- 37 -
öz ziddi ilə açıqlana bilir: sevgi yalnız nifrətlə, vəhdət –
mübarizə ilə. Əgər başlanğıcın bölünməsi olmasaydı, vəhdət
öz
qüdrətini görə bilməzdi, ayrılıq olmasaydı, həqiqi
məhəbbət yaranmazdı. İnsan elə bir zirvəyə qaldırılıb ki, o
orada özünün xeyirə və şərə istiqamətlənən hərəkətlərinin
mənbələrini eyni dərəcədə ehtiva edir. Onda başlanğıcların
əlaqəsi zəruri deyil, azaddır. O, yolayrıcındadır. O, nə seçirsə
seçsin, qərar onun əməlidir.
Amma qərar qəbul etməyə
bilməz, çünki Allah zəruri olaraq açılmalıdır, çünki
məxluqda ümumiyyətlə heç nə ikili qalmamalıdır».
1
Və gənc
aşkar, yaxud gizli – şeirlərilə, əsərləri ilə mübarizəyə qalxır.
Hələ neçə əsrlər əvvəl sufi mütəfəkkiri Mənsur Həllac
da bildirirdi ki,
«
əşyalar öz zidləri ilə tanınırlar. Zərif ağ ipək
qara işlərdən (toxunuşdan) yaranır».
2
Deməli, ətrafla
ziddiyyətdə olması gəncə öz içindəki nuru – missiyanı daha
aydın görməyə imkan yaradır.
Lakin danmaq olmaz ki, bu da bir növ inikasdır. Yəni
bir var yüksək inkişaflı bir cəmiyyətin, bir də var ziddiyyət,
nöqsan dolu bir «toplum»un nümayəndəsinin reaksiyası. Bu
baxımdan, Ülvinin dedikləri obyektiv bir həqiqətdir:
Atam, anam zəmanədi,
Mən zəmanə uşağıyam.
3
Lakin
bir həqiqət də var ki, gənclərin daşıdıqları mis-
siya vahid bir aləmə aid olduğununa görə, onların reaksiyala-
rında, mübarizə üsullarında oxşar cəhətlər çoxdur. Əlbəttə,
1
Шеллинг Ф.В. Ады чяк. ясяр, с. 984.
2
Мянсур Щяллаж. Китаб ят-Тявасин, Парис, 1913, с. 12.
3
Бцнйадзадя Ц. Ады чяк. ясяр, с. 55.
-38 -
cəmiyyət nə qədər az inkişaf olursa,
təzyiqi də bir o qədər
artıq olur. Bu baxımdan, naqis cəmiyyətdə gənc üçün
fəaliyyət göstərmək,
yaratmaq, ümumiyyətlə, var olmaq
həddindən artıq çətindir, ağırdır.
Bunlar XVIII əsrin çaxnaşma, «zəhər» dolu ingilis cə-
miyyəti haqqında Bayronun dedikləridir:
Ey həyatımız! Sən kainat xorunda
Yalançı səssən! Sən nəsildən nəsilə
Atalarımızın bizə vəsiyyət etdiyi bəlasan,
Nəhəng ançarsan, meyvəsi zəhər!
1
Bu, XIX əsrin inqilab ruhlu Rusiyası Puşkinin dilində:
Yanırıq azadlıq anları üçün,
Ürəyimiz qeyrət üçün döyünür.
Dostum, qəlbimizin hər döyüntüsü,
Xalqa həsr olunub deyə öyünür.
2
Bu, XX əsrin əvvəllərində milli təfəkkürün, milli ruhun
qalxdığı savaşın şahidi olan
Azərbaycan cəmiyyəti Müşfiq
qələmi ilə:
Bir parça atəşim, bir parça yanğın,
Qəlbim örnəyidir yanar bir dağın.
Qarşımda duramaz nə sel, nə daşqın,
Təbiətlə mənim zərafətim var.
3
1
Байрон Ж.Г. Ады чяк. ясяр, с. 100.
2
Бцнйадзадя Ц. Ады чяк. ясяр, с. 220.
3
Мцшфиг М. Сечилмиш ясярляри, Бакы, Маариф, 1983, с. 25.
- 39 -
Bu da torpaqları işğal olunun, üzbəüz dayandığı xain
düşmənlə deyil, onun arxasında dayanan hansı isə gözəgö-
rünməyən qara bir qüvvə ilə mübarizə aparmalı
olan XX
əsrin sonlarının Azərbaycanı Ülvinin missralarında:
Qarabağdı mənim dinim-imanım
O torpağın
nişanəsi,
iziyəm.
Məni belə
aciz görmə qəbirdə,
Dostları ilə paylaş: