Ruhların mərtəbələri
Qurani Kərimdə buyrulduğuna görə, ruh haqqında bilgi
çox azdır və məlum olan yalnız onun Allah qatından
olmasıdır. Əslində, bu iki kiçik ifadədə çox şey deyilir. Əv-
vəla, onun haqqında bilginin az olması çox bilginin əldə
edilməsinin qadağan olunması anlamına gəlmir və bu, ruhun
spesifik bir məzmuna malik olması deməkdir. İkinci
tərəfdən, ruhun Allah qatından olması həm də insanın Allah
qatı ilə əlaqəli olması deməkdir. Hər iki fikirdən alınan
nəticəyə görə, insan özünün Allah qatı ilə bu əlaqəsi
haqqında çox az şey bilir və bu bilik çevrəsini geniş-
ləndirməyə çalışır, çünki bu əlaqə onun mahiyyətini, in-
sanlığını ehtiva edir.
Ruh haqqında bilginin az olması alimlərə daha çox şey
deməyə imkan yaradıb və yaratmaqdadır. Ta-a qədimdən bu
günə kimi bəzən bir-birinə zidd, bəzən də bir-birini
tamamlayan düşüncələr deyilir, yazılır, yazılanlardan
- 215 -
nəticələr çıxarılır, bu günün mütləq hesab edilən həqiqəti
sabahın nisbi həqiqətlər zəncirinə qoşulur. Beləcə bu zəncir
elə hey uzanmaqdadır.
Bəzi alimlər ruhu işığa, bəzisi efirə, bir başqası havaya
bənzədib. Biri onu maddi bədənin mahiyyəti, mənası hesab
edib, bir başqası isə onu maddi bədənlə paralel şəkildə, hər
biri müstəqil olaraq mövcud olduğunu bildirib. Biri iddia
edib ki, bədən öləndə ruh da ölür, digəri isə sübut etməyə
çalışıb ki, ruh da bədənlə bərabər ölümü dadır, üçüncü biri
isə bədən öləndən sonra ruhun başqa bir bədənə köçməsi
haqqında bütöv bir fəlsəfi təlim yaradıb. Onu da əlavə edim
ki, bu düşüncələrdən hər birinə dair çoxlu əsərlər yazılıb, bu
ideyalar illər səddini keçərək bu günümüzə çatıb.
Ruhun sayları da mübahisələr mövzusu olmuşdur. Bir
sıra alimlərin fikrinə görə, hər bədəndə yalnız bir ruh olur.
Bir bədən – bir ruh. Bəzi mütəfəkkirlər isə bir insanın bioloji
və sosioloji xüsusiyyətlərini nəzərə alaraq onun üç ruha –
nəbati, heyvani və insani (natiq) ruha malik olduğunu
bildirmişlər. İnsanın yalnız maddi deyil, həm də emosional
dəyişkənliyini, mənəvi baxımdan müxtəlif səviyyələrin
sakini ola bilmək imkanını nəzərə alaraq, onun bədəninə bir
gündə, hətta bir saatda ayrı-ayrı ruhların daxil ola bilməsi
ideyasını irəli sürmüşlər. Məsələn, Əbu Turxanın fəlsəfəsinə
görə, «ruh sanki alternativ ruhlar sistemidir. İnsan bir
matrisadır».
Maraqlıdır ki, ruh haqqında danışanlar onun varlığına,
eyni zamanda ruhun insanın passiv bir tərəfi deyil, məhz
aktiv və aparıcı bir hissəsi olduğuna inananlardır. Bu da
təbiidir: inanmadığın bir şeyə başqasını da inandıra
bilməzsən.
-216 -
Məncə, hər insan yalnız bir ruha malikdir. Bu bir ruh
mahiyyətcə sadə olsa da, daşıdığı yükə və keçdiyi proseslərə
görə çox mürəkkəbdir.
Ruh bədənin daşıdığı məna, mahiyyətdir. Ruhla bədə-
nin arasında iki cür əlaqə mövcuddur: hiss və təfəkkürlə –
istər ayrı-ayrılıqda olsun, istərsə də bərabər şəkildə.
Hiss təfəkkürə nisbətdə daha primitiv və sadədir. Kör-
pə uşağı və ya bir dəlini sevindirmək, həyatdan məmnun
etmək çox da çətin deyil. Yaxud cəngəllikdə təbiətlə har-
moniyada yaşayan bir apaçinin istər mənəvi, istərsə də mad-
di tələbatını ödəmək bir taxta və ya daş bütə sitayiş, bütün
canlılara xas hisslərinin yerinə yetirilməsi, qarşılanması
çərçivəsi daxilindədir. Bu əlaqə forması ruhun nəbati və
heyvani keyfiyyətlərinin təzahür etməsinə şərait yaradır.
Deyilənlərdən hətta belə bir nəticə də çıxartmaq olar ki,
bitkilərin və heyvanların da ruhları vardır və onlar öz maddi
formaları ilə yalnız hisslər vasitəsilə əlaqəlidirlər. Buna
nümunə olaraq bitkilərin torpaqdan, havadan, günəşdən
qidalanmaqlarını, mühitə uyğunlaşmaqlarını, bəzilərində
hətta özünümüdafiə instinktlərini, kobud münasibətə və ya
nəvazişə reaksiya verməklərini göstərmək olar. Heyvanlar
bitkilərə xas bu keyfiyyətlərin daha mürəkkəbinə malik
olmaqla yanaşı, əlavə xüsusiyyətlərə də sahibdirlər: onlar öz
taylarını axtarır, nəsil artırırlar – hisslər səviyyəsində.
Təsadüfi deyil ki, uşaqları güllərə və ya bəzi heyvanla-
ra bənzədirlər. Lakin bu müəyyən müddətə qədər davam edir
– uşağın təfəkkürü inkişaf edib müstəqil fikir söyləyənə,
müstəqil yolunu axtarmağa başlayana qədər. Yəqin çoxları
mənimlə razılaşar ki, belələrini nə qönçəyə bənzətmək olar,
nə dovşana. Çünki belələri artıq insan olduqlarını göstərirlər.
- 217 -
Maraqlıdır ki, bir «vəhşi»
1
və ya bir dəli ilə ünsiyyət
qurmağa çalışanda məhz onun hisslərinə müraciət edir, onun
hisslərini məmnun edirlər.
Şüur formalaşmağa, inkişaf etməyə başladıqca ruh və
bədənin digər əlaqəsi də özünü göstərməyə başlayır və bu
əlaqə sayəsində ruhun növbəti – insani qatı açılır. İnsan
yalnız hiss etdiklərini deyil, düşündüklərini də büruzə ver-
məyə, ifadə etməyə çalışır, həm də bu, yalnız hisslər va-
sitəsilə və hisslər səviyyəsində yox, daha mürəkkəb üsullarla
– sözlə, rənglə, musiqi ilə, rəsmlə və s. və daha yüksək
formada baş verir.
Nəbati və heyvani ruh bədənə daha yaxındır, nəinki in-
sani. Başqa sözlə desək, bu mərtəbələrdə ruh bədənə tabedir,
sonuncuda isə bədən ruha. Dediklərimizi kiçik bir sxemlə
təsvir edək:
– maddi bədən qara bir dairədir.
Nəbati ruh onunla tamamilə üst-üstə düşür. Əvvəla ruhun ən
aşağı mərtəbəsi, ikincisi, əsasən bədənin imkanlarından asılı
olduğu üçün, yəni burada bədənin tələbatı ruhu idarə edir.
Heyvani ruh da maddi bədənlə daha çox «təmasda» olmasına
rəğmən, bədəndən kənar tərəfləri də vardır. Buna
heyvanlardan delfinin, atın, canavarın, maralın, bülbülün və
s. qeyri-adi, «qeyri-heyvani» hərəkətlərini, səslərini nümunə
göstərmək olar. İnsani ruh hər ikisini öz daxilində ehtiva
1
Йери эялмишкян, о да там щцгугла юз гаршысындакына вящши
дейя биляр.
-218 -
etməklə yanaşı onlardan fərqli, daha geniş və yüksək
tərəflərə də malikdir. Kyerkeqorun da dediyinə görə,
«mütəfəkkir … çox qəribə bir məxluqdur. O, gün ərzində
yalnız bir neçə saat ağıllı olur, qalan vaxtlar isə insanla
əlaqəli heç bir şeyi qalmır».
Bu, ruhun mərtəbələri və məqamlarıdır. Lakin sxem-
dən də göründüyü kimi, mərkəzdə maddi bədən durur.
Bunun bir neçə anlamı var. Əvvəla, bu ruh (!) bu bədənə (!)
verilib, yəni onlar vəhdətdədir və bu şəkildə insan adlanır.
Təklikdə onların adı ruh və ya bədəndir, bərabər isə – insan.
İkincisi, ruhun insani məqamı digər ilk iki mərtəbəsindən
imtina demək deyil. Hər üç ruh təklikdə yalnız bir hissədir,
birlikdə isə ruh tamamlanmış şəkildədir. Burada daha bir
incə məqamı da vurğulamaq lazımdır: nəbati ruh sonrakı
ruhlara ehtiyac duymur, ilk mərhələ bütöv inkişafdan
xəbərsiz olduğu kimi. Heyvani ruh nəbati ruha ehtiyacı ol-
duğu halda insani ruhdan xəbərsizdir və onsuz da mövcud
ola bilir. Nəhayət, insani ruhun hər ikisinə ehtiyacı var: son
mərhələnin ilk mərhələlərə ehtiyacı olduğu kimi. Bu, həm də
o deməkdir ki, hisslərdə təfəkkür olmadığı halda, təfəkkür
hisslərdən qidalana bilir.
Gün ərzində ruhun mərhələləri bir neçə dəfə bir-birini
əvəz edir… Lakin burada əhəmiyyətli bir məqam vurğu-
lanmalıdır: ruhun mərhələləri arasında «gəzişmə» məhz so-
nuncu mərhələsi kəşf olunan insan üçün mümkündür, yəni
maddi məkandan, hisslər aləmindən kənara çıxıb ruhun daha
geniş imkanlarından istifadə edənlər və ən əhəmiyyətlisi, ruh
və bədəni arasındakı təfəkkür əlaqəsini dərk edənlər üçün.
Vurğulanması vacib olan digər məqam insanın gündə-
lik yaşantısında onun ruhunun mərhələlərinin təzahürü mə-
- 219 -
sələsidir, yəni insanın hazırda hansı ruh daşıması onun gün-
dəlik həyatında açıq-aşkar bəlli olur.
İnsan eyni bir hadisə ilə bağlı ruhunun müxtəlif mər-
hələlərində verdiyi qərarlar, təbii ki, bir-birindən kəskin
fərqlənə bilər. Hətta bu qərar heyvani və ya nəbati mərhələyə
aid olsa belə, onun məhz heyvani, yaxud insani ruhda olan
şəxsin verməsi böyük əhəmiyyət daşıyır.
İnsan daim insani məqamında qala bilmir. Nə qədər
yüksək səviyyə olsa da, o, ruhun yalnız bir məqamıdır. Bir
bioloji, eyni zamanda, sosial varlıq olaraq insan öz ruhunun
müxtəlif vəziyyətlərə uyğun gələn halından çıxış etməlidir.
Bununla yanaşı, insanın öz ruhunun bütün məqamlarından
xəbərdar olması da əhəmiyyətli şərtdir. Başqa sözlə desək,
verilən qərarda ruhun tam şəkildə və ya naqis olaraq iştirak
etməsi qərarın nəticəsinə bilavasitə təsir göstərir. Bunu adi
su içməkdən tutmuş, eşq və ya Allaha iman məsələsinə qədər
olan hallarda müşahidə etmək mümkündür.
Dostları ilə paylaş: |