K. Bünyadzadə



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə37/79
tarix19.07.2022
ölçüsü1,76 Mb.
#62818
1   ...   33   34   35   36   37   38   39   40   ...   79
Gəncliyin fəlsəfəsi

«Mən» – insanın əhədiyyət mərhələsidir, yəni hər 
«mən» insanın fərdi, təkrarolunmaz tərəfinin ifadəsidir, var 
oluşunun özəyi, zatıdır. 
«Mən»in təhlilinə dair bir neçə fikirlə tanış olaq. 
1
Ибн Яряби Мцщйиддин. Фусус ял-Щикям, Истанбул, 1946, с. 
90. 
2
Йеня орада. 
3
Коневи С. Ващдет-и вцжуд ве есаслары. Ен-Нусус фи тащкики 
таври„л-мащсус / Терж.: Е.Демирли. Истанбул: Из йайынжылыг, 
2002, с. 75. 
4
Ареопагит Дионисий. О небесной иерархии / Пер.: с греч. 
www.magister.msk.ru/library/bible/comment/areopag
, с. 2/3. 
5
Экхарт М. Духовные проповеди и рассуждения / Перев. с нем. 
М.В. Сабашникова. С-Пб., Азбука, 2000, с. 152. 
6
Йеня орада, с. 26. 


-122 -
Upanişadların fəlsəfəsində (e.ə. VI əsr) deyilir: «…At-
man… insan ruhunda olmaq etibarı ilə əsasdır, ancaq ruhun 
bütün şəxsi funksiyalarından azad olan «saf mən»dir. …Kim 
bu «mən»i tanısa bütün kainatı tanımış olur.
1
Ağacın varlığı 
kökündən, binanın quruluşu bünövrəsindən asılı olduğu 
kimi, «mən» də insanın mahiyyətinin, var oluşunun 
təməlidir. Lakin o, təməldədir, üzdə hər zaman görünmür. 
Şteynerin yazdığına görə, «“Mən” nəfs və bədəndə yaşayır; 
ruh isə «mən»də yaşayır. «Mən»də ruhdan olan şey əbədidir. 
Çünki «mən» öz varlığını və əhəmiyyətini əlaqəli olduğu 
şeydən alır».
2
Berdyayev isə bildirir ki, «ağıl ruhun 
məkanıdır və Allah orada təzahür edir. Ruhun ali idrakı eyni 
zamanda həm də özünüdərkdir».
3
«Mən»lə ruhun əlaqəsini 
nəzərə alsaq, onda Berdyayevin fikrindən belə nəticə 
çıxartmaq olar ki, «mən»in məkanı ağıldır. Dekart «mən»i 
daha geniş anlamda götürür: «Deməli, «mən», ciddi qəbul 
etsək, yalnız düşünən şeydir, yəni ruh və ya nəfs və ya ağıl 
(intendement) və ya əql (raison)… «Mən» heç də insan bə-
dəni adlanan orqanlar birləşməsi deyil».
4
Əslində, ilk baxışda deyilənlərdə kəskin fərq yoxdur. 
Lakin biz diqqəti başqa bir məsələyə yönəltmək istərdik: 
«mən»in daşıdığı funksiyaya. Şteynerə görə, «mən» insanı 
Allahla əlaqələndirməklə yanaşı, bir ruh daşıyıcısı kimi həm 
1
Джнанакришна. Виджнанапада. Философия сосредоточения. 
http://yogami.narod.ru/pada9.html
, с. 3. 
2
Штейнер Р. Теософия. Введение в сверхчувственное познание 
мира и назначение человека. М., Амрита-Русь, 2004, с. 37. 
3
 Бердяев Н.А. Дух и реальность. М., ООО «Издательство АСТ»; 
Харьков: «Фолио», 2003, с. 247. 
4
Декарт Р. Избранные сочинения. М., Наука, 1950, с. 344. 


- 123 -
də bədən və nəfsi əlaqələndirir. Berdyayev insan bədənini bu 
əlaqədən kənarlaşdırır, yəni «mən» və bədəni bir-birindən 
ayırmaqla «mən»i cəmiyyətdən də ayırmış olur. Dekart da 
nəinki insan bədənini bu əlaqədən kənar qoyur, üstəlik 
«mən»i bütün düşünən şeylərin məskəni olaraq qəbul edir. 
Hər mütəfəkkirin öz prinsipindən irəli gələn bu fikirlərdə bir 
şey məlumdur: «mən» insanın insanlıq xüsusiyyətinin ən 
başlıcası, Allahın insanda təzahür meydanıdır. Bu təzahürü 
ruhda, təfəkkürdə, ağılda və s. görən mütəfəkkirlər müvafiq 
olaraq «mən»i də ruh, təfəkkür, ağıl və s. olaraq qəbul 
edirlər. 
Beləliklə, «Mən» – insanda Allahdan olan ilahi zərrə-
dir və ya insanı Allahla vasitəsiz olaraq bağlayan ilahi 
bağdır
Yenə qayıdaq insanın Ali Varlıqla müqayisəsinə. Yara-
dılış iyerarxiyasında Allahın əhədiyyət mərtəbəsindən sonra 
Onun vəhdaniyyət mərtəbəsi gəlir. İbn Ərəbinin yazdığına 
görə, «Allah zatına görə əhəd (bir), adlarına görə külldür 
(çoxdur)».
1
Onu da bildirir ki, «ilahi adlar sonsuzdur, çünki o 
adlar onlardan vaqe olan şeylə tanınır və onlardan vaqe olan 
şeylər də sonsuzdur».
2
Nikolay Kuzanlı isə bütün mövcudatı 
özündə ehtiva edən Allahı nöqtəyə bənzədir: «Yalnız bir tək 
nöqtə mövcuddur; o, xəttin bükülüsü və kamilliyidir».
3
İnsan müəyyən keyfiyyətlərə, qabiliyyətlərə, istedada 
malikdir ki, onu tanıdır, haqqında təsəvvür yaradır və digər-
lərindən fərqləndirir. Onlardan bəziləri insanla zəruri olaraq 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin