-90 -
MƏQALƏLƏR
Natamamlıq sindromu
və ya
Ruhumuzu dinləməyi bacarırıqmı?
İnsan gözəl sənət əsərləri, bənzərsiz tablolar, böyük şə-
hərlər və s. yaratmaqla bir yaradıcıdır. Allahın yaratdığı təbi-
ətə alternativ olan, hətta onu əvəz etməyə iddialanan ikinci
təbiətin yaradıcısı. Gündən günə inkişaf edən elmlər, texnika
bu yaradıcılığın sonsuz olduğuna bir dəlildir.
Allah
tərəfindən ən gözəl biçimdə yaradılan, ağıl, iradə və dərrakə
sahibi olan, bütün yaradılmışların əşrəfi, hətta mələklərin
belə qarşısında səcdə etdiyi kamil bir məxluq.
Bununla yanaşı, insan bir yaradılmışdır. Öz mövcudlu-
ğuna görə Allaha möhtac və yalnız Onun verdiyi imkan və
bacarıqlar çərçivəsində nə isə yaratmağa qadir olan, öz
varlığına belə hakim olmayıb,
özünü sona qədər dərk edə
bilməyən aciz bir məxluq.
Deyilənlərdə iki fikir istiqaməti seçmək mümkündür:
birincisi, insana yaradılışdan kamillik verilib və o, öz ağlı sa-
yəsində bu kamilliyə qovuşa bilən yeganə varlıqdır. Digər tə-
- 91 -
rəfdən, insan bir yaradılmış kimi naqisdir və kamilləşməyə
bu səbəbdən meyllidir.
İnsanın kamilliyi və ya kamil insan geniş və maraqlı
bir mövzudur. Bu barədə müxtəlif əsərlər yazılıb və yazıl-
maqdadır. Bizim yazımız ikinci istiqamətə, yəni insanın na-
tamamlıq sindromuna və kamilləşmə meylinə həsr
edilmişdir.
Naqislik hissi insanla bərabər doğulur desək yanılma-
rıq. Daim öyrənmək, bilmək,
yoxlamaq, öz həyatında tətbiq
etmək istəyi buna nümunədir. Deyə bilərlər ki, heyvan
balaları da öyrənir, təcrübə toplayır. Lakin o da məlumdur ki,
heyvanlar yaşamaq və təbii seçimdə sağ qalmaq üçün
instinktiv olaraq qidalanmaq
və mübarizə aparmaq
bacarıqlarına yiyələnirlər. Gözəlliyə tamaşa etmək və
onlardan duyğulanmaq, bəzən nəinki qazanc gətirməyən, onu
ac saxlayan, hətta xəstəliyə düçar edən işlərlə yalnız ruhuna
xoş gəldiyinə məşğul olmaq isə yalnız insana xasdır. Belə
olmasa, nə görkəmli sənətkarlar, şairlər, filosoflar yetişər, nə
də əzəmətli kəşflər edilərdi.
İnsan böyüdükcə bilik sahəsi də genişlənir, təfəkkürü
dərinləşir. Orta və ali məktəblərdə oxuduğu ədəbiyyatları,
eşitdiyi informasiyaları, yaşadığı cəmiyyəti araşdırıb anla-
dıqca, ilk baxışda xaotik görünən
bu nəhəng tabloda özünü
görüb seçdikcə öz naqisliyinin xarakterini və xüsusiyyət-
lərini daha aydın görüb dərk etməyə və bu naqisliyini aradan
götürmək,
natamamlığını
tamamlamaq
üçün
yollar
axtarmağa başlayır. Bu mərhələdə insanın yolunu müəy-
yələşdirən və gələcəkdə onu bir şəxsiyyət kimi formalaşdıran
faktor onun indiyə qədər aldığı tərbiyə və təhsil, qazandığı
-92 -
dünyagörüşü olur. İnsan özünə daha yaxın və uyğun olan bir
sahəyə, peşəyə, məşğuliyyətə və s.-ə üz tutur.
Bəziləri öz tamlıqlarını maddiyyatda axtarmağa başla-
yır: hər vasitə ilə var-dövlət toplayır,
mənsəb sahibi olmaq
üçün hər üsula baş vururlar. Bununla belə, yuxarıda dediyim
kimi, insanların naqisliyi heyvanların bioloji instinktindən
fərqlidir. Yəqin bu səbəbdəndir ki, var-dövlət toplayan kəs
heç cür doya bilmir, …çünki naqisliyi heç cür ortadan qalx-
mır, içindəki yarımçıqlıq hissi onu rahat buraxmır, o da nə
toplamaqdan əl çəkə, nə də naqisliyinin əsl mahiyyətini dərk
edə bilir.
Elm aləmində öz tamamlıqlarını
axtaran kəslərdə də
eyni halı müşahidə etmək mümkündür: elmi dərəcənin ən
yüksək pilləsində duran alimin bir şəxsiyyət kimi yarımçıq
olması faktı heç kəs üçün yenilik deyil. Çatdıqları elmi zir-
vənin son olmadığını, şəxsiyyətinin daha ali bir qüvvəyə
ehtiyac hiss etdiyini dərk edən alimlər də az deyil. Məsələn,
R.Dilts yazır: «Nikola Tesla özünün vizuallaşdırma
bacarıqlarını inkişaf etdirirdi ki, artıq biliklərinə malik oldu-
ğu «kiçik aləmin hüdudlarından kənara ekskursiya etsin».
Fizikanı öyrənməsinin səbəbi haqqında Eynşteyn yazır:
«Mən Allahın düşüncələrini bilmək istəyirəm,
qalan şeylər
xırdalıqdır».
Dostları ilə paylaş: