K. Bünyadzadə



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə21/79
tarix19.07.2022
ölçüsü1,76 Mb.
#62818
1   ...   17   18   19   20   21   22   23   24   ...   79
Gəncliyin fəlsəfəsi

Arzum budur həyatda, 
Nə dərd, nə qəm olaydı, 
Məndən sonra dünyada
Bircə şeirim qalaydı.
2
 

Düzdür, gəncin içindəki qorxu, narahatlıq əsasən öz 
şəxsi taleyi ilə bağlıdır. Çünki Kyerkeqorun da dediyi kimi, 
«narahatlıq – həyata, bizim şəxsi gerçəkliyimizə həqiqi mün-
asibətdir».
3
Lakin bununla yanaşı, o, ümumiyyətlə, öz dövrü-
nün faciəsini anlayır, onun həlli yollarını arayır, heç olmasa, 
öz yaşıdlarına təsir göstərmək istəyir. Lermontov yazır: 
Mən bizim nəslə məyus bir nəzərlə baxıram, 
Onun sabahı ya boş, ya qaranlıq olacaq. 
O idrak və şübhələr ağırlığı altında 
Hərəkətsiz qalaraq süstləşib qocalacaq.
4
 
 
Ülvi də gələcəyə xoş bir xəbər aparmaq üçün 
yaşıdlarını bu gün mübarizə aparmağa çağırır: 
Döyüşlərdə yoğrulmuşuq 
1
Мяммядов З. Азярбайжан фялсяфяси тарихи. Бакы, Шярг-Гярб, 
2006, с. 117. 
2
Бцнйадзадя Ц. Ады чяк. ясяр, с. 62. 
3
Кйеркегор С. Ады чяк. ясяр, с. 251. 
4
Лермонтов М.Й. Ады чяк. ясяр, 2006, с.52. 


- 65 -
Gələcəyə qaranquşuq. 
Həyat üçün doğulmuşuq, 
Vətən üçün ölməliyik.
1

Yeri gəlmişkən, qeyd edək ki, ümumiyyətlə, bir çox 
gənc ömrünün «odlu-alovlu», böyük ideyalarla aşıb-daşan 
mərhələsini «başa vuranda» ağır depressiya yaşayır. Hətta bu 
həyata bir nifrət yaranır. Onlar keşməkeşli həyatdan, bu dün-
yanın pozulmayan çərxindən, fərq qoymadan hər şeyi 
üyüdən «dəyirmanından» şikayətçi olur, bir vaxtlar tutuşub 
alışdıqları ideyaların puçluğunun günahını həyatda axtarırlar. 
Bayron yazır: 
Keçdi ümidlərin, həyəcanların, hökmlərin dəmi 
Eşqin odu – hər şey artıq kənardadır.
2
 
 
Onlar öz zamanında deyilməli olan sözü deyə bilməyə-
cəklərinin, həyəcanını, hikkəsini həzm edə bilmirlər. Öz-
lərini aldanmış, günahsız yerə incidilmiş hiss edirlər. Hər 
halda, bu qoca dünyada özünün tək deyil, milyonlardan biri 
olduğunu, bu həqiqətlərin səndən əvvəl, hətta daha gözəl 
şəkildə deyildiyini qəbul etmək o qədər də asan deyil. 
Özünü, öz mahiyyətini, bu həyata gəlişinin səbəbini an-
lamağa çalışan və bunun üçün «varlıq badəsini gözyaşları ilə 
isladaraq gözüyumulu içib» yalnız ölüm ayağında gözlərini 
açan Lermontov böyük bir çaşqınlıqla deyir:
Görürük ki, o qızıl badə 
Boşuymuş elə əzəldən. 
1
Бцнйадзадя Ц. Ады чяк. ясяр, с. 9. 
2
Байрон Ж.Г. Ады чяк. ясяр, с. 57.


-66 -
Onun içindəki mey – arzularıymış, 
Sən demə, heç o da bizim deyilmiş.
1

Düzdür, özünün adi, sıradan biri olduğunu qəbul edən-
dən sonra həyat daha sakit, daha rəvan bir axara düşür. An-
caq… hər adam bu axara düşə bilmir, axara düşəndən sonra 
əvvəlki coşqunun olmamasına alışa bilmir. Yəqin bu səbəb-
dəndir ki, Ülvinin dalğaları «at kimi minib çapan», dalğala-
rın bağrını yaran qəhrəmanı: 
…görür ki, fırtına 
Suda o açan izi, 
Asanlıqla yox edir, 
Asanlıqla gizlədir.
Bundan sonra insanın 
Qol-qanadı süst olur –
Açdığı izlər kimi, 
Kədərli gözlər kimi, 
Fırtınada boğulur.
2

Bəli, qəribədir ki, illərnən gəlməli olan bu ruh düşkün-
lüyünü, «depressiyanı» bizim gənclər enerjili, coşqulu vaxt-
larında yaşayırlar. Lakin onların digər gənclərdən üstünlüyü 
ondadır ki, söykənə biləcəkləri bir arxaları – Allah və həyat-
larını mənasızlaşmaya qoymayan bir missiyaları var. 
Yaradıcılığı gəncin həm qorxu yeri, həm xilasıdır, həm 
əbədiyyətə, həm də ölümə aparan yoludur. Yaradıcılığı 
gəncin özüdür – qaçıb qurtarmaq, onu qəbul etmək 
istəməyən insanlar arasında təsdiqləmək istədiyi mən-i. 
1
Лермонтов М.Й. Ады чяк. ясяр, 1984, с. 37. 
2
Бцнйадзадя Ц. Ады чяк. ясяр, с. 41-42. 


- 67 -
Puşkin təsadüfən öz yaradıcılığı ilə özünə bir abidə 
ucaltdığını demir: 
Yox, mən ölməyəcəyəm, cismim torpaq olsa da, 
Rübabımın səsində ürəyim döyünəcək. 
Bircə şair qalsa da qədim, ulu dünyada, 
Əbədi şöhrətimlə mənəm yaşayan demək.
1

Məşh ruhunun yaradıcılıq eşqidir ki, Ülvini 15 yaşında 
öz cığırını ulu sələflərinin yollarına qatmağa həvəsləndirir: 
Mübarizə aparır, 
Milyon-milyon «şairlər» 
Bu yola çatmaq üçün. 
Öz açdığı cığırı 
Bu yola qatmaq üçün.
2
 
Bütün deyilənlərlə yanaşı, gəncin ilham aldığı daha bir 
mənbə də var, daha doğrusu, onun bütün mənbələrinə, ümu-
miyyətlə yaradıcılığına parlaq bir nur çiləyən: sevgi, eşq. Bu 
o qədər nəhəng bir mənbədir ki, başqa mənbələrə ehtiyac 
qoymur. Bu, o qədər cazibəli bir nöqtədir ki, sonla başlanğıcı 
birləşdirir. Bu, o qədər zəngin bir dünyadır ki, özünə ayrıca 
bir başlıq tələb edir.
1
Пушкин А.С. Шеирляр, поемалар, повестляр, Бакы, Йазычы, 
1987, с. 12. 
2
Бцнйадзадя Ц. Ады чяк. ясяр, с. 46. 


-68 -

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin