K. Bünyadzadə



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə23/79
tarix19.07.2022
ölçüsü1,76 Mb.
#62818
1   ...   19   20   21   22   23   24   25   26   ...   79
Gəncliyin fəlsəfəsi

Кйеркегор С. Ады чяк. ясяр, с. 320. 
2
Йеня орада, с. 323. 
3
Йеня орада, с. 308. 


- 71 -
gənci nadinclik etdirən həm də çiyinlərindəki ağır yükdən 
azad olmaq və ya bir az da olsa onu unutmaq istəyidir.
O gəncdir. Təbiət öz gücünü göstərir, hisslər qaynayır, 
coşur, sevib sevilmək arzusu oyanır. Lakin maraqlı, eyni za-
manda, qəmli bir şey müşahidə edilir: bir belə sevgi 
şeirlərinin müəllifini sevgi sevindirə bilmir. Həyat ta-
rixçəsindən məlum olduğu kimi, həmişə gözəl qadınların 
əhatəsində olan Lermontov nədən yazır ki,
Nə olsun ki, kimi isə sevirəm, 
Sevgi mənim həyatımı bəzəmir.
1
 
Nədən yaşının sevib sevilən vaxtında Ülvi deyir ki, 
Hər həvəs, hər həyəcan məgər sevgimi? 
Aldatma özünü, nə də ki, məni.
2
Bəli, ilk baxışda həyatlarındakı hisslərin güclü olma-
sına baxan, bu yaradıcı gənclərin eşq haqqında çoxlu şeir 
yazdığını güman edir. Əslində isə bu şeirlər ayrı-ayrı ha-
disələrin, ötəri həyəcanların qısa təsvirlərindən başqa bir şey 
deyil. Əsl sevgini – ruhun mahiyyətini təşkil edən, bütün 
varlığın, yaradılışın səbəbi olan, insanı adi canlı səviy-
yəsindən ucaldıb İnsan edən qüvvəni isə hələ tanımırlar. 
Bunu onların yaşı, təcrübəsi rəva görmür. Hər varlıq 
özündən daha kamilə meyl edir. Sührəvərdinin də qeyd 
etdiyi kimi, «hər naqis nurun kökündə özündən yüksək nura 
qarşı eşq, hər ali nurun kökündə isə özündən aşağıdakına 
1
Лермонтов М.Й. Ады чяк. ясяр, 1984, с. 42. 
2
Бцнйадзадя Ц. Ады чяк. ясяр, с. 63. 


-72 -
qarşı qaliblik (idarəçilik) var».
1
Gənc də bütün ruhu ilə 
özündən yüksəkdəkinə böyük bir sevgi, eşq duyur. Yəni 
onun ruhu sevgi ilə dolub-daşır. Onun hər gün rastlaşdığı və 
müvafiq olaraq təsvir etdiyi sevgilər isə hiss səviyyəsindən o 
yana keçmir. … Və bu isə onları qane etmir. Gənclərin duy-
duqları ilahi harmoniyanın, gözəlliyin yanında bu keçici his-
slər o qədər kiçik, əhəmiyyətsiz, zəif görünür ki, 
düşünmədən ondan uzaqlaşırlar. Bu səbəbdən onlar mad-
diyyatın hüdudları boyda olan bu sevgidən bir ruh düşgünlü-
yü ilə, bədbinliklə yazırlar. Lermontov mələyin qucağında 
bu dünyadan köç edən bir gənci belə təsvir edir: 
Bu dünyada o çox əziyyət çəkdi, 
Ürəyi min bir arzuyla doluydu. 
Səmanın möhtəşəm səslərini 
Yerin sıxıcı nəğməsi əvəz edəmmədi.
2
 
Həmin qəmli notlar Müşfiqdə də hiss olunur: 
Olmadan aşikar doğduğu yerdən, 
Böyük tanrı kimi düşmüş nəzərdən, 
Çöhrəsi gülməyən xarabalardan 
Daha qəmli, izsizdir eşqim!  
Ülvi isə sevginin sevinc gətirməməsinin səbəbini onun 
«qocalmasında» axtarır: 
Qocalmaz, sevgi qocalmaz, 
Ürək, ümid qocalmasa, 
1
Сцщрявярди Шищабяддин Йящйа. Щикмят ял-Ишраг // 
Ясярляри 2 жилддя, ж. 1, Тещран, 1952, с. 136, (яряб дилиндя). 
2
Лермонтов М.Й. Ады чяк. ясяр, 1984, с. 41. 


- 73 -
Qocalmaz, sevgi qocalmaz, 
Onu qocaldan olmasa.
1
Gəncin ehtiyacı hissə deyil. Onların özündə bu, kifayət 
qədərdir. Əslində, onun ehtiyacı, bütün digər yaşıdları kimi, 
tamamlanmayadır. Şellinq yazır: «Yalnız insanda bir söz de-
yilir ki, o, başqa şeylərdə də var və tam deyilmir. Söylənmiş 
sözdə isə ruh özünü açıqlayır, yəni actu kimi var olan 
Allah».
2
Gəncin məhz bu sözə ehtiyacı var. Bunu isə ilahi 
aləmdən bixəbər, yalnız zahiri gözəlliyi ilə alışıb yanan 
həmyaşıdında tapa bilmir. Bayron yazır: 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin