K. Bünyadzadə



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə50/79
tarix19.07.2022
ölçüsü1,76 Mb.
#62818
1   ...   46   47   48   49   50   51   52   53   ...   79
Gəncliyin fəlsəfəsi

 


-166 -
 
Filosof portreti 
Elə bil nə isə demək istəyirsən, amma demirsən, … de-
yə bilmirsən. İçini dolduran bir hiss, açılmaq həvəsi səni 
həyəcanlandırır, qanını qaynadır. Bundan rəngin qaçır, ba-
xışların narahat-narahat ətrafı dolanır… dinləyici axtarır, 
ancaq tapa bilmir. Narahatlıq ümidsizliyə qarışır, həyəcan – 
təəssüfə. 
Elə bil nə isə demək istəyirsən, amma demirsən, … de-
yə bilmirsən. Gərginləşmiş üz cizgilərin danışır, həyəcan 
dolu baxışların danışır, hətta saçlarını qarışdıran narahat 
barmaqların da danışır. Bircə dilin dinmir. Bərk-bərk sıxılan 
dodaqların açılmır ki, dilinin də tilsimi sına. 
Sən çox şey deyirsən, bircə demək istədiyini demirsən. 
Sən çox simalarla rastlaşırsan, bircə sənin ruhunu əks et-
dirəcək sima sənə rast gəlmir; çox baxışlar tutursan, bircə 
sənin baxışının davamı olan baxışları görə bilmirsən.
Elə bil nə isə demək istəyirsən, amma demirsən, … de-
yə bilmirsən. Anlamayacaqlarından, gözəl bir şeyi ləkələ-
yəcəklərindən, qanından-canından gələn sözlərinin hədər 
gedəcəyindən qorxursan. Onun nə qədər pak olduğundan 
əminsən, çıxdığı məkan kimi saf bir məkana düşəcəyindən 
isə əmin deyilsən. 
Elə bil nə isə demək istəyirsən, amma demirsən, … 
deyə bilmirsən. İçində alışıb-yanan, səni kül eləyən bu sözün 
kimi isə yandırmasından, kiminsə ürəyində özünə yer eləyib 
oranı didib parçalamasından ehtiyat edirsən. Bu sözün nə 
qədər ağır bir yük olduğunu bilirsən, ona görə hansısa başqa 


- 167 -
bir ürəyə də bu ağırlığı verməyə qıymırsan. Onu səndən tam 
alacaq birini yox, onun ağırlığını səninlə bölüşə biləcək 
birini axtarırsan.
Elə bil nə isə demək istəyirsən, amma demirsən, … de-
yə bilmirsən. Səni anladacaq, səni təsvir edəcək, sənin bütün 
varlığını əks etdirəcək bir söz. Bütün ümidin bu sözədir. Gah 
hələ vaxtının çatmadığını, gah da artıq çox gec olduğunu 
düşünürsən. Onu eşidəcək qulaq, duyacaq ürək olmayıb daşa 
çırpılmağındansa, öz içini parçalamasını üstün tutursan. 
Elə bil nə isə demək istəyirsən, amma demirsən, … 
deyə bilmirsən.

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin