Arzum budur həyatda, Nə dərd, nə qəm olaydı, Məndən sonra dünyada Bircə şeirim qalaydı. 2 Düzdür, gəncin içindəki qorxu, narahatlıq əsasən öz
şəxsi taleyi ilə bağlıdır. Çünki Kyerkeqorun da dediyi kimi,
«narahatlıq – həyata, bizim şəxsi gerçəkliyimizə həqiqi mün-
asibətdir».
3
Lakin bununla yanaşı, o, ümumiyyətlə, öz dövrü-
nün faciəsini anlayır, onun həlli yollarını arayır, heç olmasa,
öz yaşıdlarına təsir göstərmək istəyir. Lermontov yazır:
Mən bizim nəslə məyus bir nəzərlə baxıram, Onun sabahı ya boş, ya qaranlıq olacaq. O idrak və şübhələr ağırlığı altında Hərəkətsiz qalaraq süstləşib qocalacaq. 4 Ülvi də gələcəyə xoş bir xəbər aparmaq üçün
yaşıdlarını bu gün mübarizə aparmağa çağırır:
Döyüşlərdə yoğrulmuşuq 1
Мяммядов З. Азярбайжан фялсяфяси тарихи. Бакы, Шярг-Гярб,
2006, с. 117.
2
Бцнйадзадя Ц. Ады чяк. ясяр, с. 62.
3
Кйеркегор С. Ады чяк. ясяр, с. 251.
4
Лермонтов М.Й. Ады чяк. ясяр, 2006, с.52.
- 65 -
Gələcəyə qaranquşuq. Həyat üçün doğulmuşuq, Vətən üçün ölməliyik. 1 Yeri gəlmişkən, qeyd edək ki, ümumiyyətlə, bir çox
gənc ömrünün «odlu-alovlu», böyük ideyalarla aşıb-daşan
mərhələsini «başa vuranda» ağır depressiya yaşayır. Hətta bu
həyata bir nifrət yaranır. Onlar keşməkeşli həyatdan, bu dün-
yanın pozulmayan çərxindən, fərq qoymadan hər şeyi
üyüdən «dəyirmanından» şikayətçi olur, bir vaxtlar tutuşub
alışdıqları ideyaların puçluğunun günahını həyatda axtarırlar.
Bayron yazır:
Keçdi ümidlərin, həyəcanların, hökmlərin dəmi Eşqin odu – hər şey artıq kənardadır. 2 Onlar öz zamanında deyilməli olan sözü deyə bilməyə-
cəklərinin, həyəcanını, hikkəsini həzm edə bilmirlər. Öz-
lərini aldanmış, günahsız yerə incidilmiş hiss edirlər. Hər
halda, bu qoca dünyada özünün tək deyil, milyonlardan biri
olduğunu, bu həqiqətlərin səndən əvvəl, hətta daha gözəl
şəkildə deyildiyini qəbul etmək o qədər də asan deyil.
Özünü, öz mahiyyətini, bu həyata gəlişinin səbəbini an-
lamağa çalışan və bunun üçün «varlıq badəsini gözyaşları ilə isladaraq gözüyumulu içib» yalnız ölüm ayağında gözlərini
açan Lermontov böyük bir çaşqınlıqla deyir:
Görürük ki, o qızıl badə Boşuymuş elə əzəldən. 1
Бцнйадзадя Ц. Ады чяк. ясяр, с. 9.
2
Байрон Ж.Г. Ады чяк. ясяр, с. 57.
-66 -
Onun içindəki mey – arzularıymış, Sən demə, heç o da bizim deyilmiş. 1 Düzdür, özünün adi, sıradan biri olduğunu qəbul edən-
dən sonra həyat daha sakit, daha rəvan bir axara düşür. An-
caq… hər adam bu axara düşə bilmir, axara düşəndən sonra
əvvəlki coşqunun olmamasına alışa bilmir. Yəqin bu səbəb-
dəndir ki, Ülvinin dalğaları «at kimi minib çapan», dalğala-
rın bağrını yaran qəhrəmanı:
…görür ki, fırtına Suda o açan izi, Asanlıqla yox edir, Asanlıqla gizlədir. Bundan sonra insanın Qol-qanadı süst olur – Açdığı izlər kimi, Kədərli gözlər kimi, Fırtınada boğulur. 2 Bəli, qəribədir ki, illərnən gəlməli olan bu ruh düşkün-
lüyünü, «depressiyanı» bizim gənclər enerjili, coşqulu vaxt-
larında yaşayırlar. Lakin onların digər gənclərdən üstünlüyü ondadır ki, söykənə biləcəkləri bir arxaları – Allah və həyat- larını mənasızlaşmaya qoymayan bir missiyaları var. Yaradıcılığı gəncin həm qorxu yeri, həm xilasıdır, həm
əbədiyyətə, həm də ölümə aparan yoludur. Yaradıcılığı
gəncin özüdür – qaçıb qurtarmaq, onu qəbul etmək
istəməyən insanlar arasında təsdiqləmək istədiyi mən-i.
1
Лермонтов М.Й. Ады чяк. ясяр, 1984, с. 37.
2
Бцнйадзадя Ц. Ады чяк. ясяр, с. 41-42.
- 67 -
Puşkin təsadüfən öz yaradıcılığı ilə özünə bir abidə
ucaltdığını demir:
Yox, mən ölməyəcəyəm, cismim torpaq olsa da, Rübabımın səsində ürəyim döyünəcək. Bircə şair qalsa da qədim, ulu dünyada, Əbədi şöhrətimlə mənəm yaşayan demək. 1 Məşh ruhunun yaradıcılıq eşqidir ki, Ülvini 15 yaşında
öz cığırını ulu sələflərinin yollarına qatmağa həvəsləndirir:
Mübarizə aparır, Milyon-milyon «şairlər» Bu yola çatmaq üçün. Öz açdığı cığırı Bu yola qatmaq üçün. 2 Bütün deyilənlərlə yanaşı, gəncin ilham aldığı daha bir
mənbə də var, daha doğrusu, onun bütün mənbələrinə, ümu-
miyyətlə yaradıcılığına parlaq bir nur çiləyən: sevgi, eşq. Bu
o qədər nəhəng bir mənbədir ki, başqa mənbələrə ehtiyac
qoymur. Bu, o qədər cazibəli bir nöqtədir ki, sonla başlanğıcı
birləşdirir. Bu, o qədər zəngin bir dünyadır ki, özünə ayrıca
bir başlıq tələb edir.
1
Пушкин А.С. Шеирляр, поемалар, повестляр, Бакы, Йазычы,
1987, с. 12.
2
Бцнйадзадя Ц. Ады чяк. ясяр, с. 46.