K. Bünyadzadə



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə14/79
tarix19.07.2022
ölçüsü1,76 Mb.
#62818
1   ...   10   11   12   13   14   15   16   17   ...   79
Gəncliyin fəlsəfəsi

 
 
 
 
 
AxtarıĢ və yaradıcılıq

Gəncliyin xüsusi bir keyfiyyəti kimi yəqin ilk növbədə 
onun bol enecisi, cəngavər ruhu, qısa müddətdə çox şeyə nail 
olmaq iddiası vurğulanar. Təsadüfi deyil ki, məhz bu gənclik 
enerjisi qarşısıalınmaz sel kimi inqilabların, üsyanların 
aparıcı qüvvəsinə çevrilir. Bu baxımdan, Puşkinin Bayron 
haqqında dediklərini yəqin ki, bütün gəncliyə aid etmək olar: 
 
Dəniz, o sənin nəğməkarındı, 
Üzərində sənin surətin vardı, 
O, sənin ruhunla yaradılmışdı, 
Sənin kimi: qüdrətli, dərin, zəhmli 
Sənin kimi: ipə-sapa yatmayan.
1
 
Lakin bu enerjinin ən neqativ tərəfi onun təsir altına 
tez düşməsi, kor-koranəliyə, fanatlığa meylli olmasıdır. Həm 
də təbiətin qəribə bir təzadıdır ki, enerji nə qədər çox olursa, 
təfəkkür bir o qədər passiv olur, yerini hisslərə daha tez 
verir. Başqa sözlə desək, bu, nəinki təsadüf deyil, əksinə, az 
qala qanunauyğunluqdur ki, bir ideyanın reallaşmasında 
fanatik qüvvəyə ehtiyac yarananda məhz gənclərdən istifadə 
edirlər. 
Gəncin 
təfəkkürü 
hələ 
kifayət 
qədər 
formalaşmadığına görə, yəni onun gücü, imkanları 
1
Байрон Ж.Г. Ады чяк. ясяр, с. 13. 


-48 -
enerjisindən çox geri qaldığına görə, bu enerji özü üçün şü-
urlu-şüursuz şəkildə güclü təfəkkür, istiqamətverici qüvvə 
axtarır. Şellinq dediyi kimi, «fəallaşmış mənlik həyat gücü 
üçün lazımdır; onsuz yalnız ölüm, xeyirin mürgüləməsi 
olardı; çünki mübarizə olmayan yerdə həyat da yoxdur».
1
Məhz burada cəmiyyətin rolu və əhəmiyyəti özünü göstərir: 
gənclərin həyat yolunun seçicisi kimi. Nəhəng bir enerjinin 
quruculuğamı, yaradıcılığamı, yoxsa dağıdıcılığamı yö-
nəlməsi bir bələdçi olaraq cəmiyyətdən çox asılı olur. Bura-
da dağıdıcı deyəndə biz yalnız cəmiyyətə, bəşəriyyətə deyil, 
həm də gəncin özünə, öz mən-inə yönələn əməllərini, fəaliy-
yətini nəzərdə tuturuq. Söhbət ondan gedir ki, cəmiyyətin tə-
siri ilə yalnış yerə istiqamətlənmiş gəncin yüz cür işlərlə 
məşğul olmasına baxmayaraq, onun əsl potensialı bir növ 
reallaşmamış, özü olaraq təsdiqlənməmiş qalır, o, öz mən-
indən xəbərsiz, özünə yad bir şəxsiyyət kimi yetişir. Ülvinin 
sözləri ilə desək, gənclər «bütün olmamış» «sökülüb, uçulur» 
və bunun  ilk və başlıca səbəbi cəmiyyət olur. 
Bu gün terror qrupların toruna düşən gənclərin sayı 
hansı isə bir fəlsəfə məktəbinə, ədəbiyyat dərnəyinə gedən-
lərin sayından qat-qat çoxdur. Kimlərinsə mənafelərinə 
xərclənən enerjilərin çəkisi, öz mən-inin dərkinə, yaradıcılıq 
istedadının axtarışına sərf edilən enerjidən tərəziyə gəl-
məyəcək qədər ağırdır. Bu gün maddi istəklər üçün qalanan 
od mənəviyyatın nurunu söndürəcək qədər gur yanır. 
Gəncliyin keyfiyyətindən biri də onların bütün axtarış-
larının, istəklərinin kökündə hisslərin, duyğuların dur-
masıdır. Yəni onların təqdim etdikləri bütün problemlərdə 
1
Шеллинг Ф.В. Ады чяк. ясяр, с. 1014. 


- 49 -
də, onların həll yollarında da lirika, romantika üstünlük təşkil 
edir. Bəlkə də elə bu səbəbdəndir ki, onların təqdim etdiyi 
yol təhlükəli, dəli-dolu olsa da, cazibəli, canlı və al-əlvan 
olur.
Müəyyən missiya daşıyıcısı olan gənc də bu xüsusiy-
yətlərinə görə digər həmyaşıdlarından çox elə seçilmir. La-
kin onları fərqləndirən, sözün həqiqi mənasında talelərini 
müəyyənləşdirən, şəxsiyyətlərinin formalaşmasında məhək 
daşı qədər əhəmiyyətli olan bir cəhətdir – onların reallığı 
düzgün qiymətləndirmək bacarığı. Əlbəttə, bu, ilk növbədə 
missiyanın verdiyi bir gözaçıqlığı, zehin aydınlığı, müəyyən 
mənada da …bədbəxtlikdir. Zahiri parıltıya aldanmayıb hər 
şeyi öz rəngində görmək «bədbəxtliyi». Onların romantika-

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin