K. Bünyadzadə


zərrə kəĢf olunmuĢ sayılır və yalnız kəĢf olunmuĢ zərrədən



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə32/79
tarix19.07.2022
ölçüsü1,76 Mb.
#62818
1   ...   28   29   30   31   32   33   34   35   ...   79
Gəncliyin fəlsəfəsi

zərrə kəĢf olunmuĢ sayılır və yalnız kəĢf olunmuĢ zərrədən 
cəmiyyətə bir xeyir dəyə bilir. 
Öz zərrəsinin mahiyyətini dərk edən insanlar onu bu 
maddi dünyanın yazılmış-yazılmamış qanunlarından qoru-
mağa çalışır, onu çirklənməyə, zədələnməyə, kiçilməyə, yad 
təsirlər altına düşməyə qoymur və həmin zərrənin üzərinə 
qabıq üstündən qabıq gəlməyə başlayır: insanın iradəsi 
möhkəmlənir, sərtləşir, məqsədi aydınlaşır, təfəkkürü itiləşir. 
Əvəzində nüvə neçə qalın qatın altına düşür. Təsadüfi deyil 
ki, polad qılınc ancaq min bir əziyyətdən, istidən, soyuqdan, 
zərbələrdən sonra tükü qırx bölə bilir. Ekxart yazır: «İnsanın 
özündə onun qəlbinin dərinliklərini gizlədən çoxlu pərdələri 
var. İnsan çox şey bilir, bir özünü bilmir. Bəli, ruhu örtən 
otuz ya da qırx pərdə, öküz və ya ayınınkı kimi qalın və 
möhkəm dəri var. Öz mülkünə daxil ol və orada özünü dərk 
etməyi öyrən».
1
Qabıqların çoxalması həm də kəşf olunmaq imkanının 
azalması, hətta heçə enməsi deməkdir. Əbu Turxan yazır: 
«Yüksək mənəviyyatlı, incə ruhlu, parlaq qəlbli insanları 
heyrətləndirmək, məftun etmək üçün (məhz bu heyranlıq, 
1
Хаксли О. Вечная философия. М., Эксмо, 2004, с. 248. 


-106 -
aşiqlik ilahi zərrəni kəşf edir! – K.B.) daha böyük gözəllik, 
daha həssas və daha mürəkkəb tərəf-müqabil lazımdır».
1
Sokrat tələbələrinin təfəkkür aynasını cilalayıb özünə 
«baxmaqla» Sokrat oldu. Cəlaləddin Rumi Şəms Təbriziyə 
rast gələndən, özünü kəşf edəndən, Şəmsin könül aynasında 
özünü görəndən sonra Mövlana oldu. Həllac isə insanlar 
arasında özünü görə biləcəyi bir könül görmədi və …ölüm 
arzuladı. 
Öz zərrəsini kəşf etmiş və bununla kifayətlənməyib 
başqalarının zərrələrinin kəşf olunmasına köməklik etməyə 
çalışan, onlara ayna olmağa çalışan insanlar seçilmişlərdir və 
ya Kamil İnsanlardır.
Onu da bildirək ki, Kamil İnsan İslam fəlsəfəsində, xü-
susilə təsəvvüfdə geniş, mürəkkəb və ayrıca tədqiqat möv-
zusu ola biləcək bir fenomendir. Biz isə onun yalnız kon-
tekstimizə uyğun gələn bir tərəfinə aydınlıq gətirməyə 
çalışırıq.
Zamana və şəraitə uyğun olaraq Kamil İnsanlar adam-
lara müxtəlif həqiqətləri anlatmağa can atırlar: azadlıq, mü-
barizə, ülviyyət, yüksək iman və s. Lakin bunların hamısı bir 
həqiqətə dayanır – İnsan həqiqəti, yəni onlar hər şeyə məhz 
İnsan zirvəsindən baxmağı öyrədir. Bioloji quruluşundan 
çıxış edib insanın heyvan olduğunu iddia edənlərdən fərqli 
olaraq Kamil İnsan heyvan olmaq istəməyəndir. O, özünün 
insani sifətlərini dərk edən, insanlara da onların özlərini 
tanıtmağa çalışan şəxsdir. Rabindranat Taqorun bildirdiyi 
1
Хялилов С. Мящяббят вя интеллект. Фялсяфи есселяр. Б., 
Нурлан, 2006, с. 37. 


- 107 -
kimi: «Güclü və qüdrətli olmaq qüvvəyə görə üstün olmaq 
deyil, zəifi öz zirvənə qaldıra bilməkdir».
1
İlk baxışda gözəl bir missiya, ali bir niyyət, xeyirli bir 
addımdır. Bəs elədiklərinə görə aldıqları cavab nə olur? Ağrı 
və əzab dolu bir həyat, yaxşı halda nifrət, cəmiyyətdən təcrid 
edilmə, pis halda edam. Qəribədir, cəmiyyət nadir halda 
onun qayğısına qalanı sağ ikən sevir.
Kamil şəxslərin dönə-dönə ölüb doğulmaqları və ka-
milləşməkləri mənəvi bir prosesdir və əksəriyyətin diqqə-
tindən kənarda qalır. Bundan fərqli olaraq, tarixdən belə 
məlum olur ki, əksər hallarda onların fizioloji ölümü böyük 
səs-küyə səbəb olmuşdur. O da məlumdur ki, bəzən onların 
fiziki məhvi cəmiyyət üçün (və ya kimlər üçünsə) o dərəcədə 
zərurətə çevrilmişdir ki, onu hətta edam vasitəsilə həyata 
keçirməli olmuşlar: Sokrat, Həllac, Bruno, Sührəvərdi və 
daha kimlər.
Kamil İnsanların fiziki məhvi üç hiss doğurur (bu hal 
bütün dövrlər üçün xarakterik olduğuna görə, onun haqqında 
keçmiş zamanda yazmağın bir əhəmiyyəti yoxdur): onlar öz-
ləri sevinir, onların tələbələri kədərlənir, xalq isə laqeyd 
qalır.
Onlar özləri ruhlarının qanadlarını kəsən fiziki bə-
dəndən qurtulmaqlarına, müvəqqəti yolu bitirib əbədi yola 
başlamaqlarına, həqiqət
aləminə qovuşmaqlarına, ölümün 
növlərini yaşamaqdan və tutqun könül güzgülərinə baxmaq-
dan qurtulmaqlarına sevinirlər. Ancaq onlarda bir narahatlıq 
da qalır: onları duymayan, anlamayan cəmiyyətin oyan-
1
Лазарев С.Н. Диагностика кармы. Книга 1. Система полевой 
саморегуляции, С.-П., 2002, с. 45. 


-108 -
mamasından, su kimi lal qalmasından, daha artıq könüllərin 
güzgüsünü cilalaya bilməməklərindən doğan narahatlıq. Ka-
mil şəxsin ölümünə ağlayan onların fiziki məhvinə ağlayır. 
Kamil İnsan isə bu an, bu saniyə üçün öz missiyasının 
bitməməsinə və ya lazımi şəkildə bitməməsinə, bəlkə də 
ondan sonra insanların yenə də ölüm yuxusuna gedəcək-
lərindən əmin olduğuna, güc və qüdrətini bütünlüklə realizə 
edə bilməməsinə görə ağlayır.
Ən dərin kədəri duyan və ən ağır zərbəni alan onların 
tələbələri olur. Tələbələr yollarına düşən işığın söndüyünü, 
qalxdıqları dağda bələdçisiz qaldıqlarını, onların şəx-
siyyətlərinin formalaşmasının yarıda qırıldığını dərk edir, 
bundan təşvişə düşür və öz hallarına (!) göz yaşı tökürlər.
Xalq maraqla onların halına onlardan çox yanan insa-
nın ölümünə, hətta edamına baxır, bir insanın məhvinə 
baxır, eşafotda baş verən faciəni böyük maraqla izləyir, ən 
yaxşı halda öz ölümünü gözünün qabağına gətirib ağlayır, 
daha böyük faciəyə – bu insanın ölümü ilə daha bir nurun 
sönməsinə isə tamamilə laqeyd qalır, çünki bu faciənin 
mahiyyətini dərk etmir. Bəli, xalq onun qayğısına qalanı 
sağlığında sevə bilmir, çünki o, onları incidir, adət etdiyi 
düşüncələrdən, həyat tərzindən (rəzil bir həyat olsa belə!) 
uzaq salmağa çalışır. Tarixin uzaq illərində qalmış bir dahi, 
qəhrəman isə ümid, qürur və güvənc yerinə çevrilir. 
Qəribədir, xalq uzaq keçmişdəki qəhrəman oğlu ilə qürur 
duya-duya müasiri olan qəhrəmanının məhvinə, edamına 
maraqla, laqeydliklə tamaşa edir. Qəbul etmək istəmirlər ki, 
uzaq keçmişdə qalan qəhrəman da bir vaxtlar oxşar 
laqeydliyin qurbanı olub. Yəqin bu, dağın yüksəkliyinin 
ondan uzaqlaşdıqca daha aydın görünməsinin nəticəsidir. 


- 109 -
Bəlkə də, korluq pərdəsinin çürüyüb yırtılması üçün zaman 
lazımdır. Yadıma quyuya yıxılıb ölən qədim yunan filosofu 
Fales düşdü: gözləri göylərdə həqiqət axtaran filosofu aya-
ğının altında görmədiyi bir quyu məhv edib. 
İnsan ilahi zərrəsini saflaşdırdıqca, qoruduqca və ka-
milləşdikcə cəmiyyətdən, kütlədən aralanır (və ya cəmiyyət 
ondan aralanır?!) və o, üzünü ən Kamilə – Allaha tutmalı 
olur. İlahi aləmlə vəhdətə çatan, öz ilahi zərrəsinin 
mahiyyətini anlayan, «Mən»ini kəşf edən (eyni zamanda onu 
ilahi həqiqətdə əridən, məhv edən) insanın ilk baxışda heç 
nəyə ehtiyacı yoxdur. Yaşanan fəna-bəqa halları, nirvanalar 
buna gözəl nümunədir. Bu, «Mən»in ali mənada ölümüdür 
və nadir şəxslərə qismət olur. 
Bununla belə, ortaya başqa bir məsələ çıxır: vəhdət ta-
pan ruhdur. Lakin müəyyən bir maddi bədəndə var olduğuna 
görə bu ruh yenə maddi dünyaya qayıtmalıdır. Ġlahi aləmdən 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin