-74 -
Bəlkə də sevərdim, ay gözəl, səni,
Heyif ki, ürəyim erkən ovlanıb.
1
Bütün bu ruh düşkünlükləri gənci öz dünyasına qapıl-
mağa sövq edir. Məsələn, Ülvi qarşısındakından bir dünya,
bir sonsuzluq umur, amma … öz dünyasından ayrılmadan:
Bircə anlıq baxışında,
Bu dünyanı umuram mən.
Səni görmək istəyəndə,
Gözlərimi yumuram mən.
2
Gənclərə xas sevgini «özündə qapanma», hər şeyə öz
könül evindən dəyər verib, özü kimi zənn etmə kimi keyfiy-
yətlərlə təsvir edən S.Xəlilov onu qısa qapanma adlandırır –
alimlərin uzaq qaçdığı, şairlərin isə böyük şövqlə tərənnüm
etdiyi qısa qapanma.
3
Filosofun
dedikləri əksər gənclərin
«sevgisinin» çox dəqiq şərhidir. Doğurdan da, sevgisi hisslər
səviyyəsində boğulub qalan gənclər öz dünyalarında
yaratdıqları xəyalın gücündən, sehrindən heç cür azad ola
bilmirlər. Hər şey onun təsiri altına düşür və gənc həqiqi
sevginin nə olduğunu bilmədən özünün qaladığı yalançı
odda yanıb kül olur.
Bizim gənclər isə bu qısa qapanmaya düşmürlər, düşə
bilmirlər. Əvvəla, onların könül dünyası
elə dərin, elə zən-
gindir ki, oradan verilən dəyər də çox yüksək olur. Məhz bu
dəyərin nəticəsidir ki, ruh özünə bir həmdəm tapa bilmir,
1
Бцнйадзадя Ц. Ады чяк. ясяр, с. 81.
2
Йеня орада, с. 62.
3
Хялилов С. Мящяббят вя интеллект. Фялсяфи есселяр, Бакы,
Нурлан, 2006, с. 25
- 75 -
gözəl qaş-göz iki gündən sonra onu bezdirir. İkincisi,
onlar
öz «sevgisinin» təsvirində nə qədər hissə qapılıb, onların
gözəlliyini tərənnüm etsələr də, onların həyatında aparıcı rol
ağılın olur, hissin deyil. Ümumilikdə götürəndə gənc sanki
bir dəryadır və bu sevgi təlatümləri yalnız onun səthində, üst
qatında baş verir. Dərinliklərində isə başqa bir həyat, başqa
bir aləm var və okeanın – gəncin əsl mahiyyəti həmin aləm-
dədir. Bəli, hisslər güclüdür, lakin üzdədir. Düşüncə isə
dərindir və sahibini bütünlüklə
hisslərin itaətinə düşməyə
qoymur. Bundan başqa, əvvəlki başlıqlardan da məlum
olduğu kimi, bu gənclər nə qədər romantik, xəyalpərvər
olsalar da, öz cəmiyyətlərinin əyrisini-düzünü daha yaxşı
hiss edirlər, onun bütün çətinliklərini öz üzərlərində
«sınaqdan keçirməklə» onlara reaksiya verirlər.
Başqa sözlə
desək, öz zirvəsindən cəmiyyəti seyr edən gəncin
düşüncələri əks tərəfin gərginliyini duyduğuna görə, «normal
elektrik cərəyanı» da yaranır.
Nəhayət, üçüncüsü, bu gənclərin daşıdıqları müqəddəs
missiya onlara yalnız öz könül dünyalarına qapanıb qalmağa
imkan vermir. Gəncin başqa bir qüvvə qarşısında duyduğu
məsuliyyət, cavabdehlik hisslərin çağırışından daha ağırdır,
daha tələbkardır. Bu səbəbdən də onun şəxsiyyətində bir
ikilik sezilir, sevgisinin ən səmimi anında belə öz sevgilisinə
tamam yad bir insan təsiri bağışlaya bilir. Əlbəttə, bu, onun
istəyi ilə baş verən bir proses deyil. Bu, onun daim axtarışda
olan mən-inin dar çərçivədən genişliyə çıxmaq istəyidir.
Dediklərimizdə sanki bir ziddiyyət var. Həm sevginin yalnız
hisslər səviyyəsində olduğunu və
hisslərin dərinliyə enmək
qüdrətində olmadığını deyirik, həm də gəncin öz sevgisi
üçün geniş üfüqlər axtardığını iddia edirik. Əslində isə bu,
-76 -
maddi dünyadan başlayan hisslərin ruh səviyyəsində bir son-
suzluğa qovuşmaq ehtiyacıdır. Ülvi bu duyğuları necə gözəl
çatdırır:
Dostları ilə paylaş: