- 35 -
Bu şeirlərdəki pessimist notlar
bəzən gəncin öz erkən
ölümünü xəbər verməsi kimi də yozulur. Mübahisə etmirik.
Tənhalığın yaratdığı hisslərdən biri də ölümdür. Ölüm duy-
ğusu hər kəsdə bir üşənti yaradır. Lakin nəzərə almaq
lazımdır ki, bu gənclər öz ruhları ilə həmişə ölüm deyilən bir
keçidin həmən yanında olurlar,
ölümü hər an görürlər, hər
yaratdıqları ilə ölüb dirilirlər. Cismani ölüm onlar üçün nədir
ki! S.Xəlilov yazır: «Şair üçün bir böyük yol var: son
məqsədə, ideala aparan yol! Bu uzaq yolun yolçusu üçün
ölüm sanki bir məqam, məntəqədir. Burda bir anlıq dayanıb
yenidən yola çıxırlar, ta əbədiyyətə qədər!»
1
Bayron deyir:
Mən hədər yaşamadım!
Ola bilsin çətinliklər tufanında,
Mübarizədə sınmışam, tez sönərəm.
Ancaq içimdə nə isə var ki, ölməz,
Nə ölüm, nə zamanın gedişi,
Nə düşmənin böhtanı məhv etməz.
2
Bəli, söhbət məhz cismani ölümdən düşəndə onlar riş-
xənd edir, onun gücsüzlüyünə gülürlər. Bu gülüş özlərinin
ölümdən güclü olduqlarını görməkləri zaman yaranır və
haqlı gülüşdür.
Məsələn, Kyerkeqor «Qorxu anlamı» əsərini
özünün «yelbeyin əsərləri» sırasına daxil edirdi.
3
Yaxud Ülvi
yazır:
Mən qorxmuram uzaq yola çıxmaqdan,
1
Хялилов С. Цлви щисслярдян шящидлик зирвясиня // Халг
гязети, 20 йанвар 2009-жу ил.
2
Байрон Ж.Г. Ады чяк. ясяр, с. 101.
3
Кйеркегор С. Ады чяк. ясяр, с. 8.
-36 -
Bu yolun acısından, ağrısından,
«Ölüm» adlı yuxusundan mən qorxmuram.
1
Bayaq
qeyd etdiyim kimi, bu qorxu şəxsi məhvindən
yaranan qorxu deyil,
daha yüksək, düşündürücü bir qorxu-
dur. Çiyinlərindəki yüklə və ya içlərində alışıb yanan odla
yaşadığı cəmiyyətin tələbləri bir-birinə zidd gəldikcə gəncin
qorxusu da artır:
bu yükü çəkə bilməmək qorxusu, ona
verilən məsuliyyəti doğrulda bilməmək qorxusu. Kyerkeqor
belə hesab edir ki, «narahatlıq – həyata,
bizim şəxsi
gerçəkliyimizə həqiqi münasibətdir və … bu, xristian üçün
çox ciddi şeydir…
2
Gənclik ömrün elə bir çağıdır ki, o, mum kimi öz döv-
rünün «formasını» alır. Uşaq bir süngər kimi gördüklərini,
eşitdiklərini
içinə çəkir, gələcəkdə qurulacaq binanın
özülünü hazırlayır. Artıq kamillik çağına çatmış bir insan
müşahidəçi, hətta istiqamətverici ola bilər. Gənc isə ilk
növbədə güzgü kimi üzərinə düşən işığı əks etdirir. Yalnız
sonradan, buna təfəkkürü çatarsa, həmin hadisəni təhlil edir,
mənfi və müsbət tərəflərini dəyərləndirir. Təsadüfi deyil ki,
cəmiyyətin hansı istiqamətdə
inkişaf etdiyini gənclərin
əxlaqından, təfəkkür tərzindən bilmək mümkündür.
Təbii ki, ilahi missiya daşıyıcısı olan gənclər də cəmiy-
yətdə gedən proseslərə reaksiya verirlər. Lakin burada fərqli
bir reaksiya müzakirə mövzusudur. Gənc ruhuna, daşıdığı
əmanətinə yad olan bu təzyiqlər altında nəinki «formasını
dəyişmir», buqələmun kimi rəngdən rəngə düşmür,
əksinə
onlarla mübarizəyə qalxır. Şellinq yazır: «Hər varlıq yalnız
1
Dostları ilə paylaş: