-114 -
Soyqırım hadisəsi elmin müxtəlif sahələrində kifayət
qədər öyrənilmiş və öyrənilməkdədir. Faktla bağlı biz də öz
mülahizələrimizi bölüşmək qərarına gəldik.
Soyqırımların törənmə səbəblərini nəzərə alsaq, onları
aşağıdakı şəkildə təsnifləşdirmək olar:
1.
Müharibə əməliyyatları nəticəsində vəhşiləşmiş əs-
gərlərin qarşısıalınmaz hərəkətlərinin «məntiqi davamı»
olan soyqırım. Məsələn, Birləşmiş Ştatların Uzaq Şərqdəki
hərbi əməliyyatlarını bu qəbildən olan soyqırımlardan hesab
etmək olar (1965-75-ci illərdəki Vyetnam və ya İkinci Hind-
Çin müharibələri). Onu da qeyd etmək lazımdır ki, belə
soyqırımlar bəzən müharibənin bir hissəsi kimi qəbul edilir.
Təbii ki, belə olan halda, bu, həm hadisənin bir soyqırım
kimi düzgün qiymət almamasının, həm də müəyyən xalqların
haqlarının pozulmasının cəzasız qalmasına gətirib çıxarır.
2.
Müəyyən əraziləri ələ keçirmək və bu məqsədlə hə-
Dostları ilə paylaş: