K. Bünyadzadə



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə44/79
tarix19.07.2022
ölçüsü1,76 Mb.
#62818
1   ...   40   41   42   43   44   45   46   47   ...   79
Gəncliyin fəlsəfəsi

 
 
Dağ və daĢ 
Uca bir dağ ətəyindəki yamaclara, düzənlərə, dərələrə 
baxıb öz ucalığını daha yaxşı dərk edir. Öz varlığını, ma-
hiyyətini, məqsədini anlaması ona var olmaqda kömək edir, 
varlığının mənasını artırır. Hər halda bu uca dağlar Allahın 
«beşik kimi yaratdığı Yerin dayaqları olduqlarını» (Quran 
78/6-7) bilir və bu məsuliyyətlə dayanırlar. 
Bu uca dağın başında kiçik bir daş nə hiss edir? O da 
dərələrə-düzlərə yuxarıdan aşağı baxır, özünü onlardan 
ucada görür. O, hətta dağın özündən belə üstdədir. O, bu 
dağın «balasıdır». Bu, onun varlığının yeganə mənasıdır. 
Yeganəmi? 
O, nə bir divara hörülmür, nə bir hasara. Onun üzərin-
də nə ot bitmir, nə çiçək. O, hətta üzərinə yağan yağış dam-
lalarını belə uda bilmir. O, gözünü bu yüksək dağın başında 
açıb, aşağıdan xəbəri də yoxdur. Aşağıdan xəbəri olmadığına 
görə, …oturduğu ucalıqdan da xəbərsizdir. Xəbərsiz 
olduğuna görə, öz mahiyyətində də yanılır. Özünü hamıdan, 
dağdan da uca bilir. Amma ucalmağın nə əziyyətindən, nə də 


-156 -
ləzzətindən xəbərdardır. Deməli, bu ucalığın məsuliyyətini 
də bilmir. 
Dağa çıxmış bir adam qalxdığı yüksəkliyi hiss etmək 
üçün aşağılara bir «xəbər» göndərmək həvəsinə düşür: 
yerdən daşı götürür və uzaqlara atır. Haralarasa aşağılara. Bir 
anın içində daş bir məchulluqdan digər məchulluğa düşür.
Yüksəklikdən düşmək nə asanmış, nə mənasızmış… 
Nə əziyyəti varmış, nə ləzzəti. Sadəcə, düşdüyü dibdən yük-
səklikləri seyr etməyin həsrəti və əzabı varmış.
Özü ucalığa qalxmayan və ucalığın mahiyyətini dərk 
etməyən düşdüyü aşağıların necə, mənasını anlaya bilərmi? 
Bunun yeni bir başlanğıc ola biləcəyini güman edirmi? 
Yoxsa bu dəfə də içindəki hikkə, həsrət gözünü kor edər? 
 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin