AxtarıĢ və yaradıcılıq
Gəncliyin xüsusi bir keyfiyyəti kimi yəqin ilk növbədə
onun bol enecisi, cəngavər ruhu, qısa müddətdə çox şeyə nail
olmaq iddiası vurğulanar. Təsadüfi deyil ki, məhz bu gənclik
enerjisi qarşısıalınmaz sel kimi inqilabların, üsyanların
aparıcı qüvvəsinə çevrilir. Bu baxımdan, Puşkinin Bayron
haqqında dediklərini yəqin ki, bütün gəncliyə aid etmək olar:
Dəniz, o sənin nəğməkarındı,
Üzərində sənin surətin vardı,
O, sənin ruhunla yaradılmışdı,
Sənin kimi: qüdrətli, dərin, zəhmli
Sənin kimi: ipə-sapa yatmayan.
1
Lakin bu enerjinin ən neqativ tərəfi onun təsir altına
tez düşməsi, kor-koranəliyə, fanatlığa meylli olmasıdır. Həm
də təbiətin qəribə bir təzadıdır ki, enerji nə qədər çox olursa,
təfəkkür bir o qədər passiv olur, yerini hisslərə daha tez
verir. Başqa sözlə desək, bu, nəinki təsadüf deyil, əksinə, az
qala qanunauyğunluqdur ki, bir ideyanın reallaşmasında
fanatik qüvvəyə ehtiyac yarananda məhz gənclərdən istifadə
edirlər.
Gəncin
təfəkkürü
hələ
kifayət
qədər
formalaşmadığına görə, yəni onun gücü, imkanları
1
Байрон Ж.Г. Ады чяк. ясяр, с. 13.
-48 -
enerjisindən çox geri qaldığına görə, bu enerji özü üçün şü-
urlu-şüursuz şəkildə güclü təfəkkür, istiqamətverici qüvvə
axtarır. Şellinq dediyi kimi, «fəallaşmış mənlik həyat gücü
üçün lazımdır; onsuz yalnız ölüm, xeyirin mürgüləməsi
olardı; çünki mübarizə olmayan yerdə həyat da yoxdur».
1
Məhz burada cəmiyyətin rolu və əhəmiyyəti özünü göstərir:
gənclərin həyat yolunun seçicisi kimi. Nəhəng bir enerjinin
quruculuğamı, yaradıcılığamı, yoxsa dağıdıcılığamı yö-
nəlməsi bir bələdçi olaraq cəmiyyətdən çox asılı olur. Bura-
da dağıdıcı deyəndə biz yalnız cəmiyyətə, bəşəriyyətə deyil,
həm də gəncin özünə, öz mən-inə yönələn əməllərini, fəaliy-
yətini nəzərdə tuturuq. Söhbət ondan gedir ki, cəmiyyətin tə-
siri ilə yalnış yerə istiqamətlənmiş gəncin yüz cür işlərlə
məşğul olmasına baxmayaraq, onun əsl potensialı bir növ
reallaşmamış, özü olaraq təsdiqlənməmiş qalır, o, öz mən-
indən xəbərsiz, özünə yad bir şəxsiyyət kimi yetişir. Ülvinin
sözləri ilə desək, gənclər «bütün olmamış» «sökülüb, uçulur»
və bunun ilk və başlıca səbəbi cəmiyyət olur.
Bu gün terror qrupların toruna düşən gənclərin sayı
hansı isə bir fəlsəfə məktəbinə, ədəbiyyat dərnəyinə gedən-
lərin sayından qat-qat çoxdur. Kimlərinsə mənafelərinə
xərclənən enerjilərin çəkisi, öz mən-inin dərkinə, yaradıcılıq
istedadının axtarışına sərf edilən enerjidən tərəziyə gəl-
məyəcək qədər ağırdır. Bu gün maddi istəklər üçün qalanan
od mənəviyyatın nurunu söndürəcək qədər gur yanır.
Gəncliyin keyfiyyətindən biri də onların bütün axtarış-
larının, istəklərinin kökündə hisslərin, duyğuların dur-
masıdır. Yəni onların təqdim etdikləri bütün problemlərdə
1
Шеллинг Ф.В. Ады чяк. ясяр, с. 1014.
- 49 -
də, onların həll yollarında da lirika, romantika üstünlük təşkil
edir. Bəlkə də elə bu səbəbdəndir ki, onların təqdim etdiyi
yol təhlükəli, dəli-dolu olsa da, cazibəli, canlı və al-əlvan
olur.
Müəyyən missiya daşıyıcısı olan gənc də bu xüsusiy-
yətlərinə görə digər həmyaşıdlarından çox elə seçilmir. La-
kin onları fərqləndirən, sözün həqiqi mənasında talelərini
müəyyənləşdirən, şəxsiyyətlərinin formalaşmasında məhək
daşı qədər əhəmiyyətli olan bir cəhətdir – onların reallığı
düzgün qiymətləndirmək bacarığı. Əlbəttə, bu, ilk növbədə
missiyanın verdiyi bir gözaçıqlığı, zehin aydınlığı, müəyyən
mənada da …bədbəxtlikdir. Zahiri parıltıya aldanmayıb hər
şeyi öz rəngində görmək «bədbəxtliyi». Onların romantika-
Dostları ilə paylaş: |