-160 -
olanda, ruhun qanadları əzilir, yenə uçmaqdan məhrum qalır.
Sevgi qalır dörd divar arasında: səmaların sonsuzluğunun
dadını bilən, iki qanadı olan, amma oralara bir də qalxa
bilməyən bir bədbəxtə çevrilir.
Bədən ruhun yerdə bələdçisidir. O olmazsa, göylərdə
maneə tanımayan ruh yerdəki ilk yolayrıcında qəzaya düşər.
Nur dolu bir harmoniyadan yerin xaosuna düşəndə sevgi itib-
batır, toqquşan bədənlər arasında əzilir. Sevginin gözü ancaq
nurun rənginə alışdığından qırmızı və yaşıl işıqların
hökmünə düşəndə tez-tez cəzalanır və bundan çılızlaşır,
solğunlaşır.
Zəngin bir dünyanın sultanı ola-ola kasıb bir
məkanda qolu bağlı bir bədbəxtə çevrilir.
Bu bədbəxt sevgiyə ən böyük yaxşılığımız ona Fatihə
oxumaq olar.
Fatihə!
Dostları ilə paylaş: