K. Bünyadzadə



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə35/79
tarix19.07.2022
ölçüsü1,76 Mb.
#62818
1   ...   31   32   33   34   35   36   37   38   ...   79
Gəncliyin fəlsəfəsi

min ərazidə yaşayan xalqların kütləvi şəkildə qırılmasının 
nəticəsi olan soyqırım. Buna misal olaraq, Amerika ma-
terikində avropalıların (əsasən də ispanların) yerli əhali olan 
hinduları məvh etmələri faktını göstərmək olar. «Müasir 
məlumatlara əsasən, 12 oktyabr 1492-ci ildə Xristofor 
Kolumb tezliklə «Yeni dünya» adlandırılacaq qitənin 
adalarından birinə düşəndə onun əhalisi 100-145 mln. nəfər 
idi.
1
İki əsr sonra əhalinin sayı 90% azalmışdı. Bu gün hər 
iki Amerikanın sağ qalmış «ən xoşbəxt» xalqları 5%-dən çox 
təşkil etmir. Özünün miqyasına və bu günə qədər 
davamiyyətinə görə Qərb yarımkürəsinin yerli əhalisinin 
1
Станнард Д. Американ Щоложауст: Тще Жонгуест оф тще 
Неw Wорлд. Охфорд Университй Пресс, 1993. 


- 115 -
soyqırımının dünya tarixində paraleli yoxdur. Belə ki, 1492-
ci ilə qədər 8 mln. məntəqə çiçəklənməkdə idi. 1570-ci ildən 
isə yerli əhalinin ancaq iki bərbad kəndi qalmışdı. 80 il əvvəl 
Kolumb onlar haqqında «dünyada onlardan daha yaxşı və 
mülayim adamlar yoxdur», – deyə yazmışdı».
1
3. Müəyyən xalqın digər xalqa nifrəti nəticəsində olan 
soyqırım. Bu, soyqırımın daha çox rast gəlinən halıdır. 
Nifrətin səbəblərini də müxtəlif şəkildə qruplaşdırmaq olar: 
a) dini barışmazlıq. Bu qəbildən olan soyqırımlara əsa-
sən «1096-1291-ci illər ərzində (1096-1097 – I, 1147-1149-
cu illər – II, 1189-1192-ci illər – III, 1201-1204-cü illər – IV 
Xaç yürüşləri) müqəddəs xristian məbədlərinin və Fələstinin 
müsəlmanların (və yəhudilərin – K.B.) hakimiyyətindən azad 
edilməsini özlərinə şüar götürmüş Avropa katolik 
qüvvələrinin hərbi ekspedisiyaları»
2
şəklində aparılan Xaç 
yürüşlərini aid etmək olar. Məlumatlara görə, I Xaç 
yürüşündə Metsada 23 yəhudi öldürülür, Şpeyerdə xaçlılar 
bir hissə yerli əhalinin köməkliyi ilə «xaç suyuna çəkilmək 
istəməyən hər yəhudini öldürürdülər», «məcburən xaç 
suyuna 
çəkilməmələri üçün anaları öz övladlarını 
öldürürdülər», «Trirdə yəhudilər çayda batırılırdılar». 
Ümumiyyətlə, yalnız «1096-cı ildə (I Xaç yürüşündə) 
Almaniya və Çexiyada 5 min yəhudi öldürülmüşdü».
3
b) şəxsiyyətə pərəstiş kimi təyin edilə bilən, özünün bir 
xalq olaraq digərlərindən yüksək dəyərləndirilməsi. Buna 
1
Баумгартен А. Американский Геноцид. 
http://usatruth.by.ru/index.html
2
Электронная еврейская энциклопедия.
http://www.eleven.co.il/letter/202
3
Йеня орада. 


-116 -
misal olaraq alman faşizmini göstərmək olar. Məlumatlara 
görə, «Böyük Vətən müharibəsi illərində SSRİ-dən 
Almaniyaya 5.269.513 insan aparılmışdı. Onların taleyi 
amansız olmuşdur. Ərazi azad ediləndən sonra düşərgə 
yerləşən yerdə böyük bir çalada 3000 qızıl əsgər və sovet 
vətəndaşının meyiti tapılmışdır. Meyitlərə baxış zamanı 
işgəncələrin nə dərəcədə vəhşicəsinə olması aydın oldu: ço-
xunun əlləri, ayaqları sındırılmış, kəllə sümükləri əzilmiş, 
qulaqları kəsilmiş, gözləri çıxarılmışdı».
1
c) özünün başqa xalqdan əskikliyini gizlətməkdən do-
ğan hərəkət. Bunun ən bariz nümunəsini ermənilərin türklərə 
qarşı törətdiyi vəhşilikdə görmək mümkündür. 
Məlum olduğu kimi, türklər ermənilərlə uzun illərdir 
qonşudurlar. Və ermənilər əsrlər boyu türklərə qarşı həm 
müharibənin hər iki növündən istifadə etmiş, həm də mü-
əyyən vaxtlarda soyqırımlar törətmişlər: 1905, 1918-1920, 
1988-1993-cü illərdə baş vermiş hadisələr buna misaldır.
«XX əsrin birinci yarısında Zaqafqaziyada baş vermiş 
iki qırğın zamanı (1905-1907-ci illər, 1918-1920-ci illər) 2 
milyona yaxın azərbaycanlı ermənilər tərəfindən qətlə 
yetirilmiş, öz ev-eşiyindən zorla qovulmuşdur. 
Mart qırğını zamanı Bakı şəhərinin təkcə bir yerində 
qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 azər-
baycanlı qadınının meyidi tapılmışdır. Gənc qadınların diri-
diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa 
çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının 
1
Против лжи. 
http://www.kolumbus.fi/yevgeni.korolev/index.html


- 117 -
yandırıldığı da bu dəhşətli faktların sırasındadır.
1
Onu da 
qeyd edək ki, istinad etdiyimiz məqalədə yalnız Bakıda 
deyil, 
ümumiyyətlə, İrəvan quberniyasından tutmuş 
Naxçıvan qəzasına qədər ermənilər tərəfindən minlərlə dinc 
əhali qətlə yetirilmiş, qadın, uşaq və qocalara işgəncələr 
verilmiş, mədəni abidələr dağıdılmışdır.
1992-ci ilin 25-26 fevralında Azərbaycanın Xocalı şə-
hərinin əhalisi üçün dəhşətli faciə baş verdi. Erməni və on-
ların muzdlularının törətdiyi soyqırım nəticəsində 613 insan 
öldürüldü, 487 nəfər şikəst edildi, 1275 nəfər Əsir götürüldü. 
Ölənlərdən 106 nəfəri qadın, 83-ü uşaq olmuşdur».
2
Göründüyü kimi, soyqırım bəşər tarixində zaman-za-
man baş verən, əksər hallarda öz hüquqi qiymətini ala bil-
məyən hadisədir. Qısa xronologiyadan aydın oldu ki, soy-
qırımların dəhşəti sivilizasiyanın inkişafı ilə heç də azal-
mamış, əksinə, hətta artmışdır. Məhz son əsrlər ərzində er-
mənilərin türklərə, xüsusilə azəri türklərinə qarşı törətdikləri 
soyqırım hadisələrinin bir neçə dəfə təkrarlanması və belə 
hadisələrin dünya ictimaiyyətində əks-sədasız qalması, öz 
cəzasını almaması, əvəzində uydurulmuş tarixi faktlara rəvac 
verilməsi soyqırımların gələcəkdə də bəşəriyyəti dəhşətə 
gətirəcəyi faktından xəbər verir. 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin