I hissə
GƏNCLĠYĠN
FƏLSƏFƏSI
-6 -
Ön söz
Qurani Kərimdə deyildiyinə görə, Allah yalnız özünün
bildiyi bütün adları insana da öyrətdi (Quran 2/31) və bu-
nunla onu bütün yaratdıqları arasında ən qüdrətli etdi. İnsan
elmlər öyrənir, kəşflər edir, göyün ənginliklərinə uçur,
suların dərinliklərinə enir və ruhuna öyrədilən həmin adları
(elmləri, həqiqətləri, bilikləri) «yadına salır». Bununla
yanaşı, insan Allahdan öyrəndiyi həmin adlardan daha bir
yerdə də istifadə edir: övladına ad qoyanda. Peyğəmbər öz
hədislərindən birində müsəlmanlara belə bir məsləhət verir:
«Övladlarınıza gözəl adlar qoyun». Hələ Kitabi Dədə Qor-
qudda da xüsusilə vurğulandığı kimi, qədimdə adqoydu mə-
rasimini məhz ağsaqqallar, dünyagörmüş şəxslər keçirirmiş.
Hər kəs öz ruhuna, öz təbiətinə uyğun ad daşıyır, adı və özü
bir-birini tamamlayır. Bunu dərk edən valideyn ad qoymaqla
bir növ öz övladının taleyini yazmış olur və bu səbəbdən o,
doğulan körpəsi qarşısında öz məsuliyyətini dərk etməlidir.
Yaxud bəlkə də hər ad artıq yazılmış bir taleyin valideynə
mistik bir təlqininin nəticəsidir? Bilən Allahdır.
Maraqlıdır ki, bu gün heç bir dərin məna daşımayan,
sadəcə səslənməsi gözəl olan adlar çoxalır və müvafiq ola-
raq… cəmiyyətdə də bir mənasızlaşma, səthiləşmə prosesi
gedir.
- 7 -
Gənclik fəlsəfəsini adlarla bağlı düşüncələrlə başlama-
ğım təsadüf deyil. Bu fəlsəfənin qapıları ilk olaraq mənim
üçün Ülviyə səbəb açıldı. Mən ülvi sözünün mənasını əv-
vəllər bilirdim – ucalıq, saflıq. Lakin bu adın tarixçəsini öy-
rənəndən sonra yuxarıda dediklərimin həqiqət olduğuna bir
daha əmin oldum: hər insan öz adının canlı maddi tə-
zahürüdür.
Ülvi Bünyadzadənin adı oxuculara müəyyən qədər ta-
nışdır. Adı deyəndə mən onun şeirlərini, tərcümeyi halını nə-
zərdə tuturam. Yəni adının zahiri tərəfini.
«Ülvi» adının tarixçəsini və dolayısı ilə mahiyyətini
Ülvinin atası nəql edir:
«Məndən həmişə soruşanda ki, bu adın mənası nədir?
Niyə məhz Ülvi? Mən həmişə susurdum. Bilirdim ki, desəm
də inanmazlar. Bir də, mənim üçün məhrəm, əziz olan bir
şeyin başqası tərəfindən adi bir hadisə kimi qəbul edilməsini
istəmirdim. Buna görə də, sualların üzərindən sadəcə gülüm-
səməklə keçərdim. Əsl tarixçə isə budur.
Bu ad Ülvi doğulmamışdan çox illər əvvəl «doğulub».
Altmışıncı illərin əvvəllərində. Mən Azərbaycan Neft və
Kimya institutunun tələbəsi idim.
Həmin dövrü milli təfəkkürün oyanışı ilə səciyyələn-
dirmək olar. «Bütöv Azərbaycan» ideologiyası hər kəsin dü-
şüncəsini çulğalamışdı. Uzun illərdən sonra ilk dəfə milli
bayram olan Novruzun təntənə ilə qeyd edilməsi, hətta uzaq
Amerikada Con Kennedinin qətli də xalq arasında bir
həyəcan, dirçəliş yaratmışdı. O illər (1962-1964-cü illər)
-8 -
qışın sərt keçməsi, dəhşətli aclıq, çörəyin qıtlığı, gecədən
tutulan növbələr belə insanları ruhdan salmır, onların milli
mənliyinin get-gedə daha artıq oyanmasına mane ola
bilmirdi.
Bu həyəcan gəncləri, xüsusilə tələbələri öz ağuşuna al-
mışdı. Onlar ayrı-ayrı ziyalıların ətrafında birləşir, milli
mövzuda söhbətlər aparılır, müzakirələr keçirilirdi. Məsələn,
Xəlil Rza Azərbaycan dilinin təmizliyini qorumaq üçün öz
ətrafındakılara rus kəlməsi işlətməyi qadağan etmişdi və bu
qaydanı pozan 5 qəpik cərimə verməli idi.
Əlbəttə, cəmiyyət arasında milli ruhun, təfəkkürün get-
gedə aparıcı qüvvəyə çevrilməsi, ən əsası isə, bu oyanışın,
özünəqayıdış prosesinin nəinki baş qaldırması, hətta sürətlə
inkişaf etməsi kimlərin isə xoşuna gəlmirdi və ona hər
vasitələrlə mane olurdular. Təzyiqlər göstərilir, hansı isə
«bədbəxt hadisələr» baş verirdi. Təbii ki, tələbələr də bu
«diqqətdən» kənarda qalmırdılar. Onlar yataqxanalardan,
hətta institutlardan çıxarılır, təqaüdləri kəsilirdi. Məsələn, iki
saat dərs buraxan tələbə bir aylıq təqaüddən mərhum edilirdi.
İki aylıq mərhumiyyət isə artıq institutdan qovulmaq idi.
Mən də bu cərəyana qoşulmuşdum. Bütün günü şüar-
lar, çağırışlar, şeirlər yazırdım. Hətta olmuşdu ki, düz bir
həftə dərsdən də qalmışdım. Fakültəmizin dekanı, geologiya
elmlər namizədi Faiq Bağırzadə yataqxanaya gəlib mənim
dərsdən qalmağımın səbəbi ilə maraqlandı və məni dərsə
qayıtmaq üçün xeyli dilə tutdu, ilk növbədə təhsilin
tamamlanmasının daha vacib olduğunu izah elədi. Sonra
bütün qanunları pozaraq mənim bir həftəlik qaibimi gizlətdi
və mən dərsə qayıtdım.
- 9 -
Həmin vaxtlar hərənin bir təxəllüsü var idi. Onda mən
ÜLVİ sözünü tapdım. Lakin söz mənə elə bir sehrli təsir ba-
ğışladı ki, mən onu bir təxəllüs kimi yox, xeyirxah, gözəl iş-
lərimin kodu olaraq təyinləşdirdim. Sözün mənasını dəqiq
bilmirdim. Heç o adda adama da rast gəlməmişdim. Düzdür,
Ülvi Rəcəb adlı bir aktyorun olduğunu eşitmişdim, lakin
onun mənim ideyamla heç bir əlaqəsi yox idi. Ola bilsin, nə
vaxtsa oxuduğum bir şeirdən mənim yaddaşıma həkk
olunmuşdu. Mənasını sonralar öyrəndim. Yalnız onu
bilirdim ki, o, mənim qəlbimin dərinliyində məskunlaşan,
mənim ən saf, yüksək amallarımı, əməllərimi toplayan bir
guşə, kod olacaq.
Təbii ki, mənim pis işlərimin də adı var idi, ancaq Ülvi
adı elə güclü, elə cazibəli oldu ki, onu unutdurdu.
Bu sözü heç bir yerdə işlətmirdim, sanki bir sehrli san-
dıq idi, ora hər kəsdən gizli, ən yaxşı şeylərimi yığırdım.
Onun varlığından kiminsə xəbər tutmasını istəmirdim. Bir
dəfə institutda şahmat yarışı keçirilirdi. Orada bir tələbə ilə
tanış oldum. Adı Ülvi idi. Sonralar öyrəndim ki, o, tanınmış
bir akademikin oğludur. Çox gözəl, mehriban, tərbiyəli bir
oğlan idi. Elə bil mənim düşüncəmdəki Ülvi qarşımda
canlanmışdı. Qısqandım. Mənə elə gəldi ki, o, mənim
ideyamın bir hissəsini mənimsəyib. Tez ondan aralandım,
sanki ideyamın, sirrimin tam oğurlanmasından qorxdum və
çalışdım bir də onunla rastlaşmayım.
Qeyd etdiyim kimi, milli dirçəliş hərəkatı maneəsiz
ötüşmürdü. Belə tədbirlərdə iştirak edən tələbələrə qarşı cid-
di tədbirlər görülürdü, hər yerdə xəbərçilər var idi. Belə bir
«agentin» xidməti sayəsində mən də yataqxanadan qo-
vuldum, ancaq buna baxmayaraq, işlərimi yenə davam et-
-10 -
dirirdim. Hərəkat artıq öləziməkdə idi. Həmin vaxtlar mən
institutumuzun «Neft Kadrları uğrunda» qəzetinin (redaktoru
gözəl ziyalı İnqilab Babayev) redaksiyasında yaranan dərnə-
yin üzvü idim. Dərnəyin məqsədi görkəmli yazıçı və şairlərlə
görüşlər keçirtmək idi. Bu istiqamətdə xeyli işlər görürdük:
Səməd Vurğunun, Şəhriyarın yubileylərini, Bəxtiyar
Vahabzadə, Hüseyn Arif, Nəriman Həsənzadə ilə ədəbi gö-
rüşlər, yaradıcılıq gecələri keçirdirdik. Rəsul Rzanın
yaradıcılıq gecəsində hətta institutun rektoru İsmayıl
İbrahimov da iştirak etdi və həmin görüşdən sonra biz
təşkilatçılar bir aylıq təqaüd həcmində mükafat belə aldıq.
Belə görüşlərdən ən maraqlısı Səməd Vurğunun yubileyinin
keçirilməsi oldu. O vaxt şairin qohumları ilə əlaqə saxlayıb
onları dəvət etmək mənə həvalə olunmuşdu. Cəmi 20 yaşım
var idi. Mən Yazıçılar İttifaqının məsləhətçisi Osman
Sarıvəllinin zəngindən sonra Mehdixan Vəkilovun evinə
getdim. Onun Səməd Vurğuna – mənim ən sevimli şairimə
bənzəməsi məni elə həyəcanlandırmışdı ki, nə mənə süzülən
çayı içə bildim, nə də mənim üçün qoyulmuş şaftalı
mürəbbəsini yeyə bildim.
Belə görüşlərimiz biz gəncləri həmin dövrün ən tanın-
mış simaları ilə tanış edirdi, onlarla yaxından ünsiyyətdə ol-
mağa imkan yaradırdı. Əliağa Kürçaylı, İslam Səfərli,
Osman Sarıvəlli, Vilayət Rüstəmzadə, Hikmət Ziya,
Məmməd Araz, Zeynəb Xanlarova, Rübabə Muradova,
Əbülfət Əliyev və daha kimlər. Bütün bu yaxşı əməllərimi
mən Ülvi kodunun altına yığırdım. Bəlkə də Ülvi kodunun
xatirinə belə düşündürücü, yaradıcı əməllərə qaçırdım, milli
təfəkkürümün cilalanmasına, dilimin, düşüncəmin saflığının
qorunmasına xüsusi diqqət yetirirdim.
- 11 -
İnstitutu bitirəndən sonra təyinatla Rusiyanın Sverd-
lovsk vilayətində işləməyə getdim. Amma 1968-ci ildə ailə
qurmaqla doğma el-obamla daha sıx bağlandım. 1969-cu ildə
Ülvi dünyaya gəlməzdən 3 ay qabaq Sverdlovskdan mənzil
almaq üçün bir arayış lazım oldu. Qayıtdım kəndimizə –
Göyçənin Kəsəmən kəndinə. Kənd Sovetindən arayış alanda
oraya belə bir məlumat da yazdırdım: oğlu – Ülvi Yusif oğlu
Bünyadzadə. Arayışı görən qohum-əqrəba buna çox
təəccübləndilər.
…Və Ülvi doğuldu. Sözümün hər mənasında.
Mən hiss etdiklərimi, düşündüklərimi, illər boyu bəslə-
yib saxladıqlarımı yenicə doğulan körpəyə tez çatdırmaq is-
təyirdim:
Dostları ilə paylaş: |