K. Bünyadzadə



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə22/79
tarix19.07.2022
ölçüsü1,76 Mb.
#62818
1   ...   18   19   20   21   22   23   24   25   ...   79
Gəncliyin fəlsəfəsi

 
 
 
 
 
EĢq və müqəddəslik duyğusu 
Gənclik hisslərin aşıb-daşması, sevginin, arzuların par-
daxlanıb çiçəklənməsi ilə səciyyələnir. Bizim gənclərin yara-
dıcılığına baxanda, ilk baxışda hər şeyin başında məhz sevgi-
nin durduğunu zənn etmək olar. Bu baxımdan, bəlkə də
gəncliyin fəlsəfəsini məhz sevgi ilə başlamağın daha 
məntiqli olduğunu düşünmək olardı. Bizim sevgini sona sax-
lamağımızın öz səbəbi var. Belə ki, bu gənclərin sevgisinin 
kökü yuxarıda nəzərdən keçirdiyimiz hisslərlə – qorxu, 
cəngavərlik, tənhalıq və s.-lə – sıx bağlıdır. Yəni içində bu 
qədər ziddiyyətlər daşıyan, bu qədər mürəkkəb düşüncələr 
içində vurnuxan bir insanın sevgisini təcrid olunmuş, ayrıca 
gözəl bir hiss kimi nəzərdən keçirmək düzgün olmaz. Digər 
tərəfdən, həyat adlanan qısa bir zaman kəsiyində yalnız ilk 
məhəbbətin aldadıcı parıltısından gözləri qamaşmağa imkan 
tapan bir gəncdən dərin bir məhəbbət ummaq və onu digər 
hisslərin başına qoymaq da doğru bir nəticəyə gətirib 
çıxartmaz. Bununla belə, deyilənlər heç də bu gənclərin 
gözəl bir məhəbbətə qadir olmadıqları demək deyil. Sadəcə, 
onların sevgisi bir sıra özünəməxsus keyfiyyətlərə malikdir 
ki, gəncliyin fəlsəfəsinin tamamlanması üçün mütləq nəzərə 
alınmalıdır. Elə isə gənclik fəlsəfəsində sevgi, eşq nədir? 


- 69 -
Bəli, doğurdan da, bu gənclərin yaradıcılığında ilk nə-
zərə çarpan sevgidir. Ancaq bu sevgi özünün uşaqlığı, saflığı 
ilə seçilir. Bu, hələ dünyanın çirkablarına batmamış, 
ikiüzlülükdən uzaq, maddiyyatın «ləl-cəvahiratına» bü-
rünməmiş bir sevgidir. Məsələn, istər Bayronun, istər Ler-
montovun, istər Müşfiqin, istərsə də Ülvinin sevgi şeirlərinin 
ünvanı onlarla gözəllərdir. Lermontov yazır: 
Gedir – bütün hərəkətləri, 
Dinir – hər cizgiləri, 
Hisslərlə, ədayla doludur, 
Bir ilahi sadəliklə doludur.
1
Müşfiq: 
Sənin mərhəmətli, dolğun gözlərin 
Mənim hisslərimi məndən də dərin
Necə anlatmada bilməm, şirin qız?
2
 
Ülvi:
Baxışları sirli nağıl 
Gözlərindən alov yağır. 
Tez-tez sağa-sola baxır, 
Bu qız görən hara gedir?
3


Bu gənclərin şeirlərində hər şey hiss etmək mümkün-
dür: görüşmək sevinci, ayrılıq qüssəsi, gözəlin təsviri, bu-
sənin şirinliyi, sərt baxışın acılığı və s. Hamısı hisslər 
1
Лермонтов М.Й. Ады чяк. ясяр, 1984, с. 77. 
2
Мцшфиг М. Сечилмиш ясярляри, Бакы, Чашыоьлу, 2005, с. 115. 
3
Бцнйадзадя Ц. Ады чяк. ясяр, с. 73. 


-70 -
səviyyəsində! Heç bir məsuliyyət, heç bir cavabdehlik, heç 
bir sabah arzuları, heç bir düşüncə, heç bir dərinlik! Əslində, 
bunu qəlbin, könülün gözəlliyə təbii meyli və ya uşağın 
sevimli, qeyri-adi bir şeyə qarşı ilk sövq-təbii reaksiyası, 
yəni əlini uzadıb götürmək, onu dadmaq istəyi adlandırsaq 
daha doğru olar. Məhz uşağın. Burada heç bir hiylənin, heç 
bir vəhşi ehtirasın, qara niyyətin, xəbis planlamanın izini 
tapmaq olmaz.
Hisslər oynaqdır. Gənc eyni səmimiyyətlə müxtəlif gö-
zəllərin sehrinə düşür, vurulur, aşiq olur, ancaq bir yerdə qə-
rar tuta bilmir. Maraqlı bir haldır ki, istedadlı uşaqlar daha 
nadinc olurlar. İçlərində qaynayan enerji, ətrafla harmoniya-
ya can atma meyli, eyni zamanda, sabit olmayan emosiyalar, 
ətrafındakı hadisələrə qeyri-ciddi münasibət. Bu nədir? 
Dayaz düşüncə? Kyerkeqorun fikrinə görə, «günah – inkar 
deyil, nə isə müsbət bir şeydir»
1
və «günahın pozitivliyi 
məhz Allahın qarşısında olmaqdır».
2
Məlum olduğu kimi, 
uşaq diqqət tələb edəndə, öz varlığını ətrafındakılara 
çatdırmaq istəyəndə nadinclik edir. Kyerkeqor da bu 
nadincliyin daha böyük miqyasda edilməsinin daha böyük 
səbəbinin olduğuna işarə edir. Lakin nadinclik yalnız öz 
varlığını eşitdirmək ehtiyacından yox, həm də içindəki 
yükdən azad olmaq istəyindən ola bilər. Yenə Kyerkeqor 
bildirir ki, «mütəəssir olan Allah qarşısında özü olmaq 
istəyəndə və ya olmaq istəməyəndə günah işlədir».
3
Deməli, 
1

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin