K. Bünyadzadə



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə12/79
tarix19.07.2022
ölçüsü1,76 Mb.
#62818
1   ...   8   9   10   11   12   13   14   15   ...   79
Gəncliyin fəlsəfəsi

Qəbirdə də 
Qarabağın özüyəm.
1
 
 
Gerçəkliklə, yaşadığı cəmiyyətlə uyuşmayan ruh özü 
də bilir ki, bu qeyri-bərabər bir mübarizədir. O, narahatdır, 
qorxur, lakin içindəki ilahi hiss daha güclüdür. Bu, əliyalın 
düşmənin üzərinə yeriyən qəhrəmanın qorxusudur. Belə mü-
qəddəs bir duyğunu qorxu adlandırmaqla onun saflığına, ül-
viyyətinə xələl gətirmək fikrindən çox uzağıq. Əksinə, 
məqsədimiz qorxunun bir də ali bir tərəfinin olduğunu 
vurğulamaqdır. Dediklərimizin təsdiqinə bizim gənclərin hər 
birində dönə-dönə rast gəlmək mümkündür. 
Bayron:
Döz, Azadlıq! Sənin güllələnmiş 
Bayrağın küləklərə acıqla açılıb. 
… 
Güllər artıq yoxdur. Budaqlarını 
Baltalar budayıb, gövdən çılpaq qalıb. 
1
Бцнйадзадя Ц. Ады чяк. ясяр, с. 100. 


-40 -
Ancaq orda həyat şirəsi axır hələ. 
Toxumların ehtiyatı torpağın altda qalıb hələ 
Tək isti bahar gəlsin ki, meyvə cücərsin.
1

Lermontov: 
İnan, rəzillik bu dünyada nemətdir 
Dərin idrak, şöhrət istəyi, 
İstedad, çılğın məhəbbət nəyə lazım? 
Əgər biz onlardan yararlana bilmiriksə? 
2
 
 
Müşfiq:
Ah, nə böyük şərəfdir sənətkar olmaq, 
Könüllər dünyasından xəbərdar olmaq! 
Nə xoşdur bir hiss kimi qəlblərə girmək 
səssiz-sorğusuz. 
Bütün fənalıqları yıxıb devirmək 
qara-qorxusuz.
3
 
Ülvi:
Açmadım gözümü, açmadım ki, mən –
Gözümə görünən göz dağım olsun. 
Açdım ki, dünyada insanam deyən –
Ağır çağlarımda dayağım olsun.
4

 
Xüsusilə diqqəti bir şeyə yönəltmək istərdik ki, məhz 
bizim qələmə aldığımız qorxu yüksələn xətt boyunca davam 
edən bir inkişafın başlanğıc nöqtəsidir. Hüznün, kədərin 
1
Байрон Ж.Г. Ады чяк. ясяр, с. 12. 
2
Лермонтов М.Й. Ады чяк. ясяр, 1984, с. 4.
3
Мцшфиг М. Ады чяк. ясяр, с. 85. 
4
Бцнйадзадя Ц. Ады чяк. ясяр, с. 28. 


- 41 -
yerini yavaş-yavaş daha təlatümlü, daha dinamik bir duyğu 
almağa başlayır: nifrət, üsyan. Bayron yazır:
 
Əqlim tənhalıqla barışıb… İşığasa 
Bütün ruhumla nifrət edirəm.
1
 
 
Ülvi isə deyir ki,
 
Atama oğul deyiləm,
Anama oğul deyiləm,
Bu ocağın kor çırağı 
Yanmayacaq işığıyam.
2
Lakin bu, insanlığa yönəli, acizlikdən doğan bir nifrət 
deyil. Bu, inkişafa, ucalığa qarşı duran quruluşa nifrətdir. 
Bu, geriliyə, müqəddəsliyə təhlükə yaradan hər şeyə 
üsyandır. Bu, içindəki bütün nuru, işığı heç cürə bütövlükdə 
insanlara çatdıra bilməyən özünə qarşı üsyandır. Bu üsyan 
gəncdə möhkəm bir iradə, mübarizə əzmi, cismani ölümün 
dik gözlərinə baxmaq cəsarəti yaradır, çəkic dəmiri 
döyəcləyib qılınca çevirdiyi kimi, qorxu da bu gənci 
cilalayıb bir cəngavərə çevirir. Cəmiyyətinin pislikləri ilə 
mübarizə apara-apara, pessimizmin ən dərin qatında otura-
otura, ümidsizliyin ən sonuncu dərəcəsində belə Bayron yenə 
üsyanından əl çəkmir: 
 
Mən daim müharibə aparacam 
Sözlərlə, – ola bilsin, əməllə! –
Düşüncə düşmənlərilə. Mənim yolum tən deyil 
Zalımlarla. Düşmənçiliyin müqəddəs odunu 
1
Байрон Ж.Г. Ады чяк. ясяр, с. 33. 
2

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin