Шеллинг Ф.В. Философия искусства, М., Мысль, 1999, с. 6.
- 79 -
xaosunda
onların
rastlaşması və cəmiyyətin bütün
qınaqlarına və maneələrinə sinə gərmələri lazımdır.
Reallaşmamış sevgi gəncin «ünvan axtarışını» başqa
səmtə yönəldir – ona Mütləq həqiqətdən daha kamil xəbər
verə bilən bir «ünvana» – Allaha. Sührəvərdi yazır: «Şövq
bacarıqlı zatları Nurlar Nuruna aparır. Ən tam şövq ali nura
cəzb və ucalmaqla tamamlanır» .
1
Bəli, məhz bacarıqlı, yəni
həyatın yalançı parıltılarından gözü qamaşmayan, dünya
xaosunnda öz yolunu itirməyən, öz Sevgisini min bir sevgi
arasında qoruyub saxlaya bilən insan eşqin ali zirvəsinə
qalxa bilər. Gənci bütün varlığı ilə ehtiva edən, öz nurlu
sonsuzluğunda əridib yox edən, çiyinlərindəki yükü yüngül-
ləşdirən, gözəlləşdirən, içini müqəddəslik duyğusu ilə işıq-
landıran İlahi eşq. Şellinqin dediyi kimi, «…ilahi sevginin
şüaları düşür və mənəvi həyatın zərifliyə, ilahi gözəlliyə ülvi
çevrilməsi baş verir».
2
Bu ali sevgi onların bütün varlığına elə hakim kəsilir
ki, müraciət etdikləri hər bir obyektə, istər mürəkkəb olsun,
istərsə də adi şeylərə məhz bu gözlə baxırlar. Maraqlıdır ki,
bu işıqla baxanda, əslində insanların mürəkkəbləşdirdiyi bu
hissi dünyanın bütün sadəliyi, adiliyi üzə çıxır. Və belə aydın
olur ki, lap Ülvi deyən kimi, «bu «adilər» içərisində bircə
şey mürəkkəbmiş: hər şeyin adi olması. Bəli, adi kənddə iki
cür adamlar – adi yaxşılar və adi pislər yaşayarmış. Adi
yaxşılar adi işlər görürmüşlər, tikib qururlarmış. Adi pislər
də adi işlərlə məşğul olurmuş, söküb dağıdırmış».
3
1
Сцщрявярди Ш. Ады чяк. ясяр, с. 224.
2
Шеллинг Ф.В. Ады чяк. ясяр, с. 1007.
3
Бцнйадзадя Ц. Ады чяк. ясяр, с. 139.
-80 -
Belə güman etmək olar ki, öz ətrafında özünə həmdəm
tapa bilməyən gənc məcbur olub ilahi aləmə üz tutur. Bir
növ həyatdan küskün olan rahiblər, dərvişlər kimi. Lakin bu
belə deyil. Kyerkoqor yazır: «İnsan nəfs və bədənin sintezi
idi, eyni zamanda həm də müvəqətti və əbədinin də
sintezidir».
1
Məhz özündə əbədiyyətin bir zərrəsini daşıması,
ilahi aləmlə sıx əlaqədə olması və həmin aləmin işığında
maddi dünyanın nöqsanlarını, yalan pərdələrini sezməsidir
ki, gəncə imkan vermir bu cismani, hissi aləmdə özünə
həmdəm tapsın. Yəni əsl Gözəlliyi görəni bu dünyanın keçici
gözəllikləri ovutmur, tamamlaya bilmir. Axtardığını bu məh-
dud dünyada tapa bilməyən üz tutur Allahın onun üçün
açdığı aləmə: ya səslərin, ya sözlərin, ya da rənglərin
harmoniyasına. Ən əsası isə bu aləmə keçid gəncə həm də
fəlsəfənin, müdrikliyin qatlarını açır. Təsadüfi deyil ki,
Şellinq fəlsəfəni «azad sevgi»
2
adlandırır və bildirir ki,
«fəlsəfə qətiyyət tələb edir – qətiyyət isə həmişə hər hansı bir
istiqamətdə son həddir, – fəlsəfənin təbiəti budur ki,
təfəkkürün zirvəsinə yüksəlsin. Onun uçuşuna bilavasitə və
ya dolayısı ilə mane olanda isə o, doğma vətəni, qayanın ucu
əlçatmaz olan qəfəsdəki qartala dönür».
3
Belə məlum olur ki,
gözəl hisslərdən doğan bu duyğu – sevgi təfəkkürün dərin
qatlarına qədər aparır. Zahirdən batinə, bədəndən mən-ə qə-
dər uzanan bu yolun əslində özü sevgi üzərində mövcuddur.
Gəncin qarşısında açılan üfüqün genişliyinə bax! İlahi
eşq və Fəlsəfənin ənginliyi! İdrakı və təfəkkürü ilə müqəd-
1
Кйеркегор С. Ады чяк. ясяр, с. 181.
2
Шеллинг Ф.В. Ады чяк. ясяр, с. 1316.
3
Йеня орада, с. 1317.
- 81 -
dəsliyin zirvəsinə yüksəlmək imkanı! Bu üfüqlərin fəthinin
nəticəsidir ki, Motsartın musiqisi sadəcə bir not yığnağı
deyil, illərdir, əsrlərdir insanı ilahi harmoniyaya qovuşduran
bir sehrdir; Bethovenin doqquzuncu simfoniyası yalnız
könülləri oxşamır, həm də düşündürür. Bu üfüqlərin fəthinin
verdiyi qüdrətdir ki, Sührəvərdi Aristotelin fəlsəfəsini öz
işraqilik fəlsəfəsi üçün bir postamentə döndərib üzərində
möhtəşəm bir hikmət ucaltdı. Bu üfüqlərin fəthinin sirridir
ki, Bayronun, Puşkinin, Lermontovun, Müşfiqin, Ülvinin
qələmindən qopan zərrələr çirkab dolu, keşməkeşli illərin,
ədəbi çiçəklənmələrin, tənəzzüllərin arasında öz parıltısını
saxlayıb bərq vurmaqda davam edir.
Qurani Kərimin ayələrindən birində deyildiyinə görə,
«…Rəbbimin kəlamları üçün dənizlər mürəkkəb olsa və bir o
qədər də üstünə gəlsə Rəbbimin kəlamları bitmədən onlar tü-
kənər
(Quran 18/109). Bir qüdsi hədisdə isə deyilir ki,
«Mən gizli bir xəzinə idim, tanınmaq istədim və xəlqi
yaratdım». Həllac onu Allahlıq iddiasına düşməkdə gü-
nahlandıranlara deyir: «Xeyr, Rəblik iddia etmirəm. …Ya-
zan Allahdır, Allahdan başqa yazanmı var? Mən və əl sadəcə
alətik, başqa bir şey deyilik».
1
Əsrlər sonra bənzər bir
«etirafı» Şellinq də edir: «Şəxsini yalnız şəxsi müalicə edə
bilər və Allah insan olmalıdır ki, insan Allaha qayıtsın».
2
Bethoven də yazdıqlarının ona Allah tərəfindən diqtə
edildiyini bildirir… Yaradan Özünü bütün gözəl vasitələrlə,
bütün ülvi, müqəddəs üsullarla tanıdır və bunun üçün saf,
1
Хятиб Баьдади. Тарих, 14 жилддя, ж. 8, с. 127-128 (яряб
дилиндя).
2
Шеллинг Ф.В. Ады чяк. ясяр, с. 991.
-82 -
təmiz ruhlar seçir və bəxş etdiyi dərin hikməti, ülviyyəti
çatdırmaq üçün o ruhlara YARATMAQ qüdrəti verir.
Şellinq deyir: «Məxluqda ilk başlanğıc vahidin öz-özünü
yaratmaq cəhdidir və ya əsasın (təməlin) iradəsidir. İkinci
başlanğıc sevginin iradəsidir ki, onun vasitəsilə təbiətə söz
deyilir və onun vasitəsilə Allah özünü şəxsiyyət edir».
1
Bəli,
məhz bu yaradanların yaratdıqları ilə insanlar Yaradanı tanı-
yır, Onun gözəlliyinin, möhtəşəmliyinin şahidi olur.
Beləliklə, həm bizim gənclərin eşqi, sevgisi haqqında
düşüncələrimiz, həm də ümumiyyətlə gənclik fəlsəfəsi bitdi.
Hər halda bizim qələmimizdən qopan kəlmələr bitdi. Yuxarı-
da qeyd etmişdik ki, sevgini sona saxlamaqda bir məq-
sədimiz var. Məqsədimiz hər şeyin ucunu sevgiyə, yəni
gözəl ülvi bir sonsuzluğa bağlamaq idi. Sevgi bizim
gənclərin əmanətini – missiyyasını nurlandırır, cazibəsini
artırır, onun …ağırlığını azaldır, qara notlarının çoxluğunu
gizlədir. Axı bütün dərin təfəkkürlərinə, müdrikliklərinə
baxmayaraq, onlar gəncdir, buna ehtiyacları var!
1
Йеня орада, с.1008.
- 83 -
Dostları ilə paylaş: |