəfəsinə  əsaslanaraq 

gəlinə verdiyi məsləhəti («ərə qarşı  oğurluqdan tutmuş israf-

çılığa qədər nə bacarırsa etsin»- C.X), tərbiyə üsullarının «bir 

həqiqət» olduğunu açıqlayır, şairin «bu həqiqəti tam çılpaqlığı 

ilə göstərdiyi üçün, acı görünür, çünki o, əslində acı  və 

dəhşətlidir.  Şeirin qüdrəti də  məhz bu həqiqətin mahiyyətini 

göstərməsindədir»-deyir (107, s.280).  

Şairin «Get yuxuya, durma, a qardaş  hələ!», «Durma, 

yıxıl yat hələ, Fahrat kişi», «İndi bir az dincəl, baş qoy yatağa, 


                                                                                      Gülxani Pənah 

 

 



248

millət» və s. kimi «məsləhət və nəsihətlərilə ayaqları buxovla-

yan, gözləri tutan, ağızları yumanlar, zorakılar aləminə toxunan 

Sabirin bu tiplərə qarşı öz diliylə dediyi məsləhət və nəsihətləri 

də «ibrətamizdir», bu tipli şeirlər dar «ailə-məişət çərçi-

vəsindən» çıxıb, böyük ictimai-siyasi hadisələri «əhatə edir» 

(«Osmanlılar, aldanmayın, allahı sevərsiz» satirası), nəsihət və 

məsləhətlərindəki çağırış ruhu «qüvvətlidir», «Molla Nəsrəd-

din»ə xitabən yazdığı nəsihətlər, inqilabçılara verdiyi məsləhət-

lər, uşaq şeirlərinin sonunda irəli sürdüyü «tərbiyəvi-didaktik»  

fikirlərin  əsas olduğu bu mövzular «onun humanist fikirlərini 

çatdırmaq üçün ən əlverşli»dir.  

Sabirin ə n  g e r i d ə   q a l m ı ş l a r ı n    q a y ə s i n i   

t ə s d i q   y o l u   i l ə yaranan satiraları vardır. Ən geridə qal-

mış adamların qayələri «çox zaman tipin daxili aləmini açma 

yolu ilə» verilir, tip «öz gülünc qayəsini təbliğ və ya müdafiə 

etdikcə oxucunun nəzərində «ifşa olunur»: 

Yaşamaq istərisək dəhrdə əmniyyət ilə 

Elmə, fənnə, idəbayə baxalım nifrət ilə. 

Uyalım fitnələrə əldəki vəhşiyyət ilə, 

Yatalım bəstəri-qəflətdə uzun müddət ilə, 

Püxtəlikdən nə yetər, biz hələ xam olmalıyız, 

Yaşamaq istərisək sırf avam olmalıyız! 

«Öz avamlığı ilə fəxr edən, mədənilərə gülən, beləliklə də 

özünə bütün aləmi güldürən tiplər «şairin yaşadığı dövrdə çox-

dur», Sabir «belə adamların  ən geridə qalmış qayəsini təsdiq 

yolu ilə» onları  ifşa edir.  

Müsəlman geriliyindən iki əlli yapışanlara nifrətlə yana-

şan, bu qayə və düşüncəyə bütün varlığı ilə gülən Sabirin: 

 

Ölkəni seyr edərək hər cürə insan görürük, 



Ancaq öz nəfsimizi pak, müsəlman görürük (107, s.282). 

 misralarında «geridə qalmış, «pak müsəlman» nəfsli 

adamların «din pərdəsi altında törətdikləri rəzalətləri də, bu 

pərdəni yırtmaq deyil, tamamilə götürüb atmaq yolu ilə» açıb 



Gülxani Pənah 

 

 



249 

göstərdiyini bildirir. Bu priyomla düzələn satiralarda satira 

hədəfinin dəyişməsi ilə gülüşün də xarakterinin dəyişdiyini 

(gah təriz, gah kinayə, gah da lağa çevrilməsi) bildirir, «Oxut-

muram, əl çəkin» satirasını təhlil edir. Buradakı atanın öz fik-

rinin gülünc də olsa müdafiəyə qalxması, canfəşanlıq edib, 

dəlillər gətirməsi «şairi qızışdırmır,  əksinə o, bu qızğınlıqda 

məqsədinə çatmaq üçün daha asan yol görür və tipi bir daha 

coşdurur: 

Uşaq mənimdir, baba, dəxli nədir sizlərə? 

Kim sizi qəyyum edib hökm edəsiz bizlərə, 

Yatmaram əsla belə dinə dəyər sözlərə! 

Bir kərə qan, müxtəsər, oxutmuram əl çəkin! 

Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin! 

Beləliklə, biz dövrü üçün ən geridə qalmış fikirləri müda-

fiə edən bu kimi adamlara həm gülür, həm də  kədərlənirik» 

(107, s.283-284).  

Tədqiqatçı  s a d ə l ö v h c ə s i n ə   ö z ü n ü   b i l m ə 

m ə z l i y ə   q o y m a   y o l u   i l ə   i  f ş a y a  Mollanəsrəd-

dinçilərin çoxunda rast gəldiyimizi söyləyir: 

«Hamıya məlum olan və ya olmayan həqiqətlər elə təsvir 

edilir ki, guya tip bunları bilmir. Məsələn, cəllad baş kəsir, tip 

isə sual verir ki, niyə baş  kəsir? Bunu tipin bilə-bilə  və ya 

bilməyə-bilməyə deməsi həm gülüşə səbəb olur, həm də müəy-

yən həqiqəti üzə çıxarıb ifşa edir» (107, s.283). 

Şairin bu tipli satiralarda mütləqiyyəti ifşa məqsədini 

güddüyü də qeyd edilir. Şah tərəfindən heç bir azadlığın verilə 

bilməyəcəyinə inanan və bunu oxucularına da başa salan şair 

satirada açıq tendensiya yolu ilə getmiş, guya sadəlövhlərin 

köməyinə çataraq yazmışdır ki: 

Yox bu işin başqa bir hikməti ya mikməti, 

Əyri otur, düz danış, vazeh edək söhbəti, 

Bir kərə al boynuna: var yazığın nikbəti, 

Şah cavanbəxt isə bəs nə səbəb milləti- 

Həftədə bir aldadır, gah neçin verməyir, 


                                                                                      Gülxani Pənah 

 

 



250 

 

Bircə bu məşrutəni şah neçin verməyir! 



Gah verir filməsəl, gah neçin verməyir? 

Bu  şeir sənətkarlıq cəhətdən doğrudan da bir aləmdir. 

Həqiqətən siyasətdən  başı çıxmayan bir tipin  dililə xalqın mə-

nafeyini bu aydınlıqla ifadə etmək ciddi yaradıcılıq qabiliy-

yətidir» (107, s.283).  

Tədqiqatçı burada «neçin verməyir?»-sualını tipin  özünə-

məxsus bir əda ilə çox mənalı bir formada əsaslandırdığını 

(«verməyir, bir hikməti var, sirri var»), burada «var» sözünün 

təkrar yolu ilə iki dəfə  işləndiyini, yaxud sonrakı misralarda 

folklordan istifadə yolu ilə  «əyri otur, düz danış» ifadəsindən 

istifadənin satiranın gözəlliyini artırdığını, dilin təsirli və bədii 

çıxmasına «kömək etdiyini», həm də sözlərin seçilməsini,  tipin 

şüur dairəsi və biliyini nəzərə alıb, eyni zamanda «müvafiq 

vəzndə» yazmağı da lazım  bildiyini söyləyir. 

Böyük ictimai-siyasi hadisələrə bu priyomla münasibə-

tinin bildirilməsinə Mollanəsrəddinçilərin çoxunda rast gəlin-

diyini deyən C.Xəndan, bu cəhətdən C. Məmmədquluzadənin 

«İranda hürriyyət»ini nümunə gətirir. C. Məmmədquluzadənin 

bu hekayəsində «məktub yazdırıb hürriyyət payını göndəril-

məsini xahiş edən tipə güldüyü kimi, Sabir də bir il qabaq 

«Nolur  şirinməzaq etsə  məni həlvayi-hürriyyət» misrası ilə 

başlanan məşhur satirasında o priyoma əl atmış, siyasi hadisə-

lərin  əsl mahiyyətini guya bilməyən sadəlövh bir tipin dililə 

fikrini oxuculara çatdırmışdır» (107, s.284)-deyir. 

Tip hürriyyət adını eşidib üzünü görmədiyindən «bir loğ-

ma yeyib oxqay» demək istəyir,  İranda baş verən hürriyyət 

haqqında real fikir söyləməsə də, yuxuda gördüklərindən danı-

şır («yığıb da doldururlar kisə-kisə  bağlanır möhkəm»), bura-

dakı «bağlanmaq» məfhumu «təsadüfi işlənməyir», bu «hürriy-

yət xurması»nın hər adamın  əli çatan ağacda olmadığını, ona 

görə də «bu halvanın şövqündə olanların» ondan bir pay ala bil-

mədiyini deyən tədqiqatçı, «realist şair yuxarıdan verilən 



Gülxani Pənah 

 

 



251 

«azadlığın»  əsl mahiyyətini açmaq üçün, bu üsuldan elə 

məharətlə istifadə etmişdir ki, onun dililə həm müstəqim, həm 

də  məcazi ifadələrlə  tənqid hədəfi hörmətdən salınmışdır. 

Nəticədə hürriyyətdən: «Kəmaliyəs ilə məhrum olub bir yanda 

əyləşdim» (107, s.284)-deyir. 

Tədqiqatçı «tay-tay hürriyyətin» yükləndiyi gəmiyə 

asılan bayrağı görən satirik qəhrəmanın fikirlərini nəzmə çəkir: 

Oxurkən xətti-məlum oldu kəştibani-qərq olmuş, 

Qalıb dəryadə heyran kəştiyi-dəvayi-hürriyyət. 

Xuruşan mövclər hər səmtdən yeksər hücumavər, 

Görüb əmvacı kəştidən ucaldı: var hürriyyət. 

Bu səsdən səksənib durdum, götürdüm saətə baxdım, 

Hələ gördüm ki, şəbdir, söylədim: lay-lay hürriyyət! 

Bu misralardakı «bir-birindən gözəl məna, siyasi təfək-

kürün həyatiliyi, tendensiyaçılığın inandırıcılığı»nın oxucunu 

valeh etdiyini, şeirdəki təşbihlərin, məcazların, peyzajların və s. 

yerli-yerində işlədildiyini dəyərləndirir. 

Digər satiralarında olduğu kimi  burada da mücərrəd məf-

hum deyil, konkret həyati hadisələr və müəyyən siyasi fikirlər 

«söylənilir»,  şairi  İran inqilabındakı müvəffəqiyətsiz addımlar 

«düşündürür» və «belə bir üsuldan istifadə edərək hürriyyətdən 

gözlədikləri şirinlik əvəzinə acılıq alan adamların ictimai kədər-

lərinə «yanır». “Bir çox satiralarda olduğu kimi, burada da şair 

«Ağlar güləyən» kimi çıxış etmişdir» (107, s.285).  

Ciddi siyasi məsələlərin «sadəlövhcəsinə izahı ilə yanaşı» 

şair «adi görünən sadə  məsələləri də bu yolla izah edib tipin 

avamlığına qəh-qəhə ilə» gülür («Vah!.. Bu imiş  dərsi -üsuli-

cədid?!»): «tipin sadəlövhlüyü o dərəcəyə çatır ki, müəllimin 

dərsi uşağa yazdırması, onları çıxardıb gəzdirməsi, mahnı oxut-

ması  və elm öyrətməsi onun həyəcanına, hətta özündən çıx-

masına səbəb olur: 

Düz yeri bir yup-yumuru şey qanır, 

Həm də deyir sutkada bir fırlanır, 

Ay dolanır, göy dayanır, gün yanır, 


                                                                                      Gülxani Pənah 

 

 



252 

 

Kafirə bax, gör nə bədimandı bu! 



Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!» (107, s.285). 

Burada şair təkcə tipin gülünclüyünü göstərməyi «qarşısı-

na qoymur», eyni zamanda «iki aləmin müqayisəsini verərək, 

geriliyə, cəhalətə ürəkdən gülür»- (107-285). Digər satirasında 

uşağının nalayiq hərəkətlərindən zövq alan, bu yolla tərbiyəni 

məktəbə qarşı qoyan avam ananın sadəlövhlüyü, onun gözəl 

gələcək yetişdirən məktəbə qarşı çıxdığından gülüş hədəfi kimi 

seçilməsi,  şairin bu qadının simasında «məktəbin və elmin 

qədrini bilməyən avam analara gülməsi», eyni zamanda gələcək 

üçün belə anaların avaralar, tüfeyli, əməklə bağlanmayan 

boşboğazlar  nəslini yetişdirməsindən  şairin nigaran olması, 

Sabirin bu dərdləri sağaltmağa çalışması, onun uzaqgörənliyi, 

bu günlə səsləşən arzu və istəkləri açıqlanır. 

Sabir  k e ç m i ş i    i d e a l i zə   e d ə n l ə  r i n   y o l u   

i l ə   i f ş a priyomlarından da məharətlə yararlanırdı. Keçmişi 

idealizə edən adamların onun satiralarında mənfi keyfiyyətlərilə 

nəzəri cəlb etdiyini deyən tədqiqatçı öz şəxsi mənafelərini 

güdən adamların xalqın avamlığından istifadə edib öz mal-

mülkünü onları çapıb talamaqla artırdığını, harınladığını, indi 

isə  zəmanə  dəyişdiyindən, o gəlhagəl olmadığından keçmişi 

yada salıb heyifsləndiyini və bu adamların «dövrün mürtəce 

adamları» olduğunu, belə adamları tipik, real və satirik planda 

vermək üçün Sabirin seçdiyi boyaların «çox rəngarəng və key-

fiyyətli»liyini açır. «Bunlar o qədər keyfiyyətlidir ki, üzərindən 

yarım  əsrdən artıq bir zaman keçməsinə baxmayaraq, öz təra-

vətini itirməmiş, elə bil ki, bu gün çəkilmişlər. 

Sabirin: 

Ax, necə kef çəkməli əyyam idi,- 

Onda ki, övladi-vətən xam idi! 

Öz həqi-məşruini bilməzdi el, 

Çöhreyi-hürriyyətə gülməzdi el, 

Gözlərini bir kərə silməzdi el, 



Gülxani Pənah 

 

 



253 

Qəztəyə, jurnala əyilməzdi el, 

Daim eşitdikləri övham idi, 

 

Ax, necə kef çəkməli əyyam idi! (107, s.287). 



misralarında ifşanın çox qüyvvətli çıxması, öz şəxsi səadətini 

elin fəlakəti üzərində qurmaq istəyində olan tipin «yaraları»nın 

açılması, şairin tipin psixologiyasını vermək üçün yaxşı «vəzn 

seçimi», nidalardan məharətlə «istifadə»si açıqlanır: «Ax, necə 

kef çəkməli əyyam idi» misrasında sözlərin düzülüş tempi, bu 

kompozisiyada sözlərin «yaratdığı ahəng, məna və həyəcan»ın 

tipin bütün daxili aləmini, arzu və istəklərini, eləcə də bu günə 

münasibətinin açılmasına kömək etdiyi göstərilir. 

Şairin keçmişi idealizə edən satirik qəhrəmanlarının ha-

mısının «özünü xalqa qarşı qoyduqları üçündür ki, çirkin və ey-

bəcər görünürlər» deyən tədqiqatçı «şair çox real həyati faktlar 

əsasında tarixin təkərini geri döndərməyə çalışanların müasir 

cəmiyyət üçün artıq adam olduqlarını göstərib, eyni  zamanda 

onları bu günə qarşı qoyur» (107-287) fikrini irəli sürür. 

Etdi bu fələk hər kəsə bir tövr yamanlıq, 

Səd heyf keçən gün!.. (107, s.287). 

Bu tiplərin həmişə ah-fəryad etmədikləri, eyni zamanda 

«əxlaq dərsi» verdiklərini də görən tədqiqatçı 

A kişi, bundan əzəl xalqda hörmət var idi, 

Binəva mollalara hörmətü izzət var idi 

-misralarını nümunə  gətirir, burada «binəva mollaları» xalqa 

tanıtmaq üçün şairin onların eyiblərini örtən «pərdəni qaldır-

dığı», onların murdar niyyətlərini öz sözləri ilə ifşa («Rahət 

idim ki, bu xalq içrə  cəhalət var idi»; «ax!..ax! ..Ey keçən 

günlərim! Vay mənə!») açıqlanır, xalqın gözü bağlı qalmasını 

istəyən tipin pis niyyətinin biabırçı  şəkildə açıldığını, ağlı 

başında olan hər kəsin  o çirkin niyyətə səs verməyəcəyini  bil-

dirir. «Məsələn, keçmişin yaxşı  cəhətlərini sayan tipin dili ilə 

şair bilə-bilə keçmişdəki belə halları da yada salır: «Ağa hər 

yana ki, anqır desə, xalq anqırırdı». Bu təhqirə təkcə mollanın 

özü bəraət qazandıra bilər ki, bu da şairin qələbəsi deməkdir». 


                                                                                      Gülxani Pənah 

 

 



254 

Bu xüsusiyyətin  şairin təkcə bu priyomları üçün deyil, 

bütün yaradıcılığı üçün «səciyyəvi» olduğu göstərilir.  

T ə r ə n n ü m   və   y a x u d  k ö h n ə l i yi   i n k a r   

və    y e n i l i y i   t ə s d i q    y o l u i l ə yaranan satiralarını 

araşdırır. Onun yaradıcılığı  təkcə “ifşa və inkarla məhdudlaş-

mayır”, pisi inkarla yanaşı yaxşını da təsdiq edir, bu da «müs-

təqim yolla, yaxud da dolayısı ilə (satirik  misralar arasında 

nəzərə çarpan lirik misralarda) tərənnümdə» özünü göstərir. 

Sabirin satiralarında tərənnüm yolu ilə ifşanın çox mühüm yer 

tutduğunu bildirən tədqiqatçı «Bakı fəhlələrinə» adlı satirasın-

dan 


Bu çərxi-fələk tərsinə dövran edir imdi. 

 Fəhlə də özün daxili-insan edir imdi. 

-misralarını nümunə götürür: «Çərxin tərsinə dövran etməsi və 

fəhlənin özünü insan sayması faktı  şair tərəfindən yeniliyin 

təsdiqi kimi tərənnüm olunur. Əgər bir anlığa təsəvvür etsək ki, 

bu sözlər kapitalist tərəfindən yox, şair tərəfindən deyilir, o 

zaman buna satira deyil, ciddi-siyasi lirik əsər kimi qiymət ver-

mək lazım gələrdi. İdeyanın, həm də cəmiyyətin obyektiv icti-

mai qanunları  tərəfindən yaranan qabaqcıl ideyanın təsdiqi 

Sabirin satiralarında çox zaman tərənnüm yolu ilə gedir» (107, 

s.288-289). 

Şairin digər satiralarına müraciət edən tədqiqatçı «Baş 

tutdu müəllimlərin iclası, siyezdi» misrasında hadisəyə iki cür 

münasibəti təyin etməyin «çətin olmadığı» qənaətindədir: «şair 

sevinir ki, iclas baş tutmuş, cahil kədərlənir ki, niyə baş tut-

muşdur. Birinci tərənnüm hissi doğurduğu halda, ikinci fikir 

satira atəşinə tutulur». Satira bu iki fikrin coşmasını təmsil etdi-

yini, «eyvay», «əfsus, səd  əfsus»-deyib başına döyən satirik 

qəhrəmanın müəllimlərin «qız məktəbi təşkil edəcəklərini», 

«hər şəhərdə bir sənət məktəbi açacaqlarını», «ana dilində dərs 

kitabları» yazacaqlarını, «sünni-şiə» məsələsini aradan qaldı-

racaqlarını  təsəvvür etdikcə alışıb yandığını  və beləliklə  də, 

«dünyanı özünə güldürdüyünü», şairin isə  zərbənin hədəfə 


Gülxani Pənah 

 

 



255 

sərrast dəydiyini görüb sevindiyini, müəllimləri daha ciddi 

məsələlərin müzakirəsinə «ruhlandırdığını» bildirir. 

Tərənnüm hissinin satiralardakı təzahüründə də «bir rən-

garənglik» görən tədqiqatçı belə satiralarda gah şairin «bitərəf», 

bir müşahidəçi kimi hadisələrin təsvirini verdiyini, gah tipin, 

gah da lirik qəhrəmanın dili ilə hadisələrə «müdaxilə» etdiyini 

görür. 


Şairin satiralarında ifadə olunan və onların əsas xüsusiy-

yətlərindən birini təşkil edən nikbinliyin də qüvvətli tərənnümlə 

əlaqədar olduğu qeyd edilir və «Qabla dəxi marfaşını, Mir Ha-

şım!» kimi satiralarda inqilabın açıqdan-açığa tərənnüm edildi-

yi, inqilabın düşməni Mir Haşımın qorxuya düşüb qaçmasının 

inqilabçıların qələbəsi kimi şairi sevindirdiyini görür. «Qəm 

rahnümun oldu, mənimki belə düşdü» satirasında isə hadisənin 

satirik qəhrəmanın dili ilə söylənilməklə «onun nikbin hisslə-

rini deyil, kədərini» ifadə etdiyini, bu bədbinliyin özündə də bir 

nikbinlik (mənfi tipin kədəri lirik qəhrəmanın sevinci kimi ve-

rilir) olduğunu söyləyir: «şeirin hər bəndində iki hissin ifadəsi 

kompozisiyada da nəzərə çarpır. Hər bənd mənfi tipin kədəri ilə 

başlanır. Lirik qəhrəmanın isə sevinci ilə bitir. Şair kədəri bir 

vəzndə, sevinci isə başqa bir vəzndə versə  də, bədii vəhdət 

pozulmur» (107, s.290). 

Nümunə gətirir: 

Heç faidə-bəxş olmadı tədbirlərim, heyf! 

Kəşf oldu bütün aləmə təqsirlərim, heyf! 

Bərəks əsər eylədi təbirlərim, heyf! 

Aldatmadı bu milləti təzvirlərim, heyf! 

Yıldızdaki... Yıldızdaki təmirlərim, heyf! 

Həp gün fəyəkün oldu, mənimki belə düşdü! 

«İqbal zəbun oldu, mənimki belə düşdü!» 

Sən, Məmdəli, bərk dur, 

Torbaları doldur! 

Xırman özünündür! (107, s.290). 



                                                                                      Gülxani Pənah 

 

 



256

Burada  şahı  dəhşətə  gətirən inqilabi hərəkatın tərənnüm 

edilməsiylə satira hədəfinin ifşa olunduğu, bu xüsusiyyətin  

«Neyliyim, ey-vay, bu urus başdılar», «Nədir aya yenə üsyan-

ları iranlıların?», «Ey-vay ki, heysiyyəti-millət götürüldü» və s. 

satiralarda özünü göstərdiyi bildirilir, bu xüsusiyyət bunları 

birləşdirsə də, hər birinin «özünəməxsus spesifikası» da tədqi-

qatçının gözündən yayınmır: «birində  təəccüb, digərində  təəs-

süf, bir başqasında isə  kədər hissi on plana çəkilmiş, nəticədə 

yuxarıda dediyimiz rəngarənglik  əmələ  gəlmişdir ki, bu da 

satiraların məziyyəti sayıla bilər» (107, s.290-291). Sabirin 

tərənnüm yolu ilə yaratdığı satiraların orijinal keyfiyyətləri 

dəyərləndirilir. 

Satiralarında onlarca klassiklərə və müasirlərinin şeirləri-

nə n ə z  i r ə   və   p a r o d i y a  y o l u  i l ə satiralar yazan 

Sabir xalq içində şöhrət tapan klassik əsərlərdən tamamilə tərs 

mənada istifadə etmək yolu ilə parodiyalar yaradır, öz satirik 

fikirlərini oxuculara asan yollarla çatdırmaq üçün ən münasib 

priyom tapır. Füzulinin «Könlüm açılır zülfi-pərişanını görcək» 

məşhur lirik qəzəlinə «Könlüm bulanır küçədə cövlanını 

görcək»  misrası ilə başlanan satirasını parodiya olaraq yazır: 

«Sabir böyük Füzulinin vəzn, rədif və qafiyələrini-yəni  şeirin 

bəzi formalı cəhətlərini saxlamaqla ona satirik məzmun vermiş, 

ideya istiqamətini öz istədiyi kimi yönəltmiş, lirik qəhrəman 

əvəzinə nifrətə səbəb olan satirik qəhrəman yaratmışdır: 

«Könlüm bulanır küçədə cövlanını görcək, 

Nitqim tutulur hərzəvu hədyanını görcək (107, s.292). 

Şair «Füzuli kimi kontrastlardan, mübaliğələrdən və 

idiomatik ifadələrdən» istifadə edir, burada daha təsvir-ifadə 

vasitələri satirik şeirin tələblərinə uyğun «seçilir». Apardığı 

təhlil və  tədqiqatlara  əsasən tədqiqatçı Sabirin başqa 

sənətkarlardan istifadə yollarında da «orijinal» olduğunu, 

satiralarının bədii təsir qüvvəsini artırmaq üçün klassik və 

müasir ədəbiyyatın zəngin xəzinəsindən istifadə etdiyini yazır. 



Gülxani Pənah 

 

 



257

Öz kəskin satirik fikirlərini oxucuya çatdırmaq üçün 

Sabirin  t a p m a c a   və   s u a l-c a v a b  y o l u  i l ə yaratdığı 

satiraları araşdıran tədqiqatçı bu fikirdədir ki, «şairin yaratdığı 

tapmacalar müəmma deyil, adi oxucunun çox da fikir 

işlətmədən həll edə biləcəyi həyati məsələlərdir» (107, s.294). 

Tədqiqatçı onun 

Kimdir o, arifi görcək pozular? 

Deyəsən başına odlar saçılır.  

Görcəyin cahili rəngi açılır, 

Sanki saqqalına kövhər düzülür? 

-misralarına diqqəti çəkir (107, s. 294). Burada şair mollaya 

«işarə» edir, xalqı  cəhalətdə saxlayan mollaların başqa sifət-

lərin də açıb göstərir: «Epiqramlarının birində şair sual verir: 

Kimdir arif?-deyə sordum, dedilər, əsrə görə; 

Arifin indi nə dini və nə imanı olur. 

Bunu bildim, tanıdım, zahidi sordum, dedilər: 

Zahidin heç şeyi olmazsa, cibiştanı olur (107, s. 294). 

Burada sualın «cavabı verilir», bu, Sabirin bütün satiraları 

üçün «xarakterikdir», bu bədii priyom fikrin asan yollarla oxu-

cuya çatdırılmasına «kömək edir», şair tapmaca və suallardan 

«öz ictimai dərdlərini açmaq üçün» istifadə edir, günün «aktual 

məsələlərinə toxunur». 

D ə r d l ə ş m ə   y o l u   i l ə   i f  ş a üsulundan Sabir 

yaradıcılıqla yararlanır. Şairin ustalığının uzun-uzadı təfərrüat-

lara yol vermədən «bir-iki cizgi ilə istədiyi tipin real və canlı 

portretini» çəkə bilməsi araşdırılır, ən maraqlı cəhətlərdən biri 

kimi tiplərin bir-birilə görüşməsi, dərdləşməsi olduğunu bil-

dirən tədqiqatçı «satiralarda şah-sultanla, məşədi-kərbalay1ı ilə, 

molla seyidlə, azyaşlı  qız-xandostu ilə, gəlinlər-Xanbacı ilə, 

sərkərdə şahla dərdləşdyi kimi fəhlə-kapitalistlə, dilənçi bəylə, 

arif-nadanla və s. zidd qütbləri təşkil edən adamlar da bir-birilə 

görüşüb danışır, çığırıb-bağırır və yaxud söyüb söyüşürlər» 

(107, s. 295)-deyir. 



                                                                                      Gülxani Pənah 

 

 



258 

Bu üsulla ifşada da açıq «tendensiyaçılıq görünür», şairin 

səsi, gülüşü, hadisələrə qiyməti dərdləşən tiplərin sözləri arasın-

dan «görünür», «duyulur», «eşidilir». «Müxabirə» satirasını 

nümunə gətirir: 

M ə m d ə l i : 

 

Sevgili sultan babam, söylə, sənin fikrin nədir: 



Mən ki, bir şux madmazel eşqində əldən getmişəm. 

Şəhrdən şəhrə gəzib Avropanı uğraşmışam, 

İt qızı ram olmadı, hər dürlü ilhah etmişəm. 

 

H ə m i d: 



 

Məmdəli, artıq maraqonzluq maraqım qalmamış, 

Gərki, mişarı yığıb başqa evə göndərmişəm: 

Ölkədə tək-tək vaba var, derlər, ondan qorxmuşam, 

Xanəmə daru yığıb bir aptekə göndərmişəm (107, s. 296). 

 

Burada  şairin  şahla sultan arasında görüşün təsvirini 



vermədiyi, bu iki mənfi tip üçün ən xarakter saydığı sifətləri ön 

plana çəkdiyi, hər ikisinə  mənfi münasibəti  əsas götürdüyünü 

görür.  Şah xalqın varını Avropada sağa-sola xərcləyən,  əxlaqı 

pozuq  bir tip, sultan isə insanları  kəsib doğradığı üçün kəsib 

doğrayan bir dülgərə bənzədilən tipdir, şair bununla da kifayət-

lənmir, «inqilabi hərəkatdan qorxuya düşən, havanın belə öz 

düşmənləri tərəfindən zəhərləndiyini zənn edərək evinə dava-

dərman yığıb onu bir aptekə döndərməklə çox gülünc şəkil alan 

bir qorxaq kimi qələmə verilmişdir. Bax şairin tendensiyası 

budur» (107, s. 296)-deyir.  

F i k r i n    t ə r s i n ə   i f a d ə s  i   y o l u   i l ə    i f ş a 

Sabir satiralarında var. Tədqiqatçı bu xüsusiyyətin də sözün 

təsir qüvvəsini artırmaq məqsədi daşıdığını bildirir: «Satiraların 

birində oxuyuruq ki, uşağa: 

Gər dərsə soyuq, sancılanıb olsa da bimar, 


Gülxani Pənah 

 

 



259 

Hökm et gələ cindar. 

Göstərmə təbibə o ciyərkuşəni zinhar, 

Qoyma ola murdar. 

Bu nəsihətlərdəki fikrin tamamilə tərsinə ifadə olunduğu-

na kimin şübhəsi ola bilər? Sual olunur bəs nə üçün şair «cin-

darı yox, həkimi çağır» deməyib fikri tərsinə ifadə etmişdir. 

Çünki bu daha təsirlidir» (107, s. 297). Bu misralarda “Sabirin 

ictimai kədəri duyulur”. Onun «Millət şərqisi»ndə «Qeyrət edib 

çalışdın, düşdün qabağa millət» desə də, bu tərs mənada dərin 

bir istehza olduğu, şeirdən gətirdiyi bir bəndlə açılır: 

Uyquda ikən aləm, əfradını oyatdın, 

Cümlə miləl içində öz səsini ucaltdın. 

Hörmətli ad qazandın, ali məqama çatdın. 

Əhsən, səd əhsən, bu təmtərağa, millət, 

İndi bir az da dincəl, baş qoy yatağa, millət! (107, s. 298). 

Tədqiqatçı buradakı sözlərin bir neçə  tərəfdən «təsirli» 

olduğu fikrini açıqlayır: «Əvvala, tərsinə ifadə yolu ilə-ali 

məqama çatmayan millətə «çatdın» deyən  şairin məqsədinin 

izaha ehtiyacı yoxdur, çünki satira başdan ayağadək ən adi oxu-

cuya məlum olan həqiqəti tərs mənada ifadə edir. Digər tərəf-

dən, kinayə və tərizdən çox mənalı istifadə olunmuş, «öz şənini 

ucaltdın», «hörmətli ad qazandın», «düşdün qabağa millət» 

kimi ifadələrdə şairin acı gülüşü öz təsirini göstərmişdir. Nəha-

yət təsir qüvvəsini artırmaq üçün, təsvir-ifadə vasitələri də şairə 

kömək etmişdir» (107, s. 298). «Əhsən, səd  əhsən,  əhsən, bu 

təmtərağa, millət! misrasındakı  təkrir fikri xeyli gücləndirdiyi, 

sözün tamamilə  tərs mənada deyilməsinin mövzu və  tənqid 

hədəfi ilə üzvi surətdə bağlılığı, şairin fikrin tərsinə ifadəsi yolu 

ilə oxucuların ürəyinə yol açması istəyi açıqlanır.  

Sabirin t ə k r a r    y o l u   i l ə  i f şa imkanları, bir çox 

mövzulara təkrar-təkrar qayıtmasının ictimai səbəbləri, tərbiyə, 

maarif məsələlərində təkrar eyni mövzuya qayıtmasının səbəb-

ləri araşdırılır. Köhnəpərəst, cahil və nadanlar «yeni məktəb-

lərin açılmasına, xalqın maariflənməsinə qarşı XX əsrin əvvəl-


                                                                                      Gülxani Pənah 

 

 



260 

lərində daha geniş  şəkildə  çıxır», bu «böyük vüsət alır», hətta 

«köhnəliklə yeniliyin mübarizəsini təmsil edən bir rəmzə çev-

rilir», məhz buna görə  də Sabir «həm satirik, həm də cidd 

şeirlərində, xüsusən tərbiyə    məsələləri ilə  əlaqədar olan əsər-

lərində bu mövzuya dönə-dönə qayıdır», biri digərindən gözəl 

əsərlər yaradır, eyni mövzu «təkrar olunmasına baxmayaraq» 

şair «orijinallıq nümayiş etdirir», «vəzn, qafiyə  və üslub rən-

garəngliyinə əsas fikir verir». Nümunə gətirir: 

1.Bilməm nə görübdür bizim oğlan oxumaqdan; 

2. Təhsili-ülum etmə ki, elm afəti-candır! 

3.Bəsdir, ey oğul, boş yerə bu elmə çalışma! 

4. Ömrün qəmi-elm ilə tamam eyləsin oğlun. 

5. Siz neyləyəsiz məktəbi, mollanı, uşaqlar? 

6. Məktəb ilə bu firqənin 

Bağrı badaşdı qoymayın! 

7. Uydum olara səni oxutdum. 

8. Yəni nə deməkdir bu ki, sən pulunu xərc et 

Ta elm oxuyub, dərs ala millət, uçitellər. 

9. İnsan kimi bilinsə idi qədrü-qiymətin, 

Açmış olurdu məktəbi-milli cəmaətin. 

10. Sənətə, dərsə, məktəbə rəğbətin olmur olmasın. 

11. Məktəbə məxsus olan hərzəvü hədyan imiş! 

12.  Nədir olur bu çocuqlar əyan bu boyda-bu boyda? 

13. Nə dərs olaydı, nə məktəb, nə elmü sənət olaydı. 

14. Vah! Bu imiş dərsi -üsuli-cədid? 

15. Oğul mənimdir əgər, oxutmuram, əl çəkin! 

16. Neçin məktəbə rəğbətin olmayır? 

Cibim dolmayır, dolmayır, dolmayır! (107, s. 301). 

Tədqiqatçı burada bir misaldan başqa («İnsan kimi bilinsə 

idi qədrü-qiymətin...») yerdə qalanların hamısının avam atalara, 

mürtəce köhnəpərəstlərə aid olduğunu, bununla da şairin öz 

mənfi qəhrəmanlarını «rahat» qoymadığı, «ara-sıra onları həyə-

cana gətirən məsələləri yada salıb, hər yeni illərində öz qar-

şısına məqsəd qoymuş» olduğu söylənir. Sabirin yaradıcılıq 


Gülxani Pənah 

 

 



261 

yollarındakı axtarışları, müvəffəqiyyətləri, xalq satirikinin ifşa, 

tənqid və satira üsullarının «sadə və həyati»liyi, onun bu sahə-

dəki sənətkarlığı, zəngin poetik təfəkkürü, «sxematizmə, rito-

rikaya və qeyri-bədii ifadəyə yad olan» Sabir yaradıcılığının bu 

priyom axtarışlarında əsl sənətkarlığın xarakter xüsusiyyətlərini 

özündə cəmləşdirdiyi bildirilir.  

Tədqiqatçılar Sabirin yaradıcılığını geniş  şəkildə  tədqiq 

edən C.Xəndanın fəaliyyətini yüksək dəyərləndirirlər. Kamran 

Məmmədov onun «Sabirin sənətkarlıq xüsusiyyətləri» kitabın-

da «satirik şairin ifşa üsullarından (tipin özünü nümayiş yolu 

ilə, fikrin tərs mənada ifadəsi yolu, nəzirə yolu, xoşbəxtliyi 

bədbəxtlik hesab etmək yolu, tipin əvəzinə  şairin etirafı, quru 

tərif yolu, müşairə və mübahisə yolu, eyham və rəmzlərlə, müs-

təqim yolla, təzad yolu, sözlərin təhrif olunması yolu, nəsihət 

və  məsləhət yolu, ən geridə qalmışların qayəsini təsdiq yolu, 

sadəlövhcəsinə özünü bilməməzliyə qoyma yolu, keçmişi 

idealizə yolu, köhnəliyi inkar və yeniliyi təsdiq yolu, dərdləşmə 

yolu, fikrin tərsinə ifadəsi, təkrarla və s. və i. a) xeyli da-

nışılmış, misallar gətirilmişdir»-deyir (55, s. 144-145). 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin