Семенкин Н.С. Философия богоискательства. Критика религи-
озно-философских идей софиологов. М., Политиздат, 1986, с. 137.
- 127 -
Eyni halı cəmiyyətdə də müşahidə etmək mümkündür.
Cəmiyyət «mən»lərin təzahürlərinin toplusudur. Ən əsası isə,
«mən»lərin təzahürləri məhz onun tələblərinə uyğun
olmalıdır. Yəni hər cəmiyyət nəinki «mən»lərin həqiqi
təzahürü üçün şərait yaratmır, əksinə onlara mənfi təsir
göstərib, onları fərqli şəkildə özünü ifadə etməyə məcbur edə
bilir. İdeal dövlətdən (cəmiyyətdən) yazan Platonun fikrinə
görə, «… dövlətin inkişafı və əmin-amanlığı üçün bütün
təbəqələrə imkan vermək lazımdır ki, öz təbii imkanlarına
müvafiq
olaraq
ümumi
çiçəklənmədə öz paylarını
versinlər».
1
Platon ideal cəmiyyətdən – «mən»ləri öz
mahiyyətlərini ifadə etməyə imkan verən cəmiyyətdən
danışır və belə cəmiyyətin həyatında təyinedici hədd olaraq
«rəhbərlərin kəmiyyətini – azdır və ya çoxdur – deyil, zo-
rakılığı və ya könüllülüyü, həmçinin kasıblıq və ya zənginli-
yi deyil, hər hansı bir biliyi»
2
nəzərdə tutur. Yəni cəmiyyət
zahiri
keyfiyyətlərə
deyil,
mənəvi
keyfiyyətlərə
əsaslanmalıdır ki, bu da «mən»lərin təzahürü, reallaşması
üçün əlverişli şəraitin yaradılması deməkdir. Bu, şəxsiyyətin
formalaşmasında «mən»in aparıcı rol oynaya bilməsi, yaxud
«mən» və şəxsiyyətin bir çox cəhətdən bir-birinə uyğun
gəlməsi, bir-birini tamamlaya bilməsi deməkdir. Məsələ
burasındadır ki, «mən»dən fərqli olaraq şəxsiyyət
cəmiyyətdən ayrı mövcud ola bilmir. Berdyayev yazır ki,
«şəxsiyyət hər şeydən əvvəl məna kateqoriyasıdır və
mövcudluğun mənasını görməkdir. …Şəxsiyyət heç də
1
Платон. Государство. Законы. Политика. М., Мысль, 1998,
с.169.
2
Йеня орада, с. 758.
-128 -
substansiya deyil».
1
Mütəfəkkir onu da bildirir ki, «əgər
şəxsiyyətdən uca bir şey yoxdursa, şəxsiyyət yoxdur. Belə
olan halda şəxsiyyət fövqəlşəxsiyyətlə əlaqəli olan öz dəyərli
məzmunundan məhrum olar».
2
Məlum olur ki, substansiya
şəxsiyyət deyil, «mən»dir. Başqa sözlə desək, şəxsiyyət
«mən»in cəmiyyətin tələblərinə müvafiq təzahürüdür və bir
«mən»in müxtəlif şərait və zamandakı təzahürləri bir-birin-
dən kəskin şəkildə fərqlənə bilər, bunlardan hər biri mütləq
vahid substansiyanı – «mən»i müəyyən dərəcədə ifadə edir.
Məhz cəmiyyətdən asılıdır ki, şəxsiyyət öz «mən»ini az və
ya çox dərəcədə əks etdirsin. Burada söhbət şəxsiyyətin əsl
məzmununun açılması və hər «mən»in təhrif olunmadan
reallaşması üçün şərait yaradan bir cəmiyyətdən gedir.
İkinci tərəfdən o da məlum olur ki, cəmiyyət təzahür-
ləri üçün şərait yaratdığı «mən»lərin məcmusudur. Deməli,
cəmiyyətin xarakteri «mən»lərdən asılıdır: öz yetişdirdiyi
«mən»lərin, yəni bu, dairəvi və kəsilməz bir prosesdir.
Deyilənlərdən daha bir nəticədə də alırıq: «mən» və
cəmiyyət bir-biri üçün zəruri faktorlardır – yaradan və yara-
dılmış, atom və cisim, tum və meyvə kimi. Burada bir ana
xüsusi diqqət yetirək: birinci tərəfin ikincidən asılı olması
faktına, yəni meyvə tumdan bitsə də, meyvə çürük olanda
ondan tum almaq mümkün deyil və bu hal hətta həmin
bitkinin kökünün kəsilməsinə belə gətirə bilər. Bununla
yanaşı, istisna hal olsa da, bu da məlum həqiqətdir ki, çürük
meyvələr içərisindən çıxan bir toxumla həmin bitkinin
1
Бердяев Н.А. Дух и реальность. М., ООО «Издательство АСТ»;
Харьков: «Фолио», 2003, с. 127.
2
Йеня орада.
- 129 -
kökünü davam etdirmək, yaxud məhv olmuş cismin bir
zərrəsindən həmin cismi yenidən almaq (klonlaşdırma
cəhdləri) və ya həmin cisim haqqında mükəmməl məlumat
(DNT təhlilləri) əldə etmək mümkündür.
Gəldik «mən» və cəmiyyət arasındakı ziddiyyət məsə-
ləsinə. Yuxarıda da qeyd etdiyimiz kimi, cəmiyyət «mən»-
lərin yalnız müəyyən hissələrinin və ya tərəflərinin tə-
zahürünə şərait yaradır. Cəmiyyət – bütöv bir strukturdur və
«mən» onun daxilindədir. Cəmiyyətlə «doğmalaşmış»,
«qaynaşa» bilmiş «mən»lər və ya bu «mən»lərin şəx-
siyyətləri əziyyət çəkmirlər, çünki qazandıqları müəyyən yer
– bu yer mükəmməl bir tikili, bir qalaq uçuntu da olsa –
onların təzahür edən məzmunlarına kifayət edir. Təbii ki, bu
razılıq hissi bilavasitə təfəkkür səviyyəsi ilə əlaqəlidir. Yəni
şəxsiyyətin təfəkkürü onun var olduğu cəmiyyətin çərçivəsi
daxilində formalaşırsa, onun fövqəlşəxsiyyəti bu mükəmməl
tikili və ya bu uçuntu həddindədirsə, malik olduğu məkan
onu qane edir. Maraqlıdır ki, bir tikilinin gözəl eyvanındakı
naxışlı kərpiclə, uçuntular altında qalan və bunu özünün ən
yüksək qisməti hesab edən kərpicin düşüncəsi fərqli
səviyyələrdə olsalar da, eyni dərəcədə məhduddurlar – tam
təzahür olunmuş məzmun, tam ifadə olunmuş mahiyyət, tam
uyğunlaşmış «mən» – şəxsiyyət – cəmiyyət. Lakin burada
başqa bir maraqlı tərəf də mövcuddur: tikili daxilindəki kər-
picdən fərqli olaraq uçuntular altında qalmış kərpic öz məh-
dudiyyətini daha tez anlaya və onu keçməyə daha artıq cəhd
göstərə bilər. Bunu, ən azı, onun olduğu vəziyyət tələb edir.
Əslində, hazır tikili uçuntudan daha üstün sayıla bilər.
Lakin məsələyə başqa prizmadan baxaq. Mükəmməl bir kər-
pic mənsub olduğu tikilinin bir hissəsi kimi artıq öz missiya-
-130 -
sını bitirib, o artıq bu sistemdən kənarda, yaxud onun
fövqündə nə isə edə bilməz. Nə isə etmək ona lazım da deyil:
yeri məlum və rahat. Bundan kənarda nə isə istəmək
absurddur. S.Xəlilov yazır: «Cəmiyyətin yüksək dərəcədə
təşkilatlanmış olduğu bir şəraitdə hər bir insanın fərdi həyatı
özündən daha çox kənar amillərdən asılı olur. İnsan hələ
dünyaya gəlməmiş, onun yaşamalı olduğu təbii, sosial-
iqtisadi və mədəni-mənəvi mühit formalaşmış olur və bu
mühit fərdlə müqayisədə qat-qat böyük miqyaslı proseslərlə
bağlı olduğundan xeyli dərəcədə ətalətli və konservativ olur.
Onun azacıq da olsa dəyişdirilməsi böyük daxili enerji tələb
edir».
1
Uçuntular altındakı kərpic isə hər şeydən əvvəl uçuntu-
nun nə olduğunu bilir, yəni iki kəskin fərq arasında müqayisə
aparmaq imkanına malikdir. Digər tərəfdən o, olduğu vəziy-
yətdən daha yaxşısına keçmək üçün yollar axtarır, düşünür,
planlar qurur. Deyilənlərə nümunə olaraq, bu gün yüksək si-
vilizasiyalı ölkələrdə yaşanan təfəkkür böhranlarını və hələ
inkişafına yeni başlamış xalqlarda yaranmaqda olan təfəkkür
oyanışını göstərmək olar.
Ziddiyyətli bir məqama gəldik: yəni doğurdanmı,
«mən»in inkişafı, yüksəlməsi üçün naqis cəmiyyətə ehtiyac
vardır?! Əlbəttə, xeyr. Başqa sözlə fikrimizi belə ifadə edək,
«mən» öz potensialını reallaşdırmaq üçün öz mühitini özünü
yaratmalıdır, hazır və müvafiq mühit ona ziyandır, onu tez
kasadlaşdırır. Berdyayevin də dediyinə görə, «ziddiyyət
1
Dostları ilə paylaş: |