K. Bünyadzadə



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə25/79
tarix19.07.2022
ölçüsü1,76 Mb.
#62818
1   ...   21   22   23   24   25   26   27   28   ...   79
Gəncliyin fəlsəfəsi

İlki varsa, sonu yoxdu sevginin, 
Sevgi böyük bir dəryadı, səmadı. 
«İlk»im daşa dəydi, «son»um…! – deyənin, 
Ürəyi də «ilk-son» arasındadı.
1
 
Sonsuzluğun ənginliyini hiss edən gənc bir sonlu varlı-
ğı, o nə qədər dünya gözəli olsa da, sevə bilmir, sevgisini bu 
dar hüdudlara sığdıra bilmir. S.Xəlilov yazır: «Sonsuz hissin 
sonlu varlığa yönəldilməsi sözün müstəqim mənasında məc-
nunluqdur».
2
«Məcnunluq» öz mən-indən keçməyi tələb 
edir. Bu gənclərin mən-i isə onsuz da onların ixtiyarında 
deyil.
Maraqlıdır, gənc bütün bunları yaşayırsa, yalançı hiss-
lərin, həyəcanların sevgi olmadığını bilirsə, nədən yeni «sev-
gilər» axtarışına çıxır? Yuxarıda da qeyd etdiyimiz kimi, 
axtarış gəncin həyatını stimullaşdıran, onu sınmağa qoy-
mayan bir duyğudur. Gəncin axtardığı sevgidir, sonsuzluq-
dur, əbədiyyətdir, ülviyyətdir. Şellinq yazır: «Sevginin sirri 
ondadır ki, o, elə əkslikləri birləşdirir ki, onların hər biri özü 
üçün ola bilərdi, ancaq yenə də olmur və ola da bilmir».
3
Bir 
daha təkrar edirik: gəncin bir insan kimi tamamlanmağa
kamilləşməyə ehtiyacı var. Lakin S.Xəlilovun da dediyi kimi, 
«insan təkcə tərəf-müqabillə deyil, onun simasında dünya 
1
Бцнйадзадя Ц. Ады чяк. ясяр, с. 82. 
2
Хялилов С. Ады чяк. ясяр, с. 46. 
3
Шеллинг Ф.В. Ады чяк. ясяр, с. 1023. 


- 77 -
harmoniyası ilə vüsal tapmağa çalışır…».
1
Bu baxımdan, 
bizim gənc bədbəxtdir. Onun cismani tərəf-müqabilləri 
çoxdur, əsl könül yoldaşı isə yoxdur. O, içindəki böyük 
sevginin ünvanını tapa bilmədiyi üçün əzab çəkir. Deyilən-
lərdən sonra Lermontovun nə demək istədiyi də aydın olur:
Gələcəyə qorxu ilə baxıram 
Keçmişə qüssə ilə boylanıram. 
Edama yollanan cinayətkartək, 
Ətrafda doğma bir ruh arayıram.
2
Yaxud Müşfiq: 
Fəqət yabançıdır coşqun ruhuma, 
Elimə, ölkəmə, təbi-şuxuma 
Mənasız gözəllik, mənasız gözəllik!
3
 
Ülvi də öz ruh həmdəmini insanların deyil, ulduzların 
arasından «tapır»: 
Heç bilmirəm yenə mənə nə olub, 
Görürəm gözümdə özümü yalnız. 
… 
Ah, necə də alicənab ulduzdur, 
İstəmir ki, bu tufanda tək qalam.
4

Amma gənc həm də əzab çəkdirir – onu sevənlərə. O, 
gözlə görülən, amma əllə tutulmayan günəş şüasına oxşayır. 
Başdan başa sevgilə yoğrulmuş bu gəncin sevgisini qazana 
1
Хялилов С. Ады чяк. ясяр, с. 85. 
2
Лермонтов М.Й. Ады чяк. ясяр, 1984, с. 76.
3
Мцшфиг М. Ады чяк. ясяр, 2005, с. 102. 
4
Бцнйадзадя Ц. Ады чяк. ясяр, с. 54. 


-78 -
bilməmək, bu aşıb-daşan sevgidən bir pay ala bilməmək bö-
yük əzabdır.
Yeri gəlmişkən, onu da qeyd edək ki, tarixdə bəzi 
gənclərin «bəxti gətirib» – onlar özlərini tamamlaya bilən bir 
dost, həmfikir tapa biliblər və bu fakt onların həyatında 
əvəzsiz rol oynayıb. Gənc nə qədər təbiətcə gənc olsa da, 
onun təfəkkürünü, dünyaya baxışını gənc adlandırmaq 
olmur. Məhz bu səbəbdən onları tamamlaya bilən tərəf-
müqabil də yaşca onlardan çox böyük, artıq həyatın 
müdrikləşdirdiyi insanlar olur. Onu da əlavə edək ki, gəncin 
düşüncələrini cilalayan tərəf-müqabilin «dəst-xətti» mütləq 
gəncin yaradıcılığında özünü göstərir. Məsələn, Puşkinin 
sevgi məkanında Yevgeni Oneginlə yanaşı, Tatyana Larina 
da var. Bu, təsadüf deyil. Bu, Puşkinin sirli ünvanlara 
yazdığı şeirlərindəki hər hansı bir xanımın təsiri, daha 
doğrusu, Puşkinin onun vasitəsilə tanıya bildiyi ali sevgidir, 
ülviyyətdir. Tarixdən başqa bir misal. Şellinqin həyatında və 
yaradıcılığında ondan yaşca çox böyük, ümumiyyətlə alman 
romantizmi və fəlsəfi ədəbiyyatında xüsusi rola malik Ka-
rolina Şleqelin müstəsna yeri var. Onunla evli olduğu müd-
dətdə (1799-1809) yaradıcılığının ən məhsuldar dövrünü ya-
şayan və fəlsəfəsinin zirvəsinə qalxan Şellinqin Karolinanın 
vəfatından sonra (1809) «bədii yaradıcılığı, demək olar ki, 
tamamilə dayandı və yalnız kafedradakı çıxışları Almaniya-
ya təfəkkürlərin keçmiş hökmdarını xatırladırdı».
1
Əlbəttə, 
bu xoşbəxtlik hər gəncə qismət olmur. Bunun üçün həmin 
cəmiyyətdə hər şeydən əvvəl yüksək təfəkkürlü, onu mənən 
tamamlaya, ucalda biləcək insanın olması, bu dünyanın 
1

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin