K. Bünyadzadə



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə6/79
tarix19.07.2022
ölçüsü1,76 Mb.
#62818
1   2   3   4   5   6   7   8   9   ...   79
Gəncliyin fəlsəfəsi

Allah tərəfindən edilən seçimə yönəldilməsidir. Qurani 

Щеэел терминолоэийасында «юзцндя» шей – щеч бир шейдян 
асылы олмайан бир шейдир; Кантын «юзцндяки шей» инсан 
гаврайышындан асылы олмайараг вар олан обйектдир. Дащийя 
тятбиг едиляндя бу категорийа о демякдир ки, Аллащ гаршысында 
тянща оланы онун мягсядляри вя ганунлары юзцнцн ичиндядир. 
(Кьеркегор С. Страх и трепет. М., Республика, 1993, с. 193) 
1
Йеня орада.


- 23 -
Kərimin bir ayəsində deyilir: «Biz əmanəti göylərə, yerə və 
dağlara verdik, onlar onu daşımaq istəmədilər, ondan 
qorxdular. İnsan onu götürdü (yükləndi), o, zalım və cahil idi 
(Quran 33/72)». Missiya – dağın, daşın apara bilmədiyi 
yükdür ki, insan ona boyun olub. Amma bu yükü tanımayana 
qədər onun ağırlığından da xəbərsiz olursan. Elə ki, 
tanıdın…
Şəxsiyyət mən-in cəmiyyətin tələblərinə müvafiq təza-
hürüdür və bir mən-in müxtəlif şərait və zamandakı təza-
hürləri bir-birindən kəskin şəkildə fərqlənə bilər, bunlardan 
hər biri vahid substansiyanı – mən-i müəyyən dərəcədə ifadə 
edir. Məhz cəmiyyətdən asılıdır ki, şəxsiyyət öz mən-ini az 
və ya çox dərəcədə əks etdirə bilsin. Təbii ki, bəzi hallarda 
cəmiyyətin tələbləri ilə formalaşan şəxsiyyətin özü üçün 
seçdiyi (və ya valideynlərin öz övladları üçün seçdiyi) həyat 
yolu onun daşıdığı missiya ilə üst-üstə düşmür. Belə olan 
halda insan əziyyət çəkir. İçindəki yaradıcılıq enerjisi, 
istedadı çıxmaq, yaratmaq istəyir və …reallaşmayanda bu 
ilahi nur oda çevrilir, sahibini yandırır.
Yeri gəlmişkən, burada bir hal üzərində xüsusilə daya-
naq. Öz uşağını daim diqqət mərkəzində saxlayan, onun dü-
şündüklərinə, hərəkətlərinə nəzarət edən valideyn onun iste-
dadını çox erkən yaşlarında görür və onu inkişaf etdirməyə 
çalışır. Bunun üçün bəzən öz uşaqlarını incitməyə belə razı 
olur, 
təki istedad cilalanıb üzə çıxsın, düzgün 
istiqamətlənsin. Belə uşaqlar əksər hallarda görkəmli 
şəxsiyyət kimi tarixdə qalıblar. Lakin bunda maraqlı bir mə-
qam var: həmin istedadlı şəxslərdən heç biri sonralar öz 
övladına (əgər evlənibsə və uşaq sahibidirsə) eyni müna-
sibəti göstərməyib. Niyə?! Öz aqibətini uşağına rəva gör-


-24 -
mədiyi üçünmü? Öz missiyasından baş açıb, vaxt ayırıb 
övladının missiyası barədə düşünə bilmədiyi üçünmü? Bir 
vaxtlar valideyninin ona göstərdiyi qəddar, sərt müna-
sibətdən pozulan psixikasının övladına da qismət olmasını 
istəmədiyindənmi? Əlbəttə, cəhd edənlər olub. Amma övla-
dının əziyyəti qarşısında dözməyib onu rahat buraxıblar.
Öz missiyasını dərk edən və bu həyat yolu ilə barışan 
insan çox ziddiyyətli hisslər yaşamaq məcburiyyətində qalır. 
O, ətrafa sanki rentgen baxışlarla baxır, adi gözlə 
görünməyən rəngləri seçir, adi qulaqla duyulmayan səsləri 
eşidir, harmoniyanı duyur, heç kəsin unamadığı yerdə sevinc 
və ya qəm görür. Kyerkeqorun fikrinə görə, «etik mən-ə 
ayrı-ayrı, parçalanmış anlara dağılmağa qoymayan mənəvi 
məsuliyyətdir: burada mən – həyatın müxtəlif şəraitlərinin 
təsiri ilə fərdlə baş verən bir şey deyil, onun müstəqil 
seçiminin nəticəsidir və buna görə də, ona aid olan bir 
reallıqdır. Belə mən daimi cəhdlər tələb edir, çünki onun 
reallaşması xəyal və arzulardan deyil, kənardan verilən 
istənilən şərtlərin diqtə etdiyi əxlaqi ardıcılıqdan asılıdır».
1
Bu dünyanın hər şeyini öz rəngində görən gənc ilahi 
vəhdətin parçalanmasını da, zahiri parıltının, yaxud çirkabın 
əsl mahiyyətin görünməz etdiyini də çox aydın görür. Bay-
ron yazır: 
Mən yalana yabanam, mən hələ də bacarmıram 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin