Хялилов С. Мянявиййат фялсяфяси. Бакы, Азярбайжан
Университети няшриййаты, 2007, с. 9-10.
- 131 -
eyniyyətdən zəngindir».
1
Bunu qaranlıqdan işığın daha yaxşı
seçilməsinə
də bənzətmək olar. Əslində, görkəmli
şəxsiyyətlərin, mütəfəkkirlərin, parlaq istedadların həyat
tarixinə baxsaq, deyilənlərin dönə-dönə sübut edildiyinin
şahidi olarıq.
Lakin naqis cəmiyyət inkişafda olan, kamilləşməyə can
atan «mən»ə fərqli bir zərbə vurur: insan bir «mən» kimi
inkişaf edir, yüksəlir, mənəviyyatının ən yüksək pilləsinə
çatır, zahirdə, yəni naqis cəmiyyət arasında isə o, bədbəxt,
tənha, ən pis hallarda hətta dəli olaraq qəbul edilir. Əbu
Turxan yazır: «Böyük insanın faciəsi əslində onun ali
xoşbəxtlik məqamına yüksəliş cəhdindən doğur. Bu məqam
isə özünü yaradıcılıqda və xilaskarlıq missiyasında büruzə
verir».
Yeri gəlmişkən onu da vurğulayaq ki, bu məsələdə iki
mühüm amil daim diqqət mərkəzində tutulmalıdır: hər kəsin
həqiqəti özü üçün mütləqdir və cəmiyyətin meyarları bu hə-
qiqətdən bir çox hallarda fərqli olur. Xəlilov da bildirir ki,
«…nur mənbəyi kimi baxılan bir mərkəzin insanın özü üçün
aydın və işıqlı olduğunu iddia edə bilmərik. Ən qaranlıq və
məchul nöqtə bəlkə də elə mərkəzin özüdür. Mərkəzin işıq-
lanması, Fəzilətin aydınlaşması heç də hamıya yox, ancaq
seçilmişlərə məxsus vergidir. İnsanı nurani edən də əslində
Fəzilət nurunun təzahürüdür».
2
Cəmiyyətlə ziddiyyətdə olan hansı «mən»dir və ya bu
ziddiyyətin kökü haradadır?
1
Бердйайев Н.А. Ады чяк. ясяр, с. 57.
2
Хялилов С. Ады чяк. ясяр, с. 11.
-132 -
Tarixdən məlum olduğu kimi, cəmiyyətdə narazılıqla-
rın təməli əsasən sosial problemlərlə əlaqələndirilir. Əksər
fəlsəfi və dini, hətta mistik cərəyanların yaranmasının kök-
lərinin və ya onların ictimai fikir arenasında öz yerlərini
möhkəmləndirmək üçün atdıqları addımların sosial sə-
bəblərlə əlaqəli olması, yaxud onların sonrakı inkişaflarında
bu amilin aparıcı faktora çevrilməsi dediklərimizə sübutdur.
Buna istər Şərq, istərsə də Qərb fəlsəfə tarixində yetərincə
nümunə göstərmək olar: kiniklərlərdən, protestantlıqdan,
vəhhabilikdən və s. tutmuş, dominiklərə, hürufiliyə və s.
qədər.
Deyilənlər danılmaz həqiqətdir, lakin məsələyə bir də
fərqli prizmadan baxaq. Qeyd etdiyimiz fəlsəfi, dini cərəyan-
ların təşəkkül və inkişaf tarixində ümumi cəhətləri nəzərdən
keçirtsək məlum olur ki, sosial vəziyyət yalnız məsələnin
görünən tərəfidir. Məlum olduğu kimi, oxşar proseslərin
başında ayrı-ayrı «mən»lər durur, başqa sözlə desək, bu
proseslər ayrı-ayrı «mən»lərin müəyyən ziddiyyətdən
qurtulmaq, onu aradan götürmək və çoxluq arasında öz
həqiqətini səsləndirməyin nəticəsidir, öz «virtual cə-
miyyət»lərini (Əbu Turxan) reallaşdırmasıdır.
Əhəmiyyətli faktdır ki, «əvvəlki nəslin ideyaları onun
yaratdıqlarının timsalında sonrakı nəsil üçün mühitə, bazisə
çevrilir. Bu bazis mürəkkəb, sinkretik sistem olmaqla həm
ictimai mühiti, həm sosial-təbii mühiti, həm də mədəni-
mənəvi mühiti ehtiva edir».
1
Bu məsələdə nəzəri cəlb edən
digər bir maraqlı tərəf də mövcuddur ki, tarixdə daha çox
məhz bu tərəf qalır. «Mən»in ətrafına toplaşmış qrup və ya
1
Йеня орада, с. 18.
- 133 -
«kiçik cəmiyyət» böyük cəmiyyətlə ziddiyyətə girir, yalnız
həmin «mən»in ideyaları ilə kifayətlənməyib şəraitə və
zamana uyğun olan əlavə qüvvə toplayır, tədricən ilk
«mən»in
həqiqətləri
bu
ziddiyyətin
tələblərinə
«uyğunlaşdırılır», əridilir. Bu proses çox uzunmüddətli
olduğundan ilk zərrə olan «mən» bu aşınmadan xəbərsiz qa-
lır, əsl həqiqət, məqsəd isə unudulur. Bunun gözəl nümunəsi-
ni təsəvvüfdə görmək olar. Mahiyyəti Allaha eşqdən, səmimi
ibadətdən, kamilliyə can atmaqdan və bunun üçün insanın tə-
fəkkürünü ucaltmaqdan, kamilləşdirməkdən, insanın İnsan
adının təsdiq edilməsindən ibarət olub və yalnız bundan
sonra cəmiyyətə xidmət etməklə onu da ucaltmaq istəyən
təsəvvüf yaranışından artıq 5 əsr sonra fərqli bir məna
daşımaqda idi: hər biri ayrıca sistemə malik olan bir qurum
kimi formalaşmış təriqətlər cəmiyyətin, demək olar ki, bütün
sahələrinə təsir göstərməkdə idi. Təsəvvüfün yuxarıda qeyd
olunan mahiyyətinin, məqsədinin yerini təriqətin başında
duranın – mürşidin – daha çox zamana və şəraitə uyğun
gələn siyasəti və taktikası tutdu, təriqətin üzvlərinin
təfəkkürü isə yalnız mürşidə gözübağlı itaət, təriqətin adının
və məqsədinin reallaşmasına xidmət etmək üçün inkişaf
etdirildi. Eyni tədrici təhrifi başqa cərəyanlarda da müşahidə
etmək mümkündür. Bu səbəbdən «mən» hətta özünün belə
yaratdığı «kiçik cəmiyyətlərlə» də ziddiyyətdə ola bilir, öz
ifadəsi üçün fərqli şəraitlər axtarır.
Belə məlum olur ki, «mən»in cəmiyyətlə ziddiyyəti ilk
anlar sosial problemlərlə bağlı olmaya da bilər və yalnız son-
radan sosial faktorlarla əsaslandırılıb fərqli istiqamətə yönəl-
dilə bilər.
-134 -
Bundan başqa, cəmiyyətlə ümumi dil tapa bilməyən,
yəni «mən»i daim cəmiyyətlə ziddiyyətdə olan şəxslər heç
də həmişə cəmiyyətin «incidilən» təbəqəsindən olmamışdır,
əksinə belələrinə məhz maddi baxımdan təminatlı, bəzi
hallarda hətta yüksək mənsəbli şəxslər arasında daha çox rast
gəlmək mümkündür.
«Mən»in cəmiyyətlə ziddiyyəti zahirən, hiss olunacaq
dərəcədə görünməyə də bilər. Bu hal görünərsə, bu artıq şəx-
siyyətin cəmiyyətlə ziddiyyətinə çevrilir. Cəmiyyətin
tələbləri ilə stabilləşən şəxsiyyət öz «mən»indən uzaqlaşır.
Əbu Turxanın dediyi kimi, «"Mən"dən uzaqlaşdıqca dünya
genişlənir. Və genişləndikcə seyrəlir və yadlaşır». Lakin
ayrılıqda şəxsiyyətin cəmiyyətlə var olan hər ziddiyyəti heç
də «mən»in ziddiyyəti olmur. Bu səbəbdən bir insanın
«mən»i və şəxsiyyəti arasında da ziddiyyət mümkündür. Bu
da qəribə bir faktdır ki, belə şəxslər hətta təminatlı həyatdan,
yüksək mənsəbdən uzaqlaşaraq öz «mən»lərini dinləməyə
üstünlük
vermişlər, yəni cəmiyyətin qəbul etdiyi
şəxsiyyətlərindən imtina etmişlər. Burada sosial faktor arxa
planda qalır, çünki ziddiyyət mənəvi artıq mənəvi müstəviyə
keçir və bu ziddiyyət əsasən yaradıcı şəxslərdə rast gəlinən
bir haldır.
Deməli, «mən»in cəmiyyətlə ziddiyyəti heç də həmişə
sosial bazalı deyil və ya yalnız bu səbəbdən deyil. Yeri gəl-
mişkən, maraqlı bir faktı da qeyd edək ki, bəzən öz zid-
diyyətli cəmiyyətində əzabla yetişməkdə olan böyük bir
istedadın inkişafı əlverişli bir şəraitdə, daha yaxşı bir sosial
vəziyyətdə dayanır, «mən»in özünü ifadə etmək istəyi
qalmır. Belə nəticə çıxartmaq olar ki, sosial problemlərə
- 135 -
əsaslanan ziddiyyət elə həmin sosial problemin həlli ilə də
aradan qalxır.
Mənəvi səbəblərlə bağlı ziddiyyətlər sosial bazalı zid-
diyyətlərdən daha dərin olur və «mən»in inkişafında daha
əsaslı rol oynayır və bu ziddiyyətin aradan qalxması ikinciyə
nisbətən daha ağır və uzun zaman müddətində baş verir. Belə
ki, əgər sosial ziddiyyətlər inqilablar, çevrilişlər vasitəsilə
aradan qalxırsa (bu, «mən»in də istəyi ilə ola bilər,
şəxsiyyətin də), mənəvi müstəvidə bu, asanlıqla baş vermir.
Məsələnin ağrılı tərəfi də budur ki, bu mübarizədə «mən»in
qalibiyyəti onun dövründən çox sonra, hətta bir neçə əsr
sonra qəbul edilir. Zamanında isə əksər hallarda «mən»in
təzahürü cəmiyyətdə görünməz qalır.
Deməli, təfəkkürdə, mənəvi müstəvidə yaranmış zid-
diyyət sosial bazaya əsaslanan ziddiyyətdən fərqlidir. Əvvəla
o, əsasən cəmiyyətin deyil, insanın özünün dəyişməsinə,
daha doğrusu, inkişafına gətirir. İkincisi, bu ziddiyyət
yaradıcı xarakterlidir.
Qeyd etdiyimiz kimi, cəmiyyət müəyyən struktura ma-
lik, stabilləşmiş qaydaları, ənənələri olan bir «qurumdur».
Bu, təfəkkürlərin, dünyagörüşlərin yonulub, rəndələnib
həmin tələblərə uyğunlaşması deməkdir. Onu da əlavə edək
ki, bu qismət həm yüksək inkişaflı, həm də yarımçıq, hələ
formalaşmaqda olan cəmiyyətin üzvlərinə aiddir. Hazır
tikilinin
kərpiclərini «sarayın» divarında qərarlaşıb
sabitləşmək, yarımçıq tikilinin və ya uçuntunun kərpiclərini
isə mamırın altında itib-batmaq qisməti gözlədiyi kimi.
«Mən» – bu ənənədən kənaraçıxmadır, ümumi qaydaya tabe
olmamaq və ya böyük bir potensialın dar çərçivəyə
sığmamasıdır. Biz dar deyəndə ümumiyyətlə qaydaların
-136 -
stabilləşməsini, strukturun müəyyənləşməsini nəzərdə
tuturuq. Əlbəttə, bu, heç də o demək deyil ki, «mən»lərin
özünüifadəsi üçün xaos və anarxiya olmalıdır. Xeyr, söhbət
«mən»in mövcud olduğu cəmiyyətdən nisbətən daha yüksə-
yinə can atmasından, dar çərçivədən nisbətən genişliyə çıx-
maq arzusundan gedir. Əbu Turxanın dediyi kimi, «dünyanı
dərk etmək üçün dünyadan kənara çıxmaq lazımdır». Təbii
ki, xaos və yüksək cəmiyyət kəskin fərqləndiyi kimi,
onlardan «nisbətən daha yüksəyin» mahiyyəti də fərqlidir.
- 137 -
Dostları ilə paylaş: |