-12 -
Elə bil ki, mən hədiyyə verirəm.
Qızıl payızın əvvəllərində (sentyabrın 23-də)
doğulan
Ülviyə yazdığım bu misralar 1970-ci ildə rayon qəzetində,
1974-cü ildə isə mərhum
xalq şairimiz Hüseyn Arifin
təqdimatı ilə «Azərbaycan gəncləri» qəzetində dərc olundu.
Sonralar Ülvi böyüdükcə sanki illər uzunu qoruduğum
«sandığın açılmasını», kodumun reallaşmasını, həyata keç-
məsini müşahidə edirdim. Hələ kiçik yaşlarından
onunla
ədəbi qəhrəmanlar, hadisələr haqqında təhlillər aparır,
müxtəlif şairlərin yazdığı
şeirləri müzakirə edirdik, iki yol-
daş kimi mübahisələr edirdik.
Mən Ülvidən başqa şey göz-
ləmirdim də.
Mən bu gün də o adı daşıyan hər kəsə xüsusi bir diq-
qətlə, qısqanclıqla yanaşıram. Bu səbəbdən mən bütün Ülvi-
lərdən yalnız millətinin adını ucaldan xeyirxahlıq, gözəl
əməllər, mərdlik gözləyirəm və görəndə çox sevinirəm.
Çünki bu adın daşıdığı mahiyyəti, məsuliyyəti bilirəm, onun
necə ali bir şəkildə və dəqiqliklə
təzahürünün şahidi
olmuşam».