K. Bünyadzadə



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə42/79
tarix19.07.2022
ölçüsü1,76 Mb.
#62818
1   ...   38   39   40   41   42   43   44   45   ...   79
Gəncliyin fəlsəfəsi

 
 
 
ESSELƏR
 
 
 
 
EĢq
 
Sən bilirsən eşq nədir?
Bilmək lazım deyil! Onu yaşamaq lazımdır! Heç bir 
sözlə alovun necə yandırdığını təsvir etmək mümkün deyil! 
Yanmaq lazımdır! 
Sən bilirsən necə yanırlar?
Özünü odun hökmünə vermək lazımdır! İradəsiz ol-
maq, müqavimət göstərməmək, özün üçün nə isə axtarma-
maq lazımdır! Cavab gözləmə! Mükafat gözləmə! Tapmaz-
san peşman olarsan… Təslim olmazsan acı çəkərsən. …Axı 
orda sən yoxsan, ancaq od var. Oda çevril! Bütünlüklə onun 
hökmünə düş, yan, vəssalam! 
Sən bilirsən aşiq kimdir?
Gözü, dili, ürəyi olmayan… O, hər şeyini sevgilisinə 
verib… İndi onun əvəzinə o, görür, danışır, hiss edir… Əgər 
o, bir anlığa da olsa özünə aid bir şeyi düşünsə, deməli, 
….onu uzun müddətə itirir, deməli, özünü itirir…
Deyirlər bir adam var imiş, həmişə ulduzlara qalxmaq, 
onların işığını yaxından görmək istəyirmiş. O, gecə- gündüz 
bunu düşünüb, Allahdan həmişə bunu istəyirmiş. Bir gün 


- 151 -
adam hiss edir ki, ayaqları yerdən üzülüb ulduzlara tərəf 
uçur. Sevincindən dünyada hər şeyi, hətta dünyanın özünü də 
unudur. Ulduzlara lap az qalmış ani olaraq düşünür: «Bu 
mənim nəyimə lazımdır ki?» Bu, bir an, anın milyondan bir 
hissəsi müddətdə şimşək kimi çaxdı… O, ulduza çatmadan 
yerə yıxıldı… Və bir də heç vaxt ora qalxa bilmədi, gecə-
gündüz gözlərini ulduzlardan çəkməyib, yenə Allaha 
yalvarsa da… O, hətta ürəyində əvvəlki istəyi, təşnəni də 
yarada bilmirdi… Yalvaran, istəyən ancaq dili idi, könlü isə 
susurdu. 
Sən bilirsən sevgi nədir?
Sevgi könüldə bir dəfə yandırılan və heç vaxt sönmə-
yən işıqdır. O işıq hər tərəfini nura qərq edir, hər kəsi cəlb 
edir, ancaq hər kəs cürət edib o nurlu otağa girmək istəmir, 
yanmaqdan qorxur, işıqdan gözlərinin kor olmasından 
qorxur…, qayıdıb çıxa bilməyəcəyindən qorxur… 
Sən bildinmi eşq nədir, sevgi nə?!
Eşq oddur! Sevgi nurdur! 
Odsuz-ocaqsız yandıran eşq odu həm bədəni bürüyür, 
həm ruhu. Bədən ruhsuz yananda od hər şeyi yandırıb kül 
eləyir. Bu, sondur!
Ruh yananda nur artır. Bədən bu ocağın istisində isinir, 
yalnız könül gözünün gördüyü bu nurla o da duyur, baxır. 
Bu, başlanğıcdır…! 
Sən bilirsən könül nədir?
Könül sevgi dolu bir varlıqdır… Könül maddi bədəni 
ruhi cazibənin hökmünə verən iradədir… Könül heyvani 
instinkləri ilahi vəhdətlə əvəz edən qüvvədir… Könül insana 
insanlığını xatırladan yaddaşdır… 


-152 -
Aşiq olan nədir? Ürəkmi? Könülmü? Eşqə düşmən, 
hədd olaraq ağıl götürülür… Sevənin soyuq düşüncəsi olmur 
deyirlər… Su od tutub yananda onu nə söndürə bilər? Ağıl 
aşiq olanda onu nə ilə susdurmaq, sakitləşdirmək olar? Ağıl 
dönüb könül olanda nə etməli?

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin