K. Bünyadzadə



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə26/79
tarix19.07.2022
ölçüsü1,76 Mb.
#62818
1   ...   22   23   24   25   26   27   28   29   ...   79
Gəncliyin fəlsəfəsi

Шеллинг Ф.В. Философия искусства, М., Мысль, 1999, с. 6. 


- 79 -
xaosunda 
onların 
rastlaşması və cəmiyyətin bütün 
qınaqlarına və maneələrinə sinə gərmələri lazımdır.
Reallaşmamış sevgi gəncin «ünvan axtarışını» başqa 
səmtə yönəldir – ona Mütləq həqiqətdən daha kamil xəbər 
verə bilən bir «ünvana» – Allaha. Sührəvərdi yazır: «Şövq 
bacarıqlı zatları Nurlar Nuruna aparır. Ən tam şövq ali nura 
cəzb və ucalmaqla tamamlanır» .
1
Bəli, məhz bacarıqlı, yəni 
həyatın yalançı parıltılarından gözü qamaşmayan, dünya 
xaosunnda öz yolunu itirməyən, öz Sevgisini min bir sevgi 
arasında qoruyub saxlaya bilən insan eşqin ali zirvəsinə 
qalxa bilər. Gənci bütün varlığı ilə ehtiva edən, öz nurlu 
sonsuzluğunda əridib yox edən, çiyinlərindəki yükü yüngül-
ləşdirən, gözəlləşdirən, içini müqəddəslik duyğusu ilə işıq-
landıran İlahi eşq. Şellinqin dediyi kimi, «…ilahi sevginin 
şüaları düşür və mənəvi həyatın zərifliyə, ilahi gözəlliyə ülvi 
çevrilməsi baş verir».
2
Bu ali sevgi onların bütün varlığına elə hakim kəsilir 
ki, müraciət etdikləri hər bir obyektə, istər mürəkkəb olsun, 
istərsə də adi şeylərə məhz bu gözlə baxırlar. Maraqlıdır ki, 
bu işıqla baxanda, əslində insanların mürəkkəbləşdirdiyi bu 
hissi dünyanın bütün sadəliyi, adiliyi üzə çıxır. Və belə aydın 
olur ki, lap Ülvi deyən kimi, «bu «adilər» içərisində bircə 
şey mürəkkəbmiş: hər şeyin adi olması. Bəli, adi kənddə iki 
cür adamlar – adi yaxşılar və adi pislər yaşayarmış. Adi 
yaxşılar adi işlər görürmüşlər, tikib qururlarmış. Adi pislər 
də adi işlərlə məşğul olurmuş, söküb dağıdırmış».
3
1
Сцщрявярди Ш. Ады чяк. ясяр, с. 224. 
2
 Шеллинг Ф.В. Ады чяк. ясяр, с. 1007. 
3
Бцнйадзадя Ц. Ады чяк. ясяр, с. 139. 


-80 -
Belə güman etmək olar ki, öz ətrafında özünə həmdəm 
tapa bilməyən gənc məcbur olub ilahi aləmə üz tutur. Bir 
növ həyatdan küskün olan rahiblər, dərvişlər kimi. Lakin bu 
belə deyil. Kyerkoqor yazır: «İnsan nəfs və bədənin sintezi 
idi, eyni zamanda həm də müvəqətti və əbədinin də 
sintezidir».
1
Məhz özündə əbədiyyətin bir zərrəsini daşıması, 
ilahi aləmlə sıx əlaqədə olması və həmin aləmin işığında 
maddi dünyanın nöqsanlarını, yalan pərdələrini sezməsidir 
ki, gəncə imkan vermir bu cismani, hissi aləmdə özünə 
həmdəm tapsın. Yəni əsl Gözəlliyi görəni bu dünyanın keçici 
gözəllikləri ovutmur, tamamlaya bilmir. Axtardığını bu məh-
dud dünyada tapa bilməyən üz tutur Allahın onun üçün 
açdığı aləmə: ya səslərin, ya sözlərin, ya da rənglərin 
harmoniyasına. Ən əsası isə bu aləmə keçid gəncə həm də 
fəlsəfənin, müdrikliyin qatlarını açır. Təsadüfi deyil ki, 
Şellinq fəlsəfəni «azad sevgi»
2
adlandırır və bildirir ki, 
«fəlsəfə qətiyyət tələb edir – qətiyyət isə həmişə hər hansı bir 
istiqamətdə son həddir, – fəlsəfənin təbiəti budur ki, 
təfəkkürün zirvəsinə yüksəlsin. Onun uçuşuna bilavasitə və 
ya dolayısı ilə mane olanda isə o, doğma vətəni, qayanın ucu 
əlçatmaz olan qəfəsdəki qartala dönür».
3
Belə məlum olur ki, 
gözəl hisslərdən doğan bu duyğu – sevgi təfəkkürün dərin 
qatlarına qədər aparır. Zahirdən batinə, bədəndən mən-ə qə-
dər uzanan bu yolun əslində özü sevgi üzərində mövcuddur.
Gəncin qarşısında açılan üfüqün genişliyinə bax! İlahi 
eşq və Fəlsəfənin ənginliyi! İdrakı və təfəkkürü ilə müqəd-
1
Кйеркегор С. Ады чяк. ясяр, с. 181. 
2
Шеллинг Ф.В. Ады чяк. ясяр, с. 1316. 
3
Йеня орада, с. 1317. 


- 81 -
dəsliyin zirvəsinə yüksəlmək imkanı! Bu üfüqlərin fəthinin 
nəticəsidir ki, Motsartın musiqisi sadəcə bir not yığnağı 
deyil, illərdir, əsrlərdir insanı ilahi harmoniyaya qovuşduran 
bir sehrdir; Bethovenin doqquzuncu simfoniyası yalnız 
könülləri oxşamır, həm də düşündürür. Bu üfüqlərin fəthinin 
verdiyi qüdrətdir ki, Sührəvərdi Aristotelin fəlsəfəsini öz 
işraqilik fəlsəfəsi üçün bir postamentə döndərib üzərində 
möhtəşəm bir hikmət ucaltdı. Bu üfüqlərin fəthinin sirridir 
ki, Bayronun, Puşkinin, Lermontovun, Müşfiqin, Ülvinin 
qələmindən qopan zərrələr çirkab dolu, keşməkeşli illərin, 
ədəbi çiçəklənmələrin, tənəzzüllərin arasında öz parıltısını 
saxlayıb bərq vurmaqda davam edir.
Qurani Kərimin ayələrindən birində deyildiyinə görə, 
«…Rəbbimin kəlamları üçün dənizlər mürəkkəb olsa və bir o 
qədər də üstünə gəlsə Rəbbimin kəlamları bitmədən onlar tü-
kənər

(Quran 18/109). Bir qüdsi hədisdə isə deyilir ki, 
«Mən gizli bir xəzinə idim, tanınmaq istədim və xəlqi 
yaratdım». Həllac onu Allahlıq iddiasına düşməkdə gü-
nahlandıranlara deyir: «Xeyr, Rəblik iddia etmirəm. …Ya-
zan Allahdır, Allahdan başqa yazanmı var? Mən və əl sadəcə 
alətik, başqa bir şey deyilik».
1
Əsrlər sonra bənzər bir 
«etirafı» Şellinq də edir: «Şəxsini yalnız şəxsi müalicə edə 
bilər və Allah insan olmalıdır ki, insan Allaha qayıtsın».
2
Bethoven də yazdıqlarının ona Allah tərəfindən diqtə 
edildiyini bildirir… Yaradan Özünü bütün gözəl vasitələrlə, 
bütün ülvi, müqəddəs üsullarla tanıdır və bunun üçün saf, 
1
Хятиб Баьдади. Тарих, 14 жилддя, ж. 8, с. 127-128 (яряб 
дилиндя). 
2
Шеллинг Ф.В. Ады чяк. ясяр, с. 991. 


-82 -
təmiz ruhlar seçir və bəxş etdiyi dərin hikməti, ülviyyəti 
çatdırmaq üçün o ruhlara YARATMAQ qüdrəti verir. 
Şellinq deyir: «Məxluqda ilk başlanğıc vahidin öz-özünü 
yaratmaq cəhdidir və ya əsasın (təməlin) iradəsidir. İkinci 
başlanğıc sevginin iradəsidir ki, onun vasitəsilə təbiətə söz 
deyilir və onun vasitəsilə Allah özünü şəxsiyyət edir».
1
Bəli, 
məhz bu yaradanların yaratdıqları ilə insanlar Yaradanı tanı-
yır, Onun gözəlliyinin, möhtəşəmliyinin şahidi olur.
Beləliklə, həm bizim gənclərin eşqi, sevgisi haqqında 
düşüncələrimiz, həm də ümumiyyətlə gənclik fəlsəfəsi bitdi. 
Hər halda bizim qələmimizdən qopan kəlmələr bitdi. Yuxarı-
da qeyd etmişdik ki, sevgini sona saxlamaqda bir məq-
sədimiz var. Məqsədimiz hər şeyin ucunu sevgiyə, yəni 
gözəl ülvi bir sonsuzluğa bağlamaq idi. Sevgi bizim 
gənclərin əmanətini – missiyyasını nurlandırır, cazibəsini 
artırır, onun …ağırlığını azaldır, qara notlarının çoxluğunu 
gizlədir. Axı bütün dərin təfəkkürlərinə, müdrikliklərinə 
baxmayaraq, onlar gəncdir, buna ehtiyacları var!
 
1
Йеня орада, с.1008. 


- 83 -

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin