K. Bünyadzadə



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə28/79
tarix19.07.2022
ölçüsü1,76 Mb.
#62818
1   ...   24   25   26   27   28   29   30   31   ...   79
Gəncliyin fəlsəfəsi

 
 
 
 
 
Son söz əvəzi 

Mən heç vaxt Ülvi haqqında bir sətir belə yazmamış-
dım. Düşünürdüm ki, heç yazmayacam da. Duyduqlarıma, 
düşündüklərimə qələmin gücü çatmaz deyirdim. Əslində 
qələm güclüdür, ancaq güclü əldə və güclü ürəklə. Mən nə 
ürəyimdə həmin təpəri, nə də öz əlimdə həmin gücü hiss 
edirdim.
Bu gün də o gücü hiss etmirəm. Düzdür, «Gəncliyin 
fəlsəfəsini» Ülvini nəzərdə tutaraq, onu düşünərək başlamış-
dım. Yazdım da. Ancaq tək Ülvidən yox. Buna yenə ürək 
eləmədim. Amma Ülvi bütün yazının fonunda, kökündə, bu-
dağında, çiçəyindədir. Mozaika kimi bütün yazılarıma 
səpələnib. Ancaq bütöv yazıya baxanda onun gəncliyinin 
fəlsəfəsini, müdrikliyinin gəncliyini görəcəklər. Mən bu 
kitabda Ülvini və ülvi gəncləri addım-addım, sətir-sətir tanıt-
mağa çalışdım. Sonda bir Ülvi dastanının – ülviyyət 
dastanının alınacağına ümid edərək.
Ülvi!
Bu, sənin məndən gözlədiyin kitabdır. Bu kitabı sən 
istəmişdin, ona görə mən də sənin sevdiyin şairlərə, 
filosoflara, sənin seçdiyin mövzulara müraciət etdim. Sən 
illər idi gözləyirdin məni. Mənim bu yaşıma və düşüncə 


-88 -
səviyyəmə gəlməyimi gözləyirdin. Gəldim və yazdım. Bir 
vaxtlar evimizə pianino alınanda sənin gözəl ifana baxıb: 
«məni də öyrət», – deyə xahiş elədim. «Əlimə bax, özün 
öyrən», – dedin. Elə də elədim. İndi də elə oldu. Mən yalnız 
sənin «əlinə baxdım». Sən isə yalnız kənardan baxıb, yerinə 
düşən düzgün «notları» axtarmağıma baxıb yüngülcə 
gülümsədin, qımışdın. Sonralar pianinoda ifamdan razı 
qalırdın. Yəqin burda da səni razı salan «notlar» vura 
bilmişəm. 


- 89 -

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin