- 153 -
istəmədiyini edəndə daha böyük ürəklə girişirik – ürəksizliyi
gizlətmək üçün. Ürəyin istəyini isə çəkinə-çəkinə, gizlincə
edirik – ürəyin böyük həvəsini ört-basdır etmək üçün. Elə isə
bu ürək kimə, nə üçün xidmət edir?
Yol
Xatirəsi mənim üçün daim
əziz olan, həyatın xaosundan
mənə ilk yol göstərən müəllimim
– Seyfullah SEVĠMƏ.
Həyat bir yoldur. Doğulandan
düzəlirsən bu yola və
Aşıq Veysəl demiş, gecə-gündüz gedirsən. Başlanğıc bəlli,
son bəlli. Amma bu iki bəlli nöqtənin arası fərqli, müəmmalı,
enişli-yoxuşlu olur.
Ustadlarımdan birindən kiçik bir hekayə dinləmişdim
və yol haqqında bu həqiqət açılmışdı mənə.
Hər kəs dağın zirvəsinə qalxmağa çalışır. Bu yolda
başlıca şərt bələdçidir. Bələdçisiz qalxanda çox çətin, hətta
qorxulu olur. Adam
aza bilər, qayadan uça bilər, vəhşi hey-
vanlara tuş gələ bilər. Bəlkə də sən özbaşına, hansı isə
üsullar tapıb məqsədə çata
bilərsən, lakin bu, o qədər əzablı
və çətin olur ki, yolun sonuna çatanda sənin nə öz
məqsədindən faydalanmağa gücün çatır, nə də bir başqasına
özündən sonra bələdçilik etməyə həvəsin. Halbuki bu yolu
sona vurmağın əsas ləzzəti də məhz bu ikisidir.
O boyda dağa qalxmaq üçün kifayət qədər savadlanan,
özündə əzm, iradə toplayan bir insanın dinməz-söyləməz bir
-154 -
başqasına tabe olması, onun dediyi ilə oturub-durması,
tənbehlərinə dözməsi çox ağırdır.
Bu səbəbdən yolu sona
vurmaq üçün digər şərt sənin fərasətin, təvazökarlığın,
iradən, söz dinləmək, gördüklərindən, yaşadıqlarından ibrət
götürə bilmək bacarığındır. Yolun sağ-salamat keçilməsi və
sona varılması üçün bunlar çox əhəmiyyətlidir.
Bələdçinin vicdanlı, dinli-imanlı, təcrübəli olması da
bu yolun keçilməsində əsas şərtdir. Bələdçilər çoxdur. Niy-
yətlər müxtəlifdir. Sənə lazım olan niyyəti sənin (!) niy-
yətinlə üst-üstə düşən, zamanında
sənin gücünü düzgün
dəyərləndirib sənin keçə biləcəyin yolu seçə bilən bir
bələdçidir.
Ən qorxulu hal bələdçinin səni mənzil başına çatdıran-
dan sonra səni buraxmamasıdır! Hər bələdçi yalnız öz sahə-
sini tanıyır. Əlbəttə, bütün yolu tanıyan bələdçi də tapmaq
mümkündür. Lakin bu, Allahın elə bir nadir lütfüdür ki, hər
adama qismət olmur. Öz sahəsinin sonuna gələndən sonra
bələdçi özü kimi səni də inandırmağa çalışır ki, bu, bütöv
yolun sonudur. Burdan
o tərəfə keçsən qayadan uçacan,
məhv olacan və s. İndiyə qədər inandığın bir bələdçiyə
inanmamaq çox çətindir, hətta mümkün deyil.
Hər üç şərti tamamlayan isə səni bütün yol boyu iz-
ləyən içindəki Bələdçindir – Allah. Ona olan imanın və
inamın sənin yanında olan müddətdə sən həm düzgün bə-
lədçi seçə bilərsən, həm missiyan naminə Ustadın hörməti
qarşısında qürurunu sındıra bilərsən, həm yolun hər əziy-
yətinə dözərsən, onu başa vura bilərsən, həm də gücün qalar
ki, başqalarına bələdçilik edəsən.
Bunları mənə öyrədən Ustadım vaxtı çatanda məni ra-
hatca, sevə-sevə buraxdı, yolumun qalanında uğur dilədi.
- 155 -
Başqalarını da bu yerə gətirmək üçün özü geri qayıtdı. İndən
sonra onunla qala bilməyəcəyimi bilirdi, çətin də olsa
bununla barışdı. Çünki Ustad idi. Öz işini gözəl bilən, qəlbi
Allahın nuru və lütfü ilə güzgü qədər cilalandığına görə
İnsanı, onun istedadını, həyatdakı missiyasını aydınca əks
etdirən və anladan Ustad.
Dostları ilə paylaş: