K. Bünyadzadə



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə51/79
tarix19.07.2022
ölçüsü1,76 Mb.
#62818
1   ...   47   48   49   50   51   52   53   54   ...   79
Gəncliyin fəlsəfəsi

 
XoĢbəxtlik 
Hər kəsin xoşbəxtliyi onun könlü qədərdir.
Bir körpənin təbəssümü niyə bu qədər işıqlı, sirayət-
edici, səmimi, ürəkdolusu olur? Niyə körpələr ən kiçik şey-
dən xoşbəxt olmağı bacarırlar? Əslində onları xoşbəxt edən 
onların könüllərindəki nurdur – hələ çirklənməmiş, kobud 
qabıqlar altında gizlənməmiş. Bu nur nəyin üzərinə düşürsə 
onu da nurlandırır. Yəqin buna görədir ki, körpənin 
təbəssümündən hər kəsin üzü də açılır, könlü də.
İnsan böyüdükcə, qayğıları artdıqca … könlü yaddan 
çıxır. Hər şey yadında olur: məişət qayğıları, vəzifə, mal-
dövlət, övlad. Hər şeyin yanında könülə elə az yer qalır ki… 
Onun nurunu görmək, sevinmək, sevindirmək elə çətinləşir 
ki… Hələ bu nur bütün gün düşüncəni məşğul edənləri, 
gündəlik həyatını, cəmiyyətin özünü sənin ruhuna, könlünə 


-168 -
yad bir rəngdə olduğunu göstərirsə sevinmək, xoşbəxt olmaq 
lap çətinləşir.
Könüllə sevinmək çətinləşdikcə, «uşaq böyüdükçə», 
insan məcbur olur «böyüklər» kimi sevinsin – diplom alan-
da, övladı olanda, çoxlu pul qazananda, yüksək vəzifəyə 
qoyulanda, kitabı işıq üzü görəndə. Sevinir və … xoşbəxt 
olur. Olurmu? Olur, amma xoşbəxtliyinin ipi onu xoşbəxt 
edən şeyin əlində olur. O da istədiyi vaxt çəkib boğur sənin 
xoşbəxtliyini. İynə olub xoşbəxtliyini şar kimi partladır. Sən 
də bu anın qorxusunu çəkə-çəkə «xoşbəxt» olursan.
Sabun köpüyü kimi yox olan «xoşbəxtliklərə» baxanlar 
bəzən deyirlər: bu dünyada sevinc, xoşbəxtlik elə azdır ki!
Əslində bu dünyada xoşbəxtlik o qədərdir ki! Amma 
onu könül gözü ilə baxsanız görərsiniz! Könlünüzün nuru 
nəyə düşsə onu işığa qərq edər! Lap körpələr kimi.
Allah öz nurundan bir nur payı ayırıb sevə-sevə insana 
verdi, adını ruh qoydu. Bu nurun gözəlliyini duymaq, doya-
doya yaşamaq üçün bir könül verdi. Könülün yaşadıqlarını, 
Allahdan aldığı hikməti dərk edib, başqaları ilə bölüşmək 
üçün bir ağıl verdi. Hər üçü bir-birini tamamlayanda, bir-biri 
ilə dil tapanda möhtəşəm bir harmoniya, gözəllik yarandı. 
İnsan bu gözəlliyin adını xoşbəxtlik qoyub. Bu üçündən ən 
xoşbəxt olanı yəqin ki, könüldür. Onun xoşbəxtliyini artıran 
hər ikisi ilə bölüşməsi, harmoniyanın yaranmasına səbəbkar 
olmasıdır.

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin