K. Bünyadzadə


Qorxu, üsyan və cəngavərlik



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə9/79
tarix19.07.2022
ölçüsü1,76 Mb.
#62818
1   ...   5   6   7   8   9   10   11   12   ...   79
Gəncliyin fəlsəfəsi

Qorxu, üsyan və cəngavərlik 
 
Qorxu mürəkkəb bir hissdir. Qorxunun mürəkkəbliyin-
dəndir ki, rəzil olduğu kimi, müqəddəs də ola bilir, irəli apar-
dığı kimi, qaçıb gizlənməyə də sövq edir, ürəyinin ən ülvi 
duyğularını dilə gətirdiyi kimi, içindəki ən qara hisslərini də 
üzə çıxardır. Mürəkkəblik həm onu yaradan səbəbdən, həm 
də özünün səbəb olduğu nəticədən gəlir. Səbəb nə qədər 
ucadırsa, nəticəsi də bir o qədər insanı ucaldır. Düşmən 
qarşısından qaçan bir fərari ilə, düşmən üstünə yeriyən 
qəhrəmanın qorxusu arasında yerlə göy qədər fərq var. Biri 
öz varlığının məhvindən qorxur, biri Vətəninin məhvindən. 
«Yerlə göy» nisbəti təsadüfi deyil. Yerlə bağlı olan 
qorxunun hüdudları elə maddi dünya ilə bitir: var-dövlət
övlad-uşaq, vəzifə-pul, şan-şöhrət, bu maddi dünyadan əldə 
etdiyi daha nələri isə itirmək qorxusu. Göylərdən enən 
hisslərin isə bir ucu insanın ruhuna, digər ucu qüdsiyyət 
aləminə bağlıdır. Bu hissi itirmək qorxusu daha böyükdür. 
Bu, göylərlə əlaqənin itməsi, ruhunun ləkələnməsi qor-
xusudur və bu qorxu insanı günü-gündən daha çox ucaldır, 
daha çox paklaşdırır.
Qorxu gənc müdriklərin ən çox və ən birinci müraciət 
etdikləri mövzudur. Bu qorxunun o qədər dərin, o qədər 
mürəkkəb, …o qədər həzin, kədərlidir ki! 


- 33 -
Cəmiyyət bu gənci qəbul etmir, nəinki qəbul etmir, 
hətta onu məhv etməyə çalışır. Onu başa düşən, nə demək is-
tədiyini anlayan yoxdur. Bu tənhalıq hissinin verdiyi ilk hiss 
qorxudur. Kyerkeqorun fikrinə görə, «fərd qorxu içində 
günahkar olduğunun qarşısında deyil, onu günahkar 
sayanların qarşısında günahkar olur».
1
Bəli, hər kəsə bən-
zəmədiyi üçün bir günahkarlıq duyğusu, bu günahdan doğan 
tənhalıq və bu tənhalığın verdiyi qorxu.
Lord rütbəsinə sahib ola-ola mülkiyyətçiləri bəyənmə-
diyinə görə kəskin tənqid edilən Bayron öz qəhrəmanı Çayld 
Qarold vasitəsilə əslində özünü təsvir edir: 
 
O, qüssəni çağırır, sevincdən doymuşdu 
Cəhənnəmə qaçmağa hazırdı.
2
 
İki şeirindən birində tənhalığı tərənnüm edən, özünü 
gah tənha yelkənə, gah tənha quşa, gah tənha yolçuya 
bənzədən Lermontov yazır: 
Əvvəl mən həyatın fərəhdən uzaq
Tək-tənhalığını sevərdim müdam. 
Qüssəmi içimdə daldalayaraq, 
Qorxardım gizləyə bilməyib, ancaq 
Hamıda tərəhhüm hissi oyadam.
3

Bu tənhalıq hissindən yaranan qorxudur ki, Ülvi özünü 
daş altındakı yalqız bir çiçəyə bənzədir:
1
Кйеркегор С. Ады чяк. ясяр, с. 172. 
2
Байрон Ж.Г. Ады чяк. ясяр, с. 10. 
3
Лермонтов М.Й. Ады чяк. ясяр, 2006, с. 8. 


-34 -
Çoxu səni alaq bilir, 
Alaqlar da sənə gülür. 
Kökün durur, canın ölür, 
Daş altında bitən çiçək.
1
 
Gəncin hiss etdiyi tənhalıq həm də özünü digərlərindən 
fərqli görməsindən gəlir. O, hər kəsin səviyyəsinə enə bildiyi 
halda, onun səviyyəsinə, onun olduğu mərtəbəyə, məqama 
bir kimsə qalxa bilmir. O, öz yaratdığı dünyada tək qalır və 
bu təklik onda qorxu yaradır. Bütün dərk etdiklərinə, altına 
girdiyi yükün ağırlığına baxmayaraq o, gəncdir axı! Təcrü-
bəsizdir!
Lermontov yazır: 
Öz əqlimdə mən yad dünya yaratdım, 
Yad varlıqlar surəti, 
Mən zəncirtək onları bir-birinə bağladım 
Onlara görkəm verdim, amma ad vermədim. 
Qəfil qış boranı qorxunc uladı, -
Yalançı varlıq uçulub-dağıldı.

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin