K. Bünyadzadə



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə15/79
tarix19.07.2022
ölçüsü1,76 Mb.
#62818
1   ...   11   12   13   14   15   16   17   18   ...   79
Gəncliyin fəlsəfəsi

sını, lirikasını gözəlləşdirən, gücləndirən qüssə, qəm notları 
acı reallığın təzahürləridir. Bəli, bu gənclər romantikdir
ancaq onlar sərt reallığa göz yummayan, əksinə onu təsvir 
edə-edə, onun acılarını yaşaya-yaşaya, onun üzərində, bəlkə 
də elə düz içində öz romantik dünyalarını qururlar. Deməli, 
Kyerkeqorun dediyi kimi, «mən – münasibət deyil, öz-özünə 
münasibətə qayıdışdır».
1
Maraqlıdır ki, gənc yalnız öz 
dünyasını düşünəndə, Şellinq kimi, «mən – azadlıqdır»,
2
– 
deyə bilir. Lakin bu, təcrid olunmuş bir aləmdə var olmaq 
deyil. Hər halda, gənc bu «azadlığı iki kateqoriyanın – 
mümkün və zərurinin dialektikası»
3
kimi dərk etməyi 
bacarır. Bununla yanaşı, o, öz dünyası ilə real həyatın nis-
bətini də unutmur və hər birinin hansı gücə və niyyətə sahib 
1
Кйеркегор С. Ады чяк. ясяр, с. 255. 
2
Шеллинг Ф.В. Ады чяк. ясяр, с. 267. 
3
Йеня орада. 


-50 -
olduğunu çox yaxşı anlayır. Bunu nəzərdə tutaraq Kyerkeqor 
«xəbərdarlıq edir»: «Mən, əlbəttə, dünyanın böyük əhə-
miyyət verdiyi bir şey deyil, məhz ona maraq azdır, onun 
səndə olduğunu göstərmək riskli bir şeydir».
1
Gəncliyin bütün bu «nöqsanları» – enerjinin bolluğu, 
hiss və əqlin tez-tez çarpışması, hissin bir çox hallarda ida-
rəni öz əlinə alması ilə yanaşı, onun böyük bir üstünlüyü də 
var: gənc cəmiyyətin öz daxili dünyasına yad olduğunu 
anlayıb axtarışlarını çox tez öz mənəvi dünyasına, öz mən-
inə yönəldə bilir. Onun həmsöhbəti də, hökm verib, cəza 
alanı da öz mən-i olur. Bu, onlara öz ruhları vasitəsilə 
sonsuzluğa, əbədiyyətə keçməyə, Allahla bilavasitə ün-
siyyətdə olmağa imkan yaradır. Lermontov «Mənim evim» 
şeirində yazır: 
İnsanın ürəyində əbədiyyətin
Toxumu var – həqiqət hissi deyildir. 
Əsrlər axınını, ənginlikləri 
İnsan ancaq onunla qavraya bilir.
2
 
 
Qəlbinin səsi yağışın pıçıltısına qarışan Ülvi isə belə 
deyir: 
Ürəyinə bir xoş duyğu, 
Bir naməlum 
hiss çiləyən yağışı. 
… 
Ancaq onu bilirəm ki, 
Bu səs 
1
Кйеркегор С. Ады чяк. ясяр, с. 270. 
2
Лермонтов М.Й. Ады чяк. ясяр, с. 34. 


- 51 -
mənim ciyərimə 
təzə nəfəs gətirir. 
Ürəyimə sirli həvəs gətirir.
1
 
Bura yeganə məkandır ki, insan orada azad və ilahi 
aləmlə əlaqəli olduğunu hiss edir. Bura – sonsuzluğa çıxış-
dır. Bura Şellinqin yazdığı kimi, «… bizim mülkümüzdür, 
bizim varlığımızdır – bu, həm də əbədiyyətin insana böyük 
güzəşti, ona inamıdır».
2
Mən – real və idealın, məhdud və sonsuzluğun qarşı-
laşdığı, çarpışdığı bir məkana dönür. Gənc öz gücsüzlüyünü, 
acizliyini görməklə yanaşı, ruhunun sonsuz bir qüvvə, tükən-
məz bir mənbədən qaynaqlandığını da hiss edir. Eyni za-
mannda, mən – bir andır, məhdud bədəndə ilahi başlanğıcın 
ara-sıra özünü büruzə verdiyi an. Kyerkeqor bu anı belə 
təsvir edir: «An – elə bir ikimənalılıqdır ki, burada zaman və 
əbədiyyət bir-birinə toxunur və bununla da müvəqqətilik 
anlamı yaranır ki, burada zaman dönə-dönə əbədiyyəti ayırır, 
əbədiyyət isə dönə-dönə zamana nüfuz edir, içindən keçir».
3
Bu anın verdikləri gözəl şeirlər, ecazkar tablolar, dərin 
hikmətli əsərlər şəklində ortaya çıxır. Bu anın hökmüdür ki, 
20, 30 yaşında bir gənc min illərin hikmətindən xəbər verə 
bilir. Bu anın insan həyatındakı əhəmiyyətini hiss edən Ülvi 
yazır:

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin