K. Bünyadzadə



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə4/79
tarix19.07.2022
ölçüsü1,76 Mb.
#62818
1   2   3   4   5   6   7   8   9   ...   79
Gəncliyin fəlsəfəsi

 
 
 
 
GiriĢ 
Cavanlıq, gənclik daha çox dəliqanlılıq, hərdəmxəyal-
lıqla assosiasiya yaradır. Sufi mütəfəkkir Mənsur Həllac şeir-
lərindən birində gəncin məhz qeyri-sabit təbiətinə, İradəsizli-
yinə, səbrsizliynə işarə edərək deyir:
Aşiq gənclikdə kamala çatarsa, 
Sərxoşluqdan həbibinin vüsalını unudar.
1
 
 
Bununla yanaşı, insan ömrünün ən qısa, qısa olduğu 
üçün də ən şirin, ən ziddiyyətli dövrü olan gənclik həm də 
bütün həyatın təyinatının verildiyi, ömür sarayının təməlinin 
atıldığı bir çağdır. Deməli, onun öz hikməti, öz harmoniyası, 
öz qanunları olmalıdır və onlar gözardı edilə bilməz. Biz öz 
kitabımızda məhz bu barədə söz deməyə çalışırıq. Bunun 
üçün həm klassik dövrə, həm də müasirlərimizə üz tutmalı 
olduq.
Bizim müraciət etdiyimiz müəlliflər kimlərdir? 37 yaş-
lı Şihabəddin Sührəvərdi, 32 yaşlı Eynəlqüzat Miyanəci, 37 
yaşlı Aleksandr Puşkin, 36 yaşlı Corc Qordon Bayron, 26 
yaşlı Mixail Lermontov, 44 il ömür sürsə də 38 yaşa qədər 
ən dəyərli əsərlərini yazmış Syören Kyerkeqor, 79 illik 
ömrünün ilk 33 ilində müdrikliyin zirvəsini fəth etmiş və 
1
Яхбар ял-Щяллаж, Парис, 1936, с. 67 (яряб дилиндя). 


-14 -
sonralar yalnız bu zirvənin nuru ilə yaşamış Fridrix Şellinq, 
29 yaşlı Mikayıl Müşfiq, 20 yaşlı Ülvi Bünyadzadə.
Bu gənclərdən hər birinin taleyi bir faciə ilə yarıda qı-
rılıb. Sührəvərdi, Miyanəci, Müşfiq edam olunub, Puşkin, 
Lermontov, Ülvi namərd gülləyə tuş gəlib, Bayron və Kyer-
keqorun isə bu dünya ilə vidalaşmasına səbəb xəstəlik olub. 
Şellinq öz «ilham pərisini», həmfikrini – həyat yoldaşını 33 
yaşında itirəndə sanki onun ulduzu da, yaradıcılıq eşqi də öz 
xanımı ilə bərabər söndü, dəfn olundu. Şellinqin fəlsəfəsini 
təhlil edən F.Engels onu nəzərdə tutaraq yazırdı: «…Allah 
tərəfindən vəhy verilmiş peyğəmbər yeni zamanın gəlişini 
xəbər verirdi. Ona nazil olan ruhla ilhamlanaraq onun özü də 
çox vaxt öz dediklərini anlamırdı. O, filosofluğun qapılarını 
geniş açdı və mücərrəd düşüncələrin hücrələrində təbiətin 
təzə-tər nəfəsi əsdi; isti bahar şüası kateqoriyaların toxumları 
üzərinə düşdü və onlardakı mürgüləyən qüvvəni oyandırdı. 
Ancaq ocaq söndü, mərdlik itdi, qıcqırma ərəfəsində olan 
üzüm təmiz şəraba çevrilməmiş turş sirkəyə döndü».
1
Şübhəsiz ki, Engels Şellinqin öz fəlsəfə şöhrətini yaşa-
yandan sonra ömrünün 46 ilini 33 ildə qalxdığı zirvədən en-
məyə sərf etməsini nəzərdə tutur. Lakin, zənnimcə, onun nə-
dən öz fəlsəfəsinin zirvəsini məhz bu yaşda fəth etməsinin 
səbəbini və bu yaşdakı zirvənin digər yaşdakı zirvələrdən nə 
ilə fərqlənməsini, nə ilə əhəmiyyətli olmasını bilmək daha 
vacibdir. 
Bəlkə də kənardan baxana bu talelər qırıq görünür, əs-
lində isə, onlar deyəcəkləri sözü söyləyə biliblər. Bu, hər 
1
Гулыга А.В. Философское наследие Шеллинга // Шеллинг Ф.В. 
Сочинения, М., Мысль, 1998, с. 7. 


- 15 -
adama, hətta uzun illər yaşayanlara belə qismət olan bir xoş-
bəxtlik deyil. Yox, bu, nakam tale, qırıq ömür haqqında bir 
kitab deyil. Onların fiziki həyatı qeyri-təbii şəkildə süquta 
uğrasa da, ruhlarının bəşəriyyətə çatdırdıqları daha 
möhtəşəmdir və onu unudub, arxa plana keçirib yalnız faciəli 
bir ölümü, nakam gənc ömrü ön plana çıxartmaq həmin 
gənclərin özlərinə deyil, onların dedikləri sözə qarşı 
ədalətsizlikdir. Səlahəddin Xəlilov yazır: «Ölməzlik qa-
zananlar ideya müəllifləridir. Başqasının ideyasının ictimai 
realizasiyası prosesinə qatılaraq real ictimai həyatın uza-
dılması bir şeydir, sənin ideyanın ictimai prosesə çevrilərək 
yaşaması başqa şeydir. Bu, artıq sosial-mənəvi sferada 
ölməzlikdir».
1
Gənclik fəlsəfəsinin ən vacib ideyaları 
gəncliyin ilk baxışda nəzərə çarpan keyfiyyətləri fonunda ya 
diqqətdən kənarda qalır, ya da bir təsadüf kimi qəbul edilir. 
Halbuki hər ideyanın özünə xas forması, reallaşma metodları 
var. Həmçinin elə ideyalar var ki, onlar məhz ömrün gənc 
çağı üçün nəzərdən tutulur. İllər keçəndən sonra o, nəinki öz 
formasını, mənasını dəyişə bilir, hətta ümumiyyətlə malik 
olduğu saflığı, ülviyyəti itirir, mahiyyəti dəyişir. Onların də-
rinliyinə, əsl mənasına yalnız əqlin, ruhun gənc yaşdakı sə-
viyyəsi çata bilər.
Bu, qısa ömür ərzində deyilmiş böyük hikmət haqqın-
da bir kitabdır. Bu, Allahın pak, ülvi ruhlar vasitəsilə in-
sanlara çatdırmaq istədiklərinin şərhidir. S.Xəlilov yazır: 
«Tarixdə çox nadir hallarda şairin və ya filosofun əsas ya-
radıcılıq ideyası, çağırışları onun şəxsi həyat nümunəsi ilə 
1
Хялилов С. Сивилизасийа вя жямиййят // Ипяк йолу. 
Бейнялхалг елми, ижтимаи-сийаси ъурнал, 2000, № 2, с. 21. 


-16 -
üst-üstə düşür, real təcəssümlə tamamlanır. Belə olanda, 
ideya hələ kifayət qədər inkişaf edib öz zirvəsinə çatmamış 
bir həyat həqiqəti bu zirvəni fəth edir».
1
Bu, qısa gənc bir 
ömürə sonsuz müdrikliyi sığdırmaq, dəli-dolu nəfsi dərin 
düşüncə ilə cilovlamaq, zəif, gənc çiyinlərdə bəşəriyyətin 
ağır yükünü çəkmək, gəncliyin mənfi, naqis hesab edilən 
keyfiyyətlərini ən müqəddəs zirvəyə qaldıra bilmək qüdrəti 
və bunun Allah tərəfindən insana bəxş edilən nemətlərdən, 
lütflərdən biri olması haqqında təhlildir. Bu, dünənə, yaxud 
bugünə aid bir həqiqət deyil. Bu, insanın mahiyyətində ta-a 
yaranışından var olub ona insanlığını anladan, xatırladan bir 
həqiqətdir. Belə bir səbəbdən biz məkanı, zamanı, milliyyəti 
heçə sayaraq həm Şərqə üz tutmuşuq, həm Qərbə, orta 
əsrləri, yeni dövrü bir-birinə qatıb indi-də dayanmışıq. Çünki 
Allah birdir. Əbu Turxan demiş, «qütblər zirvədə birləşir».
Əlbəttə, müraciət etdiyimiz gənclərdən Ülvi bizə doğ-
ma olmaqla yanaşı, həm də zamanca ən yaxın olandır. Lakin 
Ülvi elə bir hikmət aləminin sakinidir ki, orada yaxın-uzaq 
anlamları yoxdur. Və bu aləmdən söz açanda bizim üçün 
Ülvi qədər Sührəvərdi də, Lermontov da, digər söz 
açacağımız gənclər da doğmadır, yaxındır. 
Kitabda şərh edilən mövzularda iki qanunauyğunluğu 
qoruyub saxlamağa çalışmışıq. Əvvəla, qoyulan hər bir 
hissin, duyğunun primitiv səviyyədən ən ali dərəcəyə qədər 
yüksəlməsini və bu yolda hansı mərhələlərdən keçməsini 
izləmişik. Yəni hər anlamın, həm hissin iki üzü olduğunu və 
təfəkkür səviyyəsindən asılı olaraq onun hansı tərəfinin 
1
Хялилов С. Цлви щисслярдян шящидлик зирвясиня // Халг 
гязети, 20 йанвар, 2009-жу ил.   


- 17 -
təzahür etməsini göstərmişik. İkincisi isə, hər növbəti başlığı 
özündən əvvəlkinin üzərində qurmuşuq. Konsentrik çevrələr 
kimi, hər yeni başlıq əvvəlkini də əhatə etməklə yanaşı, 
gəncliyin əlavə xüsusiyyətlərini də açıqlayır. Məqsədimiz isə 
gənclik fəlsəfəsinin bütöv bir mənzərəsini yaratmaqdır. 
Bu kitabda gənc deyəndə məhz bu missiya daşıyıcıları, 
öz istedadları ilə nur kimi yanmağı bacaran gənclər nəzərdə 
tutulacaq, daha doğrusu, gənc müdriklər.
Əslində, bizim təqdim edəcəyimiz hər bir hissi öz mis-
siyasını anlamış və bu missiyasını həyata keçirməklə öz 
həyat yolunu gedən hər kəs gənc yaşlarında yaşayıb, yaxud 
yaşamaqdadır. Bəlkə də onlar haqqında oxuduqca tanış 
duyğular rast gələcək, ya zəif, ya güclü şəkildə. Bu, belə də 
olmalıdır. Çünki bu bir-iki nəfərin deyil, ümumiyyətlə 
gəncliyin fəlsəfəsidir və ya fəlsəfənin gənclik çağıdır. 
Bu gənclər özlərindən sonra məktəb yaratmayıblar. Bu, 
onların yaşadıqları qısa müddətdə mümkün də deyildi. Hətta 
79 il ömür sürmüş Şellinqə belə bu, qismət olmamışdır. 
Onun kitabının ön sözündə A.V.Qulıqa yazır: «Şellinq …öz 
şöhrətini yaşadı və heç bir fəlsəfi davamçı qoymadı. Bu, al-
man fəlsəfəsində vulqar materializminin üstünlük təşkil 
etdiyi bir vaxt idi. Tezliklə şüar səsləndi: «Geriyə Kanta 
doğru!» 
Neokantçılıqla 
yanaşı, 
Almaniyada 
güclü 
neohegelçilik, hətta nə isə neofixteçilik kimi bir şey də var 
idi. Neoşellinqçilik isə olmayıb».
1
Lakin bu gənclər başqa bir 
fəlsəfə çatdırırlar: gənclik fəlsəfəsi – pak, təmiz ruhun 
mübarizəsi, ilahi aləmlə qovuşması, digər həmyaşıdlarında 
nöqsan sayıla biləcək bir keyfiyyəti ən ülvi mərtəbəyə 
1
Гулыга А.В. Ады чяк. ясяр, с. 5. 


-18 -
qaldırıb, onun kamil formasını nümayiş etdirmək bacarığı, 
ən qısa ömürdə hikmətli söz demək qüdrəti.
Mən orta hesabla hazırda bizim bu gənclərlə eyni yaş-
dayam. Əbu Turxan deyir ki, «odun necə yandığını kül yox, 
sonuncu köz daha yaxşı bilər». Mən də məhz gənclik 
çağından çıxmaq ərəfəsində gənclik fəlsəfəsindən yazmağa 
ürək elədim.


- 19 -

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin