K. Bünyadzadə



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə18/79
tarix19.07.2022
ölçüsü1,76 Mb.
#62818
1   ...   14   15   16   17   18   19   20   21   ...   79
Gəncliyin fəlsəfəsi

Бцнйадзадя Ц. Ады чяк. ясяр, с. 90. 


- 57 -
ümumi əhəmiyyət verir».
1
Əslində, gənc hər şeyi görür, lakin 
bütün bu təhlükələrin onun ruhundan çox-çox uzaq olduğunu 
düşünür. Şellinq yazır: «Zahiri qüvvə yalnız zahiri nemətləri 
oğurlaya bilər, ruha dəyə bilməz; o, zaman daxilindəki 
əlaqəni kəsə bilər, əbədi, həqiqi ilahi eşqin əlaqəsini deyil. 
Ruh sərt və hissiz və ya sevgidən imtina edən kimi çıxış 
etmir, ancaq göstərir ki, məhz iztirablarda sevgi hissi 
varlıqdan daha uzun sürən bir hissdir və o, ilahi halədə zahiri 
həyatın və ya xoşbəxtliyin xarabalıqları üzərində yüksəlir».
2
Bəli, ruhunu düşünən gənc üçün maddi həyatın heç bir 
əhəmiyyəti qalmır. Miyanəci öz taleyi ilə Mənsur Həllaca 
bənzəyəcəyini hiss edərək bildirir ki, «biz Allahdan ölüm və 
şəhadəti özümüz istəmişik. Özü də onu üç qiymətsiz şeylə 
istəmişik. Haqq necə tələb etmişsə, o sayaq istəmişik».
3
Bəlkə də ruhunu, dolayısı ilə bütün bəşəriyyəti düşünərək 
maddi tələbatlar hüdudundan kənara çıxa bilməyən qanunları 
heçə saymasıdır (daha doğrusu, onların fövqünə qalxmasıdır) 
ki, hər kəsi ona düşmən kəsir.
Öz kiçik dünyasında nəinki bütün aləmi, Mütləq Həqi-
qətin özünü də axtarıb tapan gənc gördüklərini, yaşadıqlarını 
öz içində saxlamaq qüdrətində olmur. Bildiklərini, dərk et-
diklərini 
bacarıqlarına 
müvafiq 
olaraq 
bəşəriyyətə 
çatdırmağa başlayır. Lermontov dediyi kimi,
Şair də belədir: fikir gəldimi 
Ruhunu boşaldıb – deyir qələmə. 
Oynaq rübabının söz sehri kimi 
1
Кйегкегор С. Ады чяк. ясяр, с. 193-194. 
2
Шеллинг Ф.В. Ады чяк. ясяр, с. 919. 
3
Ейнялгцзат Мийаняжи. Тямщидат, Бакы, Адилоьлу, 2006, с. 5 


-58 -
Nəğmə deyə-deyə dünya-aləmə, 
Cənnət yuxusunda bayılar gedər.
1
 
O, Yaradanın lütfü ilə yaratmaq ehtiyacı hiss edir. O, 
bunu öz alın yazısı, yaradılışının səbəbi, ətrafı üçün nəzərdə 
tutulan missiyası kimi qəbul edir, onunla doğmalaşır. Yarat-
maq qüdrəti, yaradıcılıq eşqi bütün digər hissləri üstələyir. 
Məhz o, gəncə bütün çətinliklərə sinə gərmək, maddi zərbə-
lərdən sınmamaq əzmi verir. O, gəncin qarışıq hissləri, dü-
şüncələri arasında yeganə aydınlıqdır. O, min bir qorxunun, 
təhlükənin 
arasındakı 
sabitlikdir, 
etibardır. 
O, 
məhdudiyyətlər arasında azadlıqdır. Ən əsası isə, o, 
özünüifadə və özünütəsdiqdir. O, dilbilməz cəmiyyətlə 
yeganə ünsiyyət vasitəsidir. Çünki Kyerkoqor dediyi kimi, 
«…saf bəşərilikdə qapanıb qalmaqla, yaxud ümumi tarixə 
heyran qalanın rolunu oynamaqla öz-özünü aldatmağa 
dəyərmi?».
2
Yaradıcılıq artıq bir ürəyə sığmayıb aşıb-daşan 
hisslərin, düşüncələrin ətrafa saçılmasıdır ki, Şellinq də onu 
«hadisə deyil, əməl»
3
adlandırır. 
Dediyimiz kimi, gənclər yalnız öz mən-lərindən çıxış 
etsələr də, yazdıqları, çatdırmaq istədikləri bütün bəşəriyyəti 
ehtiva edir. Özünü «zəmanənin qəhrəmanı» kimi təsvir edən 
Lermontov bunu belə əsaslandırır: «İnsan ruhunun, hətta ən 
xırda bir insan ruhunun tarixi, bütün bir xalqın tarixindən çə-
tin ki, az maraqlı və xeyirli olsun, bu tarix bilavasitə yetkin 
bir zəkanın özü üzərində apardığı müşahidələrin nəticəsi 
olduqda, həm də başqalarında riqqət və təəccüb oyatmamaq 
1
Лермонтов М.Й. Ады чяк. ясяр, 2006, с. 15. 
2
Кйеркегор С. Ады чяк. ясяр, с. 251. 
3
Шеллинг Ф.В. Ады чяк. ясяр, с.1009. 


- 59 -
arzusu ilə yazılmadığı zaman daha maraqlı və xeyirlidir».
1
Lakin bu, sıradan adi bir insanın həyatı, düşündükləri deyil. 
Söhbət ruhu ilahi aləmlə vəhdətdə olan, düşündükləri 
əsrlərdən bəri öz varlığını qoruyub saxlayan ideyalar 
dünyasından qaynaqlanan, ta-a qədimdən bu günə uzanıb 
gələn insanlıq zəncirinin bir halqası olan insandan gedir. 
Əlbəttə, danılmaz faktdır ki, hər şəxsi hisslərin ifadəsi 
olan əsər nəinki bəşəriyyət, heç cəmiyyət üçün də yararlı ol-
maya bilər. Bu gün o qədər yaradıcılığa baş vurmaq 
həvəsində olan gənc var ki, nəinki şəxsiyyətin forma-
laşmasına, insanda ilahi zərrənin daşıyıcısı olan mən-in 
potensialının düzgün reallaşmasına xidmət etmir, üstəlik 
mən-in dağılmasına gətirir. Bəli, hər yaratdığı ilə gəncin 
«Mən» adlı sarayının kərpicləri də qurulur. Lakin məqsədin-
dən, mahiyyətindən asılı olaraq bu saray bir nur mənbəyi də 
ola bilər, gectəsirli partlayıcı da. Bəs söhbət hansı mən-dən, 
hansı düşüncədən gedir?
Əvvəla, yalnız öz məhdud maddi çərçivəsində qalma-
yan və özünün ilahi mənbəyinə yolu açıq olan, məhz oradan 
qidalanan mən-in yaratdıqları bəşəriyyət üçün ola bilər, yəni 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin