Mələk
Bu dünya qocalıb əldən düş-
müş bərli-bəzəkli bir qarıya bənzə-
yir. O, günü-gündən ənlik-kirşanını
artırır, bu isə onu daha da eybəcər-
ləşdirir, acizliyini qabardır.
Güclü leysan, dəhşətli şimşəklərin şaqqıltısı, insanların
vahimə dolu qışqırıqları bir-birinə qarışmışdı. Sanki dün-
yanın axırı gəlmişdi. Dirilər ölülərə həsəd aparırdı. Yox! Bu
insanların günahını nə sel, nə yağış yuya bilərdi. Onlar özləri
özlərini belə əzablı ölümə düçar eləmiş, Allahın qəzəbinə
gəlmişdilər.
Dəhşətli gurultu, qışqırıqlar arasında bir səs də var idi.
Bu, ağlamaqdan səsi tutulmuş, küçük zingiltisini xatırladan
bir səs idi. Ancaq bu səsdə nə qorxu, nə də vahimə var idi.
Allah Təala təəccüblə qarışqa kimi qaynaşan adamlara baxdı,
bu səsin yiyəsini axtardı. O, uçuq divarın dibində atılıb
qalmış bir insan övladı idi. Balaca, kimsəsiz, dünyaya təzəcə
gəlmiş bir körpə idi. O, ətrafında baş verən dəhşətlərdən
bixəbər süd üçün, isti ana qucağı üçün ağlayırdı.
Ulu Tanrının əmri ilə göydən yerə bir mələk endi. O,
bu kiçik insanı qucağına alıb göyə qayıtdı. Allah Təala gü-
nah, zülüm dolu bir ölkədə dünyaya gəlmiş bu günahsız
körpəyə baxdı. Onun mübarək baxışlarından körpə nura
boyandı. İndi onun özü balaca bir mələyə bənzəyirdi. Ulu
Tanrı buyurdu:
-236 -
– O, özü özünə qalib gəlsə, xoşbəxtliyini tapacaq!
Allah Təalanın əmri ilə mələk körpəni yerə qaytardı,
özü də onunla bir yerdə – onu böyütmək üçün.
İllər boyu insanlardan uzaqda, ucqar bir yerdə, kiçik
bir daxmada qızcığaz böyüdü. Ceyranlar ona süd verdi, şirlər
təhlükədən qorudu, qartallar zirvələrdə uçmağı, çiçəklər
xəyala dalmağı öyrətdi.
Mələk insanı ucaldan, kamilləşdirən, gözəlləşdirən
elmlər barədə kitablar tapıb gətirir, qız da onları bir-bir oxu-
yur, öyrənirdi. O, artıq gənclik çağına qədəm qoymuşdu.
Nəhayət, Ulu Tanrının əmri ilə onun insanların yanına
qayıdacağı gün yetişdi.
– Sən sınaq dünyasına qədəm qoyursan. Öyrəndiklərin,
hiss etdiklərin sənin yardımçın olacaq. Unutma ki, çətin
anlarında da ürəyinə qulaq assan, düzgün yolu, cavabı
eşidərsən. Ancaq sənə bircə tövsiyəm var… İnsanlarla
ehtiyatlı ol, onlar bəzən çox insafsız olurlar.
Qız başını qaldırıb təəccüblə, sual dolu baxışlarla ona
nəsihət edən mələyə baxdı. Bu baxışlar məsum körpə ba-
xışları idi: dumduru, tərtəmiz, sonsuz, saf körpə baxışları.
Mələk məhəbbətlə, nəvazişlə bu insan övladına baxır və heç
cür anlaya bilmirdi ki, Böyük Allah niyə onu insanların
yanına, günah dolu dünyaya qaytarır. Axı o, insandan çox,
mələk idi.
Tənha, naməlum bir qızın şəhərə gəlişi və onun şəhərin
kənarındakı kiçik daxmada yerləşməsi hamıya həm maraqlı,
həm də şübhəli göründü. Hamı ancaq ondan danışır, onun
hərəkətlərini addım-addım izləyirdi. Gecələr, bütün şəhər
yatandan sonra mələk qızın yanına enirdi. İnsanlar tərəfindən
- 237 -
açıq qucaqla qarşılanacığını gözləyən qızın halı çox pərişan
idi.
– Onlar niyə məndən şübhələnirlər?
– Şübhə insanın qanındadır.
– Axı mən onlara pislik etmək istəmirəm. Görmür-
lərmi?
– Yox. Görmürlər. Onlar ancaq öz istədiklərini görür-
lər. Sən səbrli ol. Hər şey yoluna düşər.
Mələk qızın çox həyəcan keçirdiyini görüb, ona özünü
səyahət edən alim kimi təqdim etməyi məsləhət gördü. Qız
elə də elədi. Xeyri oldu. Əvvəl onu şəhər meydanında bilik
sınağına çəkdilər. Alimlər ondan çox razı qaldılar. Bundan
sonra ona münasibət büsbütün dəyişdi, hətta yanına şagirdlər
də qoydular. Onun gözəlliyi, sadəliyi hamını valeh eləmişdi.
Qızın uçmağa bircə qanadı çatmırdı.
– İnsanlar nə yaxşıdır. Doğurdan da, Allahın sevgisinə
layiqdirlər.
Mələyin istehza ilə gülməyi onu özündən çıxartdı:
– Niyə gülürsən? Düz demirəm?
– Mən insanları Allah onları sevir deyə sevirəm.
– Yaxşı deyillərsə, niyə dünyanın əşrəfi sayılırlar?
Cavab xeyli uzandı.
– Sən insanları yaxşı tanımırsan. Bir müddət sonra nə
dediyimi anlayacaqsan.
Şəhərdə qızın dost-tanışı çoxaldıqca onun mələklə mü-
bahisələri də artırdı.
– Sənin ki, insanlardan zəhlən gedir, mənim qayğıma
niyə qalırsan? Məgər mən insan deyiləm?
– Əmr Allah əmridir!
– Deməli, məni sevmirsən?
-238 -
– Sən başqasan. Şeytan əməllərindən uzaq, Rəbbimin
istədiyi kimisən.
Qız heç nə anlamasa da, susdu.
Zaman ötür, o, insanlarla daha çox yaxınlaşırdı. Mələk
bu yaxınlıqdan çox narahat olurdu. Şeytan hər yerdə ona
xətər toxuya bilərdi. O, çalışırdı qızı tək qoymasın. Onu hər
şeydən qoruyurdu. Təcrid olunmuş qız yavaş-yavaş
müşahidəçiyə çevrilirdi. O, kənardan insanları olduğu kimi
görür, tanıyırdı. Tanıdıqca, onda qəribə bir hal yaranırdı. Bu
hal mələyi qane edirdi, çünki qız get-gedə insanlardan
aralanmağa başlamışdı, hətta ürəyində onlara qarşı nifrət də
cücərmişdi. Bir dəfə ondan insanlar haqqında təzə nə
öyrəndiyini soruşanda o, başını aşağı salladı:
– İnsan yalan danışmağı çox xoşlayır. Bəzən də buna
müqəddəs yalan deyir, – yavaşıyan səsi pıçıltıya keçdi.
Mələk acı-acı güldü:
– Daşdan, taxtadan keçib, indi də yalanı müqəddəs-
ləşdiriblər.
– Bilirsənmi, onlar dünya nemətlərinə çox bağlıdırlar,
ona görə də çox şeyə, – səsini bir az da alçaltdı, – çox şeyə
məcbur olurlar.
Hiss olunurdu ki, o, insanlara haqq qazandırmağa
çalışır, ancaq bacarmır.
– Sən yüzdən birini heç görmürsən, mən isə bunu insan
yaranandan bəri görə-görə gəlmişəm.
Qız imdad dolu baxışlarla mələyə baxdı. Bu baxışlar-
dan indi peşmanlıq, təəssüf oxunurdu.
– Onlar deyir, həyat mübarizədir.
Mələyin qıza yazığı gəlsə də, susmadı:
– Kiminlə? Öz-özləri ilə? Nə uğrunda?
- 239 -
Qız susdu. Bu susqunluq uzun sürdü, get-gedə dərin-
ləşdi. Daha mələklə söhbətləri də kəsdi. O, şəhərə çıxmır,
şagirdlərindən imtina etmişdi və özünü tamam tənhalığa
qapamışdı.
Mələk qızın günü-gündən səssizcə solub-saraldığını
görür, ancaq heç bir kömək edə bilmirdi. Qız onunla kəlmə
belə kəsmirdi, elə bütün günü gözlərini boşluğa dikib dü-
şünürdü. Nəhayət, bir gecə o, yerindən sıçrayıb mələyin
önündə diz çökdü:
– Mənə kömək elə, mələk! Mən insan olmaq
istəmirəm!
Mələk dəhşətlə geri çəkildi:
– Sən dəlisən? Nə danışırsan?
Qız altdan-yuxarı yalvarış dolu baxışlarla ona baxıb
zülüm-zülüm ağladı:
– Mən insan ola bilmirəm, heç istəmirəm də.
O, əllərini göyə açıb yalvardı:
– İlahi, məni quru daşa döndər, qanadı qırıq quş elə,
tapdanmış ota çevir. İlahi, məni insanlıqdan azad elə, – qız əl
atıb saçlarını yolub üzünə dağıtdı, – Tanrım, məni bu sifətdə
saxlama. Mənim günahım nə idi ki, mənə belə bir cəza
verirsən?
Mələk irəli yeriyib qızın çiyinlərindən tutdu, lakin qız
silkinib onun əlindən çıxdı və ayağa qalxdı. İndi onun göz-
lərində ikrah, dəhşət dolu bir üsyan var idi. O, dala-dala
çəkilib birdən sürətlə qaçıb içəridən çıxdı. Mələyin də
ardınca gəldiyini görüb özünü qoruyurmuş kimi əlini irəli
uzatdı:
– Gəlmə, sən gəlmə! Mən özüm! Özüm baş açmalıyam
özümdən! Öz kimliyimi özüm tanımalıyam!
-240 -
Mələk nə isə demək istəsə də ilahi bir iradə ilə susdu.
Qız qaçıb gecənin qaranlığında əriyib yox oldu. Birdən
mələk arxasında xısın-xısın gülüş eşitdi və cəld çevrildi.
Qarşısında onu – şeytanı gördü. Şeytan bic-bic göz vurdu:
– Kömək lazımdır?
Mələk nifrətlə üzünü çevirdi:
– Rədd ol. Sənin köməyin heç kimə lazım deyil.
– Belə sərt danışma. Mən neynəmişəm ki? Öz aramız-
dı, sən onu elə bir hala qoymusan ki, bunu heç mən də
bacarmazdım.
Mələk peşman-peşman susdu. Şeytan onun arxasına
keçib qulağına pıçıldadı:
– İnsan onsuz da naşükürdü, üzüdönükdü, – sonra
bərkdən qəhqəhə çəkdi, – əsl mənim malımdı.
– İtil cəhənnəmə. Dəymə ona.
Şeytan artıq yox olmuşdu, ancaq qəhqəhələri hələ də
mələyin qulaqlarında şaqqıldayırdı.
Uzun müddət ölkə-ölkə gəzən qız artıq bir neçə ay idi
ki, dağlardakı mağaraya çəkilib həmin ölkələrdən gətirdiyi
kitabları oxuyur, öyrənir, yazır, gecələr isə durmadan Allaha
dua edir, Ondan yardım diləyirdi. Mələk bir an belə onu tək
qoymurdu, ancaq yaxınlaşmağa cürət də eləmirdi, elə
qıraqdan-qırağa onun ətrafında dolaşırdı.
Gecənin səssizliyini qızın dua oxuyan pıçıltısı pozurdu.
Sanki ətrafda hər şey susub onu dinləyirdi. Birdən qız dua
oxumağını kəsib gözləri ilə kimi isə axtardı.
– Mələk? Burdasan?
Mələk oturduğu küncdən qalxdı:
– Burdayam.
- 241 -
O, ilk dəfə idi ki, qızın gözlərində dərya qədər sevinc
görürdü, həyəcandan səsi titrəyirdi:
– Mən anladım.
– Nəyi?
– Haqqın həqiqətini. Haqq mənim içimi bürüyüb.
Mənim ruhum azad oldu. Rəbbimə yolum açıldı. O nurlu
yolu görürəm.
Mələk təəccüblə ona baxır, heç nə anlamırdı. Ancaq
çox istəyirdi ki, qızın sevincini başa düşüb onu bölüşə bilsin.
O gündən qız şəhər-şəhər gəzir, meydanlarda nitqlər
söyləyirdi. Onun hörməti günbəgün artırdı, təəssübkeşləri
çoxalırdı.
Yorğun, uzun gündən sonra yatmış qızın başının üstün-
də dayanmış mələk birdən onun ayaq tərəfində onu – lə-
nətullahı gördü:
– Nə lazımdır sənə? – mələyin gözü nifrətlə parıldadı.
– Qorxma, buna dəymərəm. Doğrusu, dəyə bilmədim.
– Şeytan qımışdı: – Ancaq buna əntiqə bir hədiyyəm var.
Mələk qəzəblə onun üstünə cumdu:
– Lənətə gələsiniz sən də, sənin hədiyyən də.
Havada ancaq qəhqəhələr qalmışdı.
Sübh tezdən oyanmış qız səs-küyə mağaradan çıxdı və
…gözlərinə inanmadı. Dağın ətəyi izdihamla dolu idi. Onu
görəndə hamı bir adam kimi diz çökdü. Əvvəl bir şey
anlamayan qız sonra işin nə yerdə olduğunu anladı – onu
müqəddəs qəbul edib, ona səcdə etməyə gəlmişdilər. Onu
xüsusi imarətə köçürtmək, qulluğuna kənizlər vermək istə-
yirdilər. Bütün şəhər, bəlkə də bütün ölkə onun ayaqları al-
tında idi. Qız onları başa salıb, özünün ancaq azad bir alim
olduğunu sübut eləməyə çalışsa da, heç kim onu dinləmirdi.
-242 -
Onlar onun ayaqları dəyən yeri öpür, göz yaşları axıdır,
qədəmlərinə qızıl-gümüş tökürdülər. Qız mağaraya çəkilib
gözləməyi qərara aldı. O, ümid edirdi ki, camaat bezib çıxıb
gedər. Lakin onlar günü-gündən artırdı, dağın ətəyində
qurbanlar kəsirdilər. Qızın hansı isə sehrli bir qüvvəyə malik
olması barədə söz-söhbətlər çoxalır, hər yerə yayılırdı. Gecə-
gündüz Allah Təalaya dua edən qız çıxış yolu aradı, axtardı.
Sübh şəfəqləri doğanda qız mağaradan çıxdı və sıldı-
rım bir qayanın üstünə qalxdı. O, dağın ətəyində mütiliklə
diz çökmüş insanlara deyil, uzaqlara, qızaran üfüqə baxırdı.
– Mən sizə Haqdan danışacam, – deyə qız bərkdən sö-
zə başladı. Hər kəs susub onu dinləməyə başladı: – Bu hə-
qiqət mənə ən gözəl neməti tanıtdı – eşqi. Həqiqi ülvi eşq,
əzabı ilə könüllərə cənnət bəxş edən eşq! İnsanı ucaldan,
saflaşdıran eşq! Yalnız Haqq yolunda olub, öz insanlığını
duyub onu ucaltmağa çalışanlara nəsib olan eşq! Mən
deməsəm də, hamınız bilirsiniz ki, belə eşq sahibi olanlar
var. Az olsalar da, mövcuddurlar. Öz ucalıqları, ülvilikləri ilə
qarşısındakının içində yuxuya getmiş insanı oyadan kəslər
mövcuddurlar. Mən inanıram, sizi də inandırıram ki, bu eşq
girdiyi könülləri gülüstan eləyir. Siz ancaq könlünüzü o eşq
üçün, o ülvi, haqq olan hiss üçün açıq saxlayın. Mən bu eşqi
tanıdım və xoşbəxtəm, çünki o, mənim Rəbbimə olan
yolumu
açdı,
onu
nurlandırdı.
Mən
Rəbbimin
hüzurundayam.
Artıq gözü heç nəyi seçməyən qız get-gedə daha böyük
şövqlə, ilhamla danışırdı. Camaat çaşqınlıq içində pıçıldaşır,
key-key baxışırdı.
– Mən özümü sevdim Rəbbimi gördüm! Rəbbimi
sevdim özümü gördüm…
- 243 -
– Bu, küfrdür, – camaat qəzəblə kükrədi: – O, şeytana
uyub, daşqalaq edin. O, dəlidi.
Hərə əlinə bir daş aldı. Qız susub yenə uzaqlara baxır-
dı, sanki artan səs-küyü eşitmirdi, atılan daşları görmürdü.
Birdən qarşısında mələyi gördü:
– Sözüm aciz oldu, mələk. Mən gedirəm.
Mələk təşvişlə onun ətrafında hərləndi:
– Hara? Düş burdan. Bura təhlükəlidi. Bu cahillərə baş
qoşma. Bunlar hamısı o lənətullahın işidi. Gedək başqa
ellərə.
Qız başını buladı:
– Onlar heç nə anlamaq istəmədilər. Mən zərrə-zərrə
parçalanıb insanların içinə dolmaq istəyirəm. Qoy, o nur par-
çaları onların qaranlıq könüllərini işıqlandırsın, kor gözlərini
açsın. Qoy, içimdəki eşq onların soyuq ürəklərini isindirsin,
onları insanlığa qaytarsın.
Mələk həyəcanla onun əllərindən yapışdı:
– Eləmə, burda durma. Səni öldürəcəklər. Axı sən
gəncsən, hələ sevməlisən, sevilməlisən. Axı sən başqa yol da
seçə bilərsən. Bu, özünəqəsddir, günahdır. Sən bununla heç
nə sübut edə bilməyəcəksən.
Qız qollarını geniş açdı, sanki uçmaq istəyirdi.
– Mənim içimdə elə bir məhəbbət var ki, onu heç bir
insan qəbul edə bilməz. Qorxudar onu belə güclü hiss,
yandırıb kül eləyər onu.
O, qarşısında vurnuxan mələyə baxıb gülümsədi. Onun
gözlərində ilahi bir eşq odu yanırdı. Bu oddan onun vücudu
da nurlanıb işıq saçırdı.
– Mənim ruhum azadlıq istəyir. Bu dar bədən onu
sıxır, incidir. O, Haqqa qovuşub, nura bələnib, bədənim isə
-244 -
onun ayaqlarını cilovlayıb buraxmır. Ruhum azad olsa, daha
çox şey bacarar.
Mələk də gülümsədi:
– Bilirsənmi, mən yaranandan gizli-gizli insanların pa-
xıllığını çəkmişəm. Onlar şeytana uyanda onlara nifrət elə-
mişəm. Mən heç cür anlaya bilmirdim ki, niyə Rəbbim sizi
bizdən çox istəyir. Niyə Öz zərrəsini bizə verməyib, sizə,
məhz siz insanlara verib. İndi anlayıram. Bu illər ərzində
mən sənin yox, sən mənim bələdçim oldun. Mənə Haqqın
həqiqətini sən göstərdin.
Qəfil bir daş zərblə qızın dizlərinə dəyib onun müvazi-
nətini pozdu. Ağ göyərçin sayağı qız qayadan qopdu. Torpaq
öz övladına qucağını açdı. Al qan çılpaq qayaları xınaladı,
onları nura boyadı.
Mələk əllərini irəli uzadıb işıq saçan ruhu qucaqladı.
İndi o, onu yenidən Ulu Tanrının hüzuruna aparmalı idi.
- 245 -
-246 -
Dostları ilə paylaş: |