-110 -
dərk etmiş bir insan üçün susuz səhradan başqa nə
adlandırmaq olar?
Damla qurumamaq üçün, eyni zamanda,
başqa damlaları qurumaqdan xilas etmək üçün özünə bənzər
damlalar aramağa başlayır. Hər damlanın quruması bir
«Mən»in ölümüdür, hər kəşf olunmamış ilahi zərrə bir
«Mən»in ölümüdür. Damla böyük bir dəryanın damlası
olduğunu bilə-bilə quruyur.
Bəlkə də bu həqiqəti bütün
çılpaqlığı ilə çatdırmaq çətin və dəhşət doğuran bir hiss
olduğuna görə biz təşbihlərə üz tutmalı oluruq… Bəli,
«Mən»in ölümü «Mən»ini tanıyan adamlara xasdır və ilk iki
ölümdən daha dəhşətlidir: bu, öz ölümünü, öz məhvini qana-
qana yaşamaqdır.
Təsəvvüf fəlsəfəsinə görə, maddi dünya bir insanın –
qütbün üzərində və ya çiyinlərində durur. Bunu başqa cür
belə ifadə edə bilərik: dünya məhz həmin şəxsə səbəb möv-
cuddur. Bir az böyüdülmüş kimi səslənsə də, bunda müəyyən
həqiqət də sezmək mümkündür. Şərq fəlsəfəsindən gələn bu
fikir əslində bir bəşəriyyət üçün keçərlidir.
Tarixə nəzər
salsaq görərik ki, dünyanın gah bu başında, gah tamam digər
tərəfində ayrı-ayrı şəxsiyyətlər olmuşdur ki, onların nəinki
hər hansı düşüncələri, ideyaları
bəşəriyyətin taleyində
həlledici rol oynamışdır, hətta onların sadəcə mövcudluğu
belə böyük əhəmiyyətə malik olmuşdur.
Yeri gəlmişkən, bu gün də (mövcudluğun zəruri bir qa-
nunu olaraq!) yaşayıb-yaradan Kamil İnsanlar mövcuddur,
lap yaxında, hər kəsin gözü qarşısında…, ancaq adlarını çək-
mək cəmiyyətin nifrətini onlara qarşı yönəltmək demək
olardı. Onsuz
da çiyinlərinə düşən missiya, cəmiyyətin
yatmış təfəkkürünü oyatmaq yükü onları kifayət qədər
incidir. Suda boğulan adamı xilas edəndə birinci təhlükə elə
- 111 -
həmin adamın özündən gəlir, çünki o, boğulmaq təşvişi,
panikası ilə sənin özünü suyun altına basa bilər.
İlahi zərrə təsadüfən ölüm və qorxu kontekstində işlə-
dilmir. Məsələ burasındadır ki,
onun əsl mahiyyətinin dərki
həm ölümə, həm də qorxuya fərqli bir rəng verir. Nədir ilahi
zərrə? Səni SƏN edən nədir?
İlahi zərrə – yaradılışdan insanın mahiyyətinə qatılmış
və ya yaradılışının əsli olan sevgidir. Müdriklərdən biri Xuan
de la Krus yazır: «Ruh daha çox canlandırdığı bədənlə deyil,
sevməklə canlıdır. Onun canı bədəndə deyil. Əslində bədənə
həyatı o verir, onun həyatı isə sevməsindədir».
1
Eyni zaman-
da, insanın iman və iradə gücü məhz sevgidə gizlidir. N.Ku-
zanlının bildirdiyi kimi, o, «imanın ülvi qəsrinin rəmzidir».
2
İlahi zərrə – hər ölümü dadmağa ürəkləndirən, hər
ölümdən sonra dirildən, hər ölümdən sonra adamın üzünü
kamilliyə
yönəldən bir duyğu, ölümdən ölümə yaşamaq ira-
dəsidir.
İlahi zərrə – primitiv qorxulardan sıyrılıb qorxunun ali
səviyyəsinə – ilahi nurun sönməsindən və bundan təfəkkürü-
nün, könül gözünün kor olmasından qorxmağa yüksəlişdir.
İlahi zərrə – düşünmək, varlığındakı sevgini dərk et-
mək, əllərini, könlünü İlahi nur üçün açıq saxlayıb daxilində
sevgi işığını yandırmaq bacarığıdır. Təfəkkürlər müxtəlifdir,
ilahi zərrə isə məhz sevgi işığında insanı düşündürən və ilahi
aləmə könüldən açılan qapını göstərən yaddaşdır.
1
Хаксли О. Ады чяк. ясяр, с. 147.
2
Кузанский Н.Сочинения в
двух томах, т. 1, Москва, Мысль,
1979, с. 177.