K. Bünyadzadə


Ġstedad, missiya və cəmiyyət



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə5/79
tarix19.07.2022
ölçüsü1,76 Mb.
#62818
1   2   3   4   5   6   7   8   9   ...   79
Gəncliyin fəlsəfəsi

Ġstedad, missiya və cəmiyyət 
 
Allahdan üflənən ruhla qara torpağın vəhdətini təşkil 
edən insan elə yaranışından ziddiyyətlər, mübarizələr içəri-
sindədir. Allahın insana verdiyi nemətləri düzgün dəyərlən-
dirə bilənlər Allahdan onlara tərəf uzanan ilahi yolun qapı-
sından keçib ucalmağa, kamilləşməyə üstünlük verir. Bu 
nemətləri yalnız dünya gözü ilə görənlər isə elə yerdəcə, bu 
maddiyyat hüdudlarındaca vurnuxa-vurnuxa «qapılar» açır, 
sərvətlər toplayır, elmlər öyrənir və heç xəbərləri də olmur 
ki, qapalı bir dairə boyu durmadan qaçır, amma nə bir pillə 
ucalır, nə bir zərrə nurlanır, nə də bir mərtəbə kamilləşirlər. 
Maddiyyatın şirin cazibəsindən qopmaq çətin və əzablı 
bir prosesdir və illərin, uzun təcrübələrin nəticəsi ola bilər. 
Maraqlıdır ki, təsəvvüf fəlsəfəsində bu yolçuluğa məhz 
təfəkküründə, imanında müəyyən mərhələyə çatmış kəslər 
çıxa bilər: iradəsinin, səbrinin, dünyagörüşünün çata biləcəyi 
bir çağda. Başqa sözlə desək, gənclik dövrünü yaşayandan 
sonra.
İnsan həyatının müəyyən bir dövründə öz-özündən bu 
dünyaya nə üçün gəldiyini soruşur. Bu sualı insan təfəkkür 
səviyyəsindən asılı olaraq uşaqlıq çağında da verə bilər, 
gəncliyində də, ahıl vaxtında da, …ölüm ayağında da. Bu 
sualın cavabı da müxtəlif olur və onu verənin təfəkkür 


-20 -
səviyyəsi, həyat tərzi və əxlaqı ilə bilavasitə əlaqəli olur. 
Kimi cavab üçün valideynlərinə müraciət edir, kimi cə-
miyyətə, kimi də öz könlünə. Lermontov yazır: 
Xeyir və şərin badəsini mənə içirdib 
Nəyə hazırlayıb məni Yaradan,
Nədən sədlər çəkib etirazlardan
Mənim gənclik ümidlərimə? 
Sənin həyatını mən bəzəyəcəm, 
İnsanlar arasında şanın olacaq dedi!
1
 
Ülvi isə özünə bu sualı belə bir şəkildə verir: 
Mən bir koram, kor bir rəssam, kor bir şair, 
kor bir insan, 
Bu cahanı görürəmmi, görmürəmmi? 
Bəs nə üçün?
 2
Bu sualı verən insanın öz mən-idir və cavabı da, əslin-
də, elə özündədir. Yəni bu, bir növ mən-in öz varlığını in-
sana bəlli etməsi, diqqəti özünə yönəltməsidir. Onu da xü-
susilə vurğulamaq lazımdır ki, bu sualı vermək öz mən-inin 
dərkinə istiqamətlənən ilk addımdırsa, ona cavab verə 
bilmək ikinci addımdır.
Mən-i görmək gənc yaşında daha rahatdır. Uşaqlıqda 
təfəkkür hələ tam formalaşmadığından, yaşlananda isə əsl 
mahiyyətin üzərinə qabıq üzərindən qabıq gəldiyindən mən-i 
1
Лермонтов М.Ю. Стихотворения. Поэмы. Маскарад. Герой 
нашего времени, М., Худож. литер., 1984, с. 65. 
2
Бцнйадзадя Ц. Бир юлцмцн ажыьына, Бакы, Эянжлик, 1993, с. 
43. 


- 21 -
ayırd etmək, onun səsini duymaq, məqsədini anlamaq çox 
çətinləşir.
Mən – insanda Allahdan olan ilahi zərrədir və ya insanı 
Allahla vasitəsiz olaraq əlaqələndirən ilahi bağdır. Mən-in 
səsi əslində ilahidən gələn və məhz bu ruh üçün nəzərdə 
tutulan hikmətin, həqiqətin səsidir. Bu səbəbdən onun səsini 
vaxtında eşidəndə, dediklərini vaxtında və olduğu kimi dəqiq 
həyata keçirəndə buna istedad deyillər. Bəzilərinə bu səs 
musiqi ilə, bəzilərinə rəqəmlərlə, bir başqasına rənglə, birinə 
də şeir missraları ilə çatdırılır və buna müvafiq olaraq 
bəstəkarlıq, rəssamlıq, riyaziyyatçılıq, şairlik istedadı ortaya 
çıxır. Lakin bu, yalnız böyük bir nurun ilk işartısıdır. Ən 
çətini isə onun mahiyyətindəki hikməti sezib, onu çatdırmağı 
bacarmaq lazımdır. Axı qeyd etdiyimiz kimi, bunların heç 
biri boş, mənasız informasiyalar olmayıb, özlərində 
əhəmiyyətli, dərin və müqəddəs bir hikmət daşıyırlar. Yəqin 
buna görədir ki, deyilən ixtisaslar arasında gənc yaşlılara rast 
gəlmək olur, ancaq filosoflar – çatdırılan informasiyaların, 
hikmətlərin vəhdətini görüb dərk edən, onu bəşəriyyətə 
çatdıran şəxslər isə nisbətən yaşa dolmuş, müəyyən həyat 
yolu keçənlər arasında olur. S.Xəlilovun yazdığı kimi, 
riyaziyyatla fəlsəfənin əsas fərqlərindən biri də özünü bunda 
göstərir ki, riyaziyyatçılar yeni söz deməyi, böyük kəşfləri 
adətən gənc yaşlarında edə bildiyi halda, filosoflar bir qayda 
olaraq, ən samballı əsərlərini ömür yarıdan keçdikdən sonra 
yazırlar. Yəni fəlsəfə üçün tək istedad yetərli olmur və 
insanın özünü dərk məqamına yüksəlməsi də şərtdir. Başqa 
sözlə desək, Allahın verdiyi istedadı duymaqdan əlavə, onun 
daşıdığı hikməti də dərk etmək həmin istedadın 
tamamlanmasıdır. Bu, isə artıq filosofluq zirvəsidir.


-22 -
Əlbəttə, bu, danılmaz bir faktdır ki, «mən»ini duyanlar 
duymayanlardan qat-qat azdırlar. Lakin bəzilərinə bu səs o 
qədər bərkdən, o qədər böyük bir tələblə səslənir ki, onu 
duymamaq olmur. Məsələn, Bethoven belə hesab edib ki, 
Allah hər kəsin qulağına nə isə pıçıldadğı halda, onun 
qulağına qışqırır. Bethoven yalnız öz karlığına işarə etmir. 
O, həm də bu səsi duymağın qaçılmazlığına, bunun Allah 
qarşısında bir borc olduğuna və bu səbəbdən seçimin də 
özünə deyil, Allaha aid olmasına işarə edir. S.Kyerkoqor 
yazır: «Dahi – qüdrətli Ansichdir

ki, bütün dünyanı 
silkələyə bilər. Buna görə də, onunla bərabər, nizamı 
qorumaq xatirinə, başqa bir fiqur da yaranır – tale. Tale – 
Heçnədir; dahinin özü onu görür və bu dahi nə qədər 
dərindirsə, taleyi də bir o qədər dərindən görür; belə ki, bu 
obraz sadəcə öngörmədir. Ancaq əgər dahi insan yalnız dahi 
olmağı inadla istəyirsə, üzünü ətrafa çevirirsə, o, mütləq 
qəribə şeylər edir və əgər özündən kənarda deyilsə yenə də, 
yenə də taleyə tabe olacaq».
1
Qeyd etdiyimiz kimi, mən-i duymaq yalnız başlanğıc-
dır. Onun dediklərinin həyata keçirilməsi insan üçün seçilən 
həyat yoludur. Bu – missiyadır. Bu, Allah qarşısında öz 
borcunu yerinə yetirməkdir. Missiya – insanın istedadının 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin