K. Bünyadzadə



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə36/79
tarix19.07.2022
ölçüsü1,76 Mb.
#62818
1   ...   32   33   34   35   36   37   38   39   ...   79
Gəncliyin fəlsəfəsi

 
 
 
 
1
1918-1920-жи ил щадисяляри, март сойгырымы. 
www.kesanhaber.net/kategory.asp
2
Ходжалинская трагедия.
www.azerbaicanfoundation.org/cgi-
bin/e-cms


-118 -
 
 
 
«Mən» və cəmiyyət

İnsan və cəmiyyət problemi müxtəlif aspektlərdə təd-
qiq edilmiş və edilməkdədir. Tarixi faktların, gələcək proq-
nozların tədqiqinə istinadən cəmiyyətin yeni modelləri 
hazırlanıb təqdim edilir və bütün bu cəhdlər insan və cə-
miyyət arasındakı qarşılıqlı anlaşmanı artırmağa, araların-
dakı mümkün ziddiyyətləri həll etməyə, hər birinin həm 
ayrılıqda, həm də bərabər şəkildə yüksələn xətt boyunca 
inkişafına xidmət edir. Onu da xüsusilə vurğulamaq lazımdır 
ki, bir çox hallarda insan və cəmiyyət arasındakı sıx əlaqəyə 
baxmayaraq, onlar iki ayrı, müstəqil obyekt kimi nəzərdən 
keçirilir ki, bu da hər ikisinin daha dərindən araşdırılmasına 
imkan yaradır.
İnsan və cəmiyyət bir sıra məsələni ehtiva edən mürək-
kəb bir problemdir. Bu məsələlərdən biri də «mən» və cə-
miyyətdir, yəni insanı bütün xüsusiyyətləri ilə deyil, yalnız 
«mən» olaraq cəmiyyətlə qarşılaşdırmaq, üz-üzə qoymaqdır. 
Onu da əlavə edək ki, burada müxtəlif münasibətlərdən 
danışmaq mümkündür və bu fərqli baxış prizması məsələnin 
ayrı-ayrı tərəflərinin işıqlanması deməkdir. Belə ki, bir var 
cəmiyyətdən fərdə, zahirdən batinə doğru istiqamətlənən təd-
qiqat, bir də var fərddən cəmiyyətə, batindən zahirə doğru. 
Məqalənin mövzusunu nəzərə alaraq, yəni ön planda insanın 
«mən»i, mənəviyyatı, iç dünyası durduğuna görə, biz 


- 119 -
məsələnin həllini ikinci istiqamət boyu aparmağa üstünlük 
veririk. Başqa sözlə desək, məqalənin məqsədi «mən»in 
cəmiyyətlə əlaqəsini araşdırmaq, bu «məkandan» cəmiyyəti 
dəyərləndirərək subyektin obyektivləşməsi prosesində gedən 
dəyişiklikləri təhlil etməkdir. 
«Mən» kimdir və şəxsiyyətin hansı tərəflərini özündə 
ehtiva edir?
İnsan öz zahiri və batini xüsusiyyətlərinə görə fərqli 
varlıqlarla – canlı və ya cansız – müqayisə edilir, onlarla 
bənzəyişləri araşdırılır. Deyilənlərdə haqlı cəhətlər yox deyil 
və bu müqayisələr əslində həmin obyektlərdən daha çox, 
insan fenomeninin tam şəkildə açılmasına xidmət edir.
Ta-a qədimdən insanın bir müqayisə obyekti də olmuş-
dur – Mütləq Varlıq – fərqli dövrlərdə, fərqli dünyagö-
rüşlərdə necə adlandırılmasından asılı olmayaraq. Bu mü-
qayisələr müxtəlif xarakterli olmuş və təbii ki, fərqli məq-
sədlərə xidmət etmişdir. Məsələn, tanrıları qəzəbli, insanları 
isə məsum təqdim etməklə insanları gözəl əməllərlə, yüksək 
əxlaqla bu qəzəbdən uzaq olmağa, bu qəzəbi soyutmağa 
çağırıblar, yaxud tanrılar ölümsüz, əbədi, müdrik, insanlar 
isə ölümlü və cahil göstərilməklə insanlar yüksək biliyə, 
mənəvi saflığa, müdrikliyə sahiblənməyə və bu müdrikliklə 
əbədiyyəti qazanmağa dəvət olunublar. Bu müqayisələrdə 
insanları belə addımlara meyl etdirən, ürəkləndirən, hətta 
iddialandıran əhəmiyyətli bir faktor da mövcuddur: 
insanların tanrılara məxsus əksər keyfiyyətlərə malik 
olmaqları.
Səmavi dinlərdə Tanrı-insan müqayisələri daha aydın 
və dəqiq şəkildə aparılır: müqəddəs kitablarda insan Allahın 
əksər sifətlərinin (hətta bəzi zati sifətlərinin) daşıyıcısı olaraq 


-120 -
təsvir edilir. Burada əhəmiyyətli bir məqamı da vurğulayaq 
ki, istər qədim miflərdə, istərsə də səmavi dinlərdə hər nə 
qədər insan günahkar, aciz, zəif təqdim edilsə də, məhz ali 
sifətlərin daşıyıcı kimi yaradılmışlar arasında yalnız ona 
kamilləşmə və yüksəlmə imkanı verilir. Məsələn, Qurani 
Kərimin «Əsr» surəsində deyilir: «Həqiqətən insan həmişə 
ziyan içindədir, o kəslərdən başqa ki, onlar iman gətirib 
əməlisaleh olublar, bir-birlərinə haqqı tövsiyyə ediblər, səbri 
tövsiyyə ediblər» (Quran 103/2-3). Maraqlıdır ki, 
əfsanələrdə, bəzi dini-mistik təlimlərdə özünün ilahi 
sifətlərini üzə çıxardan, inkişaf etdirən insan nəinki yer 
üzünün əşrəfinə, mütləq qüdrət sahibinə çevrilir, hətta 
tanrının özü ilə də rəqabətə iddialanır.
Söylənənlər müəyyən mənada yenilik deyil, eyni za-
manda, məhz bu cəhət bizim təqdim etdiyimiz mövzunun tə-
məl nöqtəsi olacaq, yəni «mən»in təhlilində insanın ilahi 
keyfiyyətlərin daşıyıcısı olması ön planda tutulmaqla yanaşı, 
onun cəmiyyətlə əlaqəsi də bu aspektdən araşdırılacaqdır.
Onu da əlavə edək ki, öz təhlillərimizdə biz də eyni 
mövqedən çıxış etməyə çalışmışıq, yəni «mən»in təhlilini 
insanın Ali Varlıqla müqayisəsi vasitəsilə vermişik.
Orta əsrlərin islam mənbələrində Allah Təalanın təkli-
yini, yeganəliyini ifadə edən bir söz kimi «ənəniyyə» («mən-
lik») və onun sinonimi kimi «əhədiyyət» («təklik») söz-
lərindən istifadə edilir. Allahın bu sifəti Onun bütün digər 
varlıqlardan kənarda, onların fövqündə, hətta düşüncə və 
kəlamlardan belə ucada dayanmış bir varlıq olduğunun 
dəlilidir. Məsələn, Mühyiddin ibn Ərəbi yazır: «İlahi 


- 121 -
əhədiyyətə bir kimsə üçün yol yoxdur»
1
və ya «Əgər sən 
Ona səninlə baxsan, əhədiyyət olmaz, Onunla və səninlə 
baxsan, yenə əhədiyyət olmaz».
2
Əhədiyyət və ənəniyyə ilə 
bağlı deyilən kəlamları digər bir sufi mütəfəkkiri Sədrəddin 
Konəvi belə təhlil edir: «Əhədiyyət Mütləqin deyil, təyin 
olunmağın bir xüsusiyyətidir, çünki Mütləqin hər hansı bir 
ismi 
və 
vəsfi 
yoxdur».
3
Eyni 
mövqeyi 
Qərb 
mütəfəkkirlərində də müşahidə etmək mümkündür. Məsələn, 
Dionisiy Areopaqit bildirir ki, «heç bir nur Onu (Allahı) ifa-
də edə bilməz; hər ağıl və kəlam Ona bənzəməkdən sonsuz 
qədər uzaqdır».
4
Ekxart da onunla eyni fikirdədir: «Allah bü-
tün surətlərdən, sifətlərdən yüksəkdədir. Onun barəsində da-
nışma, çünki O bundan ucadadır. Ən yaxşısı susmaqdır»
5
və 
ya «Bilirsinizmi, Allah niyə Allahdır? Çünki O, məxluqatdan 
kənardır».
6

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin