-56 -
qaranlığı işıqlandıracaq sözü demək iddiasına düşürlər. Və
yəqin ki, onların hər birinin ürəyindən Ülvinin dediyi bu arzu
keçir:
…
Bilin, deyilməyənləri
Demək üçün yaşayıram.
1
Burada bir daha vurğulamaq lazımdır ki, əslində üzə-
rində ali missiyanı hiss edən hər bir insana bu duyğu yad
deyil. Gəncin bu duyğusunda isə bir az tələskənliyin, bir az
hisslərin, pərakəndə enerjinin çoxluğunun, bir az tənhalığın,
bir az qorxunun, bir az üsyankarlığın, bir az da fədakarlığın,
cəngavərliyin izlərini sezmək olar. Bu qədər qarışıq, dolaşıq
hisslərin arasında öz məqsədini itirməyib yalnız ona doğru
getməyin özü də bir hünər istəyir! Bu, obrazlı desək, fikri
dağınıq, gözləri xəyalpərvərliklə göylərə dikilən bir adamın
çəkici barmağına deyil, düz mismarın üstünə vurub bir zərbə
ilə onu dibinə qədər taxtaya çalmağına bənzəyir.
Öz mülkündə – mən-ində bütün aləmi kəşf edən gənc
öz ətrafını – maddi aləmi tanısa da, özünün bu aləmdə yerini
görə bilmir, öz artıqlığını, lazımsızlığını hiss edir və düşünür
ki, heç kəsin ondan xəbəri yoxdur. Və bu səbəbdən oradan
gələn təhlükəni, hiyləni də görmür. Bu səbəbdən belə
gəncləri aldatmaq, tora salmaq, onlara xata toxumaq çox
asandır. Kyerkeqor yazır: «Dahi hər şey etməyi bacarır.
Bununla belə, o, heç kimin görmədiyi bir boş şeydən asılıdır.
Elə boş şey ki, dahi yalnız özünün qüdrəti sayəsində ona
1
Dostları ilə paylaş: