- 69 -
Bəli, doğurdan da, bu gənclərin yaradıcılığında ilk nə-
zərə çarpan sevgidir. Ancaq bu
sevgi özünün uşaqlığı, saflığı
ilə seçilir. Bu, hələ dünyanın çirkablarına batmamış,
ikiüzlülükdən uzaq, maddiyyatın «ləl-cəvahiratına» bü-
rünməmiş bir sevgidir. Məsələn, istər Bayronun, istər Ler-
montovun, istər Müşfiqin, istərsə də Ülvinin sevgi şeirlərinin
ünvanı onlarla gözəllərdir. Lermontov yazır:
Gedir – bütün hərəkətləri,
Dinir – hər cizgiləri,
Hisslərlə, ədayla doludur,
Bir ilahi sadəliklə doludur.
1
Müşfiq:
Sənin mərhəmətli, dolğun gözlərin
Mənim hisslərimi məndən də dərin
Necə anlatmada bilməm, şirin qız?
2
Ülvi:
Baxışları sirli nağıl
Gözlərindən alov yağır.
Tez-tez sağa-sola baxır,
Bu qız görən hara gedir?
3
Bu gənclərin şeirlərində
hər şey hiss etmək mümkün-
dür: görüşmək sevinci, ayrılıq qüssəsi, gözəlin təsviri, bu-
sənin şirinliyi, sərt baxışın acılığı və s. Hamısı
hisslər
1
Лермонтов М.Й. Ады чяк. ясяр, 1984, с. 77.
2
Мцшфиг М. Сечилмиш ясярляри, Бакы, Чашыоьлу, 2005, с. 115.
3
Бцнйадзадя Ц. Ады чяк. ясяр, с. 73.
-70 -
səviyyəsində! Heç bir məsuliyyət, heç bir cavabdehlik, heç
bir sabah arzuları, heç bir düşüncə, heç bir dərinlik! Əslində,
bunu qəlbin, könülün gözəlliyə təbii meyli və ya uşağın
sevimli, qeyri-adi bir şeyə qarşı ilk sövq-təbii reaksiyası,
yəni əlini uzadıb götürmək, onu dadmaq istəyi adlandırsaq
daha doğru olar. Məhz uşağın.
Burada heç bir hiylənin, heç
bir vəhşi ehtirasın, qara niyyətin, xəbis planlamanın izini
tapmaq olmaz.
Hisslər oynaqdır. Gənc eyni səmimiyyətlə müxtəlif gö-
zəllərin sehrinə düşür, vurulur, aşiq olur, ancaq bir yerdə qə-
rar tuta bilmir. Maraqlı bir haldır ki, istedadlı uşaqlar daha
nadinc olurlar. İçlərində qaynayan enerji, ətrafla harmoniya-
ya can atma meyli, eyni zamanda, sabit olmayan emosiyalar,
ətrafındakı hadisələrə qeyri-ciddi münasibət. Bu nədir?
Dayaz düşüncə?
Kyerkeqorun fikrinə görə, «günah – inkar
deyil, nə isə müsbət bir şeydir»
1
və «günahın pozitivliyi
məhz Allahın qarşısında olmaqdır».
2
Məlum olduğu kimi,
uşaq
diqqət tələb edəndə, öz varlığını ətrafındakılara
çatdırmaq istəyəndə nadinclik edir. Kyerkeqor da bu
nadincliyin daha böyük miqyasda edilməsinin daha böyük
səbəbinin olduğuna işarə edir. Lakin nadinclik yalnız öz
varlığını eşitdirmək ehtiyacından yox, həm də içindəki
yükdən azad olmaq istəyindən ola bilər.
Yenə Kyerkeqor
bildirir ki, «mütəəssir olan Allah qarşısında özü olmaq
istəyəndə və ya olmaq istəməyəndə günah işlədir».
3
Deməli,
1
Dostları ilə paylaş: