- 225 -
…Görəsən mənim bildiklərimi o kiçik tonqal bilsəydi,
o yolçuya öz hərarətini verərdimi, onun tənhalığını bölü-
şərdimi, onunla o qədər doğmalaşardımı, özünü onun bar-
maq boyda quru çırpısına möhtac edərdimi?!
Açıq qapı
Mövlananın bir hekayəti var:
«Aşiq – gəlib sevgilisinin qapısını döyür.
Sevgili
soruşur:
– Kimdir?
– Mənəm.
– Get, vaxtsız gəlibsən, bura xam adamın yeri
deyil.
Aşiq gedir, bir müddət ayrılıq, həsrət odunda yanıb-
qovrulur. Yenidən qayıdıb qapını döyür.
– Kimdir? – deyə sevgili soruşur.
– Sənsən.
– Mənsənsə, gir içəri, məkan dardır, iki adam
sığmaz».
Burada düşündürücü çox məqam var. Mənim diqqətimi
isə açılmayan qapı cəlb etdi.
Bəzən bağlı qapı qırıq qanadların, qarşısı alınan arzu-
ların rəmzi kimi təsvir edilir. Maraqlıdır, Mövlananın dediyi
qapı birinci dəfədən açılsaydı nə olardı?
Yəqin hələ bər-
kiməmiş, sınaqdan çıxmamış kövrək bir hiss reallığın ilk
təkanından yıxılardı. Hələ hisslər səviyyəsində olan bir duy-
-226 -
ğu başqa bir hisslə sıxışdırılıb çıxarılardı. Eşq doğulmazdı.
Bağlı qapı eşq yaratdı?! Qəribə bir paradoks!
Mən səni tanıyanda mənim bütün qapılarım bağlı idi.
Amma heç bir eşq yox idi. Heç açarım da yox idi. Əvvəl
mənə açarın yerini göstərdin. Tapanda necə sevinmişdim.
Qapını açıb içəri girəndə... səni gördüm. Təəccübləndim,
sonra da təəccüblənməyimə təəccübləndim – orada səndən
başqası ola bilməzdi axı, oranı səndən başqa tanıyan da yox
idi axı.
Səni gördüm, sevindim, ancaq qapının kandarından ke-
çə bilmədim. Qorxdum. Yarana biləcək eşqdən qorxdum. Elə
bildim qapı açıq qalsa eşq də qorxub yaxın gəlməz.
Məni yaxına çağırdın, «Sənin ruhunun məkanı bura-
dır», – dedin, mən ürək eləmədim, amma çevrilib getmədim
də, ...ruhum qoymadı. Elə kandarda dayanıb durdum.
Zaman keçdi. Buranın doğmalığını, əzizliyini gördüm,
duydum, yaşadım və... yavaş-yavaş otağın içinə girdim. Sənə
addım-addım yaxınlaşdım. Necə böyük səbrin varmış! Nə
mənim
addımlarımı
tələsdirdin,
nə
qalxıb
qapıya
yaxınlaşdın. Könül otağımın tən ortasında
oturub mənim
ruhumun məni sənə, daha doğrusu, məni mənə yaxın-
laşdırmağına tamaşa eləyirdin. Gözü arxadakı açıq qapıda
qalan bədənimin necə böyük tərəddüdlərlə ruhuma təslim
olmağının müşahidəçisi idi. Yalnız hərdən arxamca qapını
örtməyi xahiş edirdin:
gözümü arxadan çəkmək, yad
gözlərdən qorunmaq, daha ürəklə irəli yeriməyim üçün. Hər
xahişdə mən bir addım geri dururdum, çünki deyilənləri bir
an sonra öhdəsindən gələ bilməyəcəyim bir təhlükənin
- 227 -
xəbərdarlığı kimi yozurdum.
Sən daha onu da tərgitdin,
yalnız sevgi dolu baxışlarınla mənim gəlişimi izlədin.
Artıq sənə lap yaxınlaşmışdım. Artıq nəfəsini hiss edir-
dim, ürəyinin döyüntüsünü duyurdum. Əlini uzatsan mənə
çatardı. Ancaq nə sən əlini uzadırdın, nə mən... İkimizin də
gözü açıq qapıda idi.
Onu örtmək üçün bir-birimizdən yenə aralanmalı idik.
Bu daha neçə müddət ayrılıq deməkdi!
Onu örtmək üçün dəhlizdəkilərlə üzləşməli idik. Bu,
neçə qınağ dolu baxışların altında əzilmək deməkdi!
Onu örtmək üçün yenə bədənin hökmünə düşməli idik.
Bu, artıq nə qədər yol keçib yorulmuş, əldən düşmüş bir
ruhun yenidən yaşanacaq tərəddüdlərdən, həyəcanlardan geri
dönməmək təhlükəsi deməkdi!
Allah ruhu bağlı bir
məkana salmaqla ona özünüdərk,
dünyanın ən gözəl hissini – eşqi yaşamaq imkanı verib.
Yəqin hələ bədən qazanmamış ruhlar yerdəki ruhlara həsəd
aparırlar. Bəlkə də eşq kimi bir oda düşdükləri üçün onlara
yazıqları gəlir...
Dostları ilə paylaş: